Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-38/2022 05.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1761/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi məqsədilə Borclu əmlakı üzərinə həbs qoyulması ilə bağlı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri Məftun Şirəliyevin təqdimatına dair material üzrə (Açar sözlər: əmlakı üzərinə həbs qoyulması ilə bağlı təqdimat) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1761/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu əmlakı üzərinə həbs qoyulması ilə bağlı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri Məftun Şirəliyevin təqdimatının təmin edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 8(033)-48/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri Məftun Şirəliyev Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1761/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus olan «VAZ 21214» minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(033)-48/2022 saylı qərardadına əsasən təqdimat təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 1761/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan «VAZ 21214» minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(033)-48/2022 saylı qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(033)-48/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 8(107)- 27/2022 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 8(033)-48/2022 saylı qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə geri qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 8(107)- 27/2022 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, Borclu tərəfindən Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 8(033)- 48/2022 saylı qərardadından verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(033)-48/2022 saylı qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(033)-48/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Hazırda borclu Hazmanov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(033)- 48/2022 saylı qərardadından elektron qaydada şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixli, 8(033)-48/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 8(033)- 48/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 1761/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 4920 manat pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular verilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən, Borclu məxsus «VAZ 21214» minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoyulması və satılması yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, qeyd edilən icra sənədi üzrə yaranmış 4920 manat borcunu hər ay 50 manat olmaqla ödəyir. Borcunun ödənilməsindən yayınmır. Adında «VAZ 21214» minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Odur ki, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (stajor) X2 izahatında bildirmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 1761/2021- 002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 4920 manat pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar verilməlidir. Borclu borcundan heç bir ödəniş etməmişdir. Odur ki, təqdimatın təmin edilməsini xahiş etmişdir. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1761/2021-002 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evinə və 0,30 ha torpaq sahəsinə dair çəkilmiş xərc 4920 (dörd min doqquz yüz iyirmi) manat alınıb iddiaçı Tələbkar ödənilməlidir. Cavabdeh Borclu 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqdimata əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri Məftun Şirəliyevin “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 1761/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icraata başlanılması, icra 10 (on) gün müddətində könüllü təmin edilmədikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu adına «VAZ 21214» minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbsin qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinə aiddir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nəğd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsində müəyyən edilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 8(033)-48/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 8(033)- 48/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 8(033)-48/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli
Məhkəmə qərarları › İş №8(107)-38/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-38/2022
05.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver