Məhkəmə qərarları › İş №8(107)-38/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-38/2021

06.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-38/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Şəki Apelyasiya Məhkəməsinin 2(107)-134/2020 saylı 26.02.2020-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə təqdimatının təmin edilməsi haqqında Göyçay Rayon Məhkəməsinin 12 mart 2021-ci il tаrixli 8(046)-4/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hikmət Quliyev təqdimatla Göyçay Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 26.02.2020-ci il tarixli 2(107)-134/2020 saylı icra sənədinə əsasən cavabdeh Borclu 2140 manat alınaraq iddiaçı X2 xeyrinə verilməsi qət edilmişdir. Borclu dəfələrlə çağırış və xəbərdarlıq göndərilməsinə baxmayaraq o, Göyçay Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin 26.02.2020-ci il tarixli 2(107)-134/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Göyçay Rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 12 mart 2021-ci il tаrixli 8(046)-4/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-134/2020 saylı 26.02.2020-ci il tarixli icra sənədi üzrə pul tələbi ilə bağlı borclu Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yaşayan Borclu Göyçay Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi, qərardadın icrasının Göyçay Rayon Polis Şöbəsinə tapşırılması qərara alınmışdır. Borclu Göyçay Rayon Məhkəməsinin 12 mart 2021-ci il tаrixli 8(046)-4/2021 saylı qərardadından şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 26.02.2020-ci il tarixli 2(107)-134/2021 nömrəli qətnaməsi üzrə 2140 manat pulun ondan tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Hesab edir ki, Göyçay rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsassızdır. Belə ki, 2021-ci ilin yanvar ayında Göyçay rayon İcra və Probasiya şöbəsinə gələrək iddiaçıya ödənilməsi üçün şöbənin əməkdaşına 500 manat nəğd şəkildə pul ödəmişdir. Hər dəfə qəbzi tələb etsə də, ona rəsmi olaraq qəbz təqdim etməmişlər. Hazırda maddi imkanı olmadığından tələbkara qalan borcunu ödəyə bilmir. Lakin qısa müddət ərzində hissə-hissə olaraq ödəyəcəkdir. Şöbədən ona rəsmi qaydada heç bir vaxt bildiriş gəlməmişdir. Şöbəyə gəlməkdən heç bir zaman imtina etməmişdir. Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən barəsində qərəzli olaraq təqdimat verilmişdir. Buna görə də şikayətin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 8(046)-4/2021 saylı 12.03.2021-ci il tarixli qərardadının ləğv edilərək Göyçay rayon İcra və Probasiya Şöbəsinin təqdimatının rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli 8(046)-4/2021 saylı qərardadı ilə Borclu şikayəti təmin edilməmiş, şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 12 mart 2021-ci il tаrixli 8(046)-4/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından görünür ki, Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 26.02.2020-ci il tarixli 2(107)-134/2020 saylı icra vərəqəsinin və qətnaməsinin icrası ilə əlaqədar Borclu icra sənədinin icra edilməsi ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaq o, icra şöbəsinə gəlməmiş və icra sənədində göstərilən tələbin icrasını təmin etməmişdir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 12 mart 2021-ci il tаrixli 8(046)-4/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar