Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-39/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 iştirakı ilə, X1 Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 icra sənədinin icraatına xitam verilməsi haqqında 09 mart 2021-ci il tarixli qərarından verilmiş şikayətin təmin edilməməsi barədə Balakən Rayon Məhkəməsinin 29 mart 2021-ci il tаrixli 8(019)-21/2021 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Borclu X2 Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 icra sənədinin icraatına xitam verilməsi haqqında 09 mart 2021-ci il tarixli qərarından şikayət verərək sözügedən qərarın ləğv edilməsi və icra sənədinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar ona qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN 338 KOD 40103018 olan Dövlət Aktına əsasən özünün və ailə üzvlərinin mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-16/2020 saylı 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-16/2020 saylı 05 fevral 2020-ci il tarixli qətnaməsindən o apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2(107)-995/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)- 16/2020 saylı 05 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli 2(107)-995/2020 iş nömrəli qətnaməsindən kassasiya şikayəti versə də, kassasiya şikayəti təmin edilməmişdir. İcra sənədinə əsasən o, iddiaçı Tələbkar və onun ailə üzvlərinin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. İcra sənədi Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 icraatına daxil olmuşdur. Eyni zamanda o, Tələbkar, X10 və X5 qarşı X7, X8, Tələbkar, X9 və X4 mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən JN 338 KOD 40103018 olan Dövlət Aktında göstərilmiş 1.74 ha torpaq sahəsinin X7 və X8 payına düşən 0.696 ha hissəsində 06 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş 2(019)- 393/2021 nömrə ilə qeydiyyata alınaraq məhkəmə iclası 29 mart 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Musayev X14 Rayon Məhkəməsinin 2(019)-16/2020 saylı 05 fevral 2020-ci il tarixli icra sənədinin icra edilməsini 05 mart 2021-ci il tarixə saat 15:00-a təyin etmişdir. İcra sənədi icra edilməsi üçün 26.02.2021-ci il tarixə saat 15:00-a təyin edilmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə müvafiq idarə və təşkilatlara o, cümlədən tələbkara və borcluya bildirişlər göndərilməklə icra yerinin vaxtı barədə məlumat verilmişdir. 03 mart 2021-ci il tarixdə Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 29 mart 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş məhkəmənin 2(019)-393/2021 nömrəli bildirişini və iş üzrə icraatın dayandırılması barədə ərizəni təqdim etmişdir. Həmin vaxt icra məmuru 05 mart 2021-ci il tarixə saat 15:00-da icra sənədinin icra olunması barədə heç nə bildirməmişdir. Lakin 05 mart 2021-ci il tarixdə saat 15:00-da icra məmuru Nümayəndə2 onu icra yerinə çağırmışdır. O da ona telefon vasitəsi ilə gələ bilməyəcəyini və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. 09 mart 2021-ci ildə icra məmuru Nümayəndə2 icraata xitam verilməsi barədə 09.03.2021ci il tarixli qərarı və Aktın surətini ona təqdim etmişdir. Odur ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 09 mart 2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icra sənədinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən X3 şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verib şikayətin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verib şikayətin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Tələbkar şikayətin əsassız olduğunu, borclunun bu üsulla onun torpağını özünə qaytarmamaq istəməsini göstərərək şikayətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Balakən rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə2 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)16/2020 saylı 05 fevral 2020-ci il tarixli icra sənədinə əsasən X3 Tələbkar və onun ailə üzvlərinin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. İcra sənədi Balakən rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icrası ona həvalə edilmişdir. Sözügedən icra sənədinin icrası 26.02.2021-ci il tarixə saat 15:00-a təyin edilmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə müvafiq idarə və təşkilatlara o, cümlədən tələbkara və borcluya bildirişlər göndərilməklə icra yerinin vaxtı barədə məlumat verilmişdir. Həmin gün X3 gəlmədiyindən icra tədbirləri həyata keçirilməmiş, icra tədbirlərinin həyata keçirilməsi təkrarən 05 mart 2021-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Lakin X3 yenə də heç bir üzürlü səbəb olmadan gəlməmişdir. Bu səbəbdən onun iştirakı olmadan icra tədbirləri həyata keçirilmiş, icra sənədi icra olunmuşdur. 09 mart 2021-ci il tarixdə isə icra sənədinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərar qanuni və əsaslıdır. Şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Balakən Rayon Məhkəməsinin 29 mart 2021-ci il tаrixli 8(019)-21/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan iş üzrə X3 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 8(019)- 21/2021 nömrəli 29 mart 2021-ci il tarixli qərardadından narazıdır. Belə ki, məhkəmə şikayətində göstərilən dəlilləri araşdırmamış, icra məmurunun qanunsuz hərəkətlərinə hüquqi qiymət verməmiş, şikayətinin İcra haqqında Azərbaycan Respublikası Qanununun 17-ci, 20-ci və 21-ci maddəsinin tələblərinə uyğun olub-olmamasını yoxlamamış, nəticədə yanlış qərardad qəbul etməklə onun hüquqlarını pozmuşdur. Yuxarıda sadalanan qanun normalarından görünür ki, icra məmurunun hərəkətləri qanunsuz, məhkəmənin qərardadı isə əsassızdır. Məhkəmə isə qərardad qəbul edərkən işin bu hallarını, qanunvericiliyin tələblərini nəzərə almamışdır. Əksinə, qərardadını onunla əsaslandırmışdır ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 icra sənədinin icraatına xitam verilməsi haqqında 09 mart 2021ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur, icra işinin icraatının dayandırılması yalnız icra məmurunun təqdimatı əsasında mümkündür. Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tаrixli 8(019)-21/2021 nömrəli qərardadı ilə X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və onun şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, Balakən Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 29 mart 2021-ci il tаrixli 8(019)-21/2021 nömrəli və onun əsasında qəbul edilmiş 12 aprel 2021-ci il tаrixli 8(019)-21/2021 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Balakən rayon İcra və Probasiya Şöbəsinin 09 mart 2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)16/2020 nömrəli 05.02.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İşin gerçək hallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli 2(019)-16/2020 nömrəli icra sənədinə əsasən cavabdeh X12 iddiaçı Tələbkar və onun ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. İcra sənədi icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası 26.02.2021-ci il tarixə saat 15:00-a təyin edilmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə müvafiq idarə və təşkilatlara o, cümlədən tələbkara və borcluya bildirişlər göndərilməklə icra yerinin vaxtı barədə məlumat verilmişdir. Həmin gün X3 icra tədbirinin həyata keçirilməsi üçün gəlmədiyindən icra tədbirləri həyata keçirilməmişdir. İcra tədbirlərinin həyata keçirilməsi təkrarən 05 mart 2021-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Lakin X3 yenə də icra tədbirlərinin həyata keçirildiyi yerə gəlməmişdir. Bu səbəbdən onun iştirakı olmadan icra tədbirləri həyata keçirilmiş, icra sənədi icra olunmuşdur. Bundan sonra Balakən rayon İcra və Probasiya Şöbəsinin 09 mart 2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar X12 həmin qərardan məhkəməyə şikayət verərək, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 09 mart 2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icra sənədinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-20.6-cı maddələrinə görə, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Birinci instansiya məhkəməsi haqlı olaraq X1 Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 icra sənədinin icraatına xitam verilməsi haqqında 09 mart 2021-ci il tarixli qərarından verdiyi şikayəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. İşdən görünür ki, icra sənədi icra olunmuş, 09 mart 2021-ci il tarixdə isə icra sənədinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Borclu isə icra işin icraatının dayandırılmasını tələb edir. Kollegiya hesab edir ki, icra işin icraatının dayandırılması yalnız icra məmurunun təqdimatı əsasında mümkündür. Kollegiya hesab edir ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 tərəfindən icra sənədinin icraatına xitam verilməsi haqqında 09 mart 2021-ci il tarixli qərar qəbul edilərkən hər hansı qanunvericilik norması pozulmamışdır. Ona görə də birinci instansiya məhkəməsi X1 icra məmurunun «İcraata xitam verilməsi haqqında” qərarından verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdir. Azərbаycаn Respublikаsı MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 29 mart 2021-ci il tаrixli 8(019)-21/2021 nömrəli və onun əsasında qəbul edilmiş 12 aprel 2021-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərаrа аldı: Balakən Rayon Məhkəməsinin 29 mart 2021-ci il tаrixli 8(019)-21/2021 nömrəli və onun əsasında qəbul edilmiş 12 aprel 2021-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılsın. X1 şikаyəti təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-39/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-39/2021
06.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver