Məhkəmə qərarları › İş №8(107)-39/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-39/2020

01.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-39/2020 01.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Borclu iştirakıilə, Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair Ağsu Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi barədə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(016)-42/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 8(016)-42/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağsu Rayon İcra və Probasiya şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Emil Əhmədli – Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-348/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 4400 (dörd min dörd yüz) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına əmlakın olub-olmaması və pensiya alıb almaması ilə əlaqədar X4 rayon filialına, AR BDYPİ-nin Ağsu rayon şöbəsinə, ƏSMM-nin Ağsu rayon şöbəsinə sorğular verilmişdir. Borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkarlanmamışdır. İcra sənədində göstərilən borcun tələbkarın ödənilməsi məqsədi ilə borclu rəsmi bildiriş və xəbərdarlıq olunaraq Ağsu rayon icra və probasiya şöbəsinə dəvət olunmasına baxmayaraq Borclu Ağsu rayon icra və probasiya şöbəsinə gəlməkdən yayınır. Borclu ilə əlaqə saxlanılaraq icra şöbəsinə dəvət olunsada borclu icra məmurunun çağırışına qərəzli olaraq gəlməmişdir. Ağsu Rayon İcra və Probasiya şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Ağsu Rayon İcra Şöbəsinin nümayədəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) xx xxxx 2020-ci il tarixli, 8(016)-42/2020 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Ağsu Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, ona icra şöbəsindən heç bir xəbərdarlıq ünvanlanmamış, xəbəri olmamışdır. Ona xəbərdarlıq ünvanlansaydı o, xəbərdarlıq məktubundan məlumatlı olardı. Lakin, icra məmurunun məsuliyyətsiz hərəkəti nəticəsində ona məcburi gətirmə verilmişdir. O, Bakı şəhərində işləyir və orada yaşayır. Həmin qərardadla razı deyil. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(016)-42/2020 nömrəli qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş edir. Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 8(016)-42/2020 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş, Borclu Ağsu Rayon Məhkəməsinin 8(016)-42/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Ağsu rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və Tələbkar lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(016)-42/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də məhkəmə hesab edir ki, borclu Ağsu Rayon İcra və Probasiyaşöbəsinə məcburi gətirilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu barəsində məcburi gətirmə tədbiri tətbiq olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(016)-42/2020 nömrəli qərardadı ərizəçi X1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(016)-42/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(016)-42/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar