Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-39/2025 22.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, Tələbkar “aliment məbləğinin indeksasiya olunması” barədə ərizəsi üzrə qəbul edilmiş Oğuz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Tələbkar “aliment məbləğinin indeksasiya olunması” barədə ərizə ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(054)-390/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadı ilə Tələbkar həmin ərizəsi təmin edilərək, Oğuz Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(054)-390/2018 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunması qərara alınmışdır. Oğuz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadından Borclu tərəfindən şikayət verilmişdir. Oğuz Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş 24 aprel 2025-ci il tarixli qərardadı ilə Oğuz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardaddan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Oğuz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, onun aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları müəyyən olunur ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin artırılması tələbinə dair işə Oğuz Rayon Məhkəməsində 03 may 2018-ci il tarixdə baxılaraq qəbul edilmiş 2(054)-390/2018 nömrəli qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq, 07 fevral 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Tələbkar xeyrinə verilməsi və alimentin bu qaydada tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Həmin Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Tələbkar 06 mart 2025-ci ildə “aliment məbləğinin indeksasiya olunması” barədə ərizə ilə qətnaməni qəbul etmiş Oğuz Rayon Məhkəməsinə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(054)-390/2018 nömrəli qətnaməsinə əsasən Borclu hər ay 110 manat sabit pul məbləğində tutulan alimentin indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadı ilə Tələbkar həmin ərizəsi təmin edilmiş və Oğuz Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(054)-390/2018 nömrəli qətnaməsinə əsasən Borclu tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin qərardada mövqeyini onunla əsaslandırmışdır ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə dəyişikliklər edilmiş və göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırkı ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sabit pul məbləği barədə aliment 2018-ci ilin may ayında təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum əmək haqqının artırılması haqqında” Sərəncamı ilə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasında minimum əmək haqqı 130 AZN müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə 2018-ci ildə bir uşaq üçün təyin edilmiş 110 manat məbləğində alimentin həmin zaman qüvvədə olan minimum əmək haqqının 0,84 mislini təşkil etdiyini nəzərə alaraq, Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(054)-390/2018 saylı qətnaməsinə əsasən Borclu tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunmasını əsaslı sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Oğuz Rayon Məhkəməsi – 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadla Tələbkar “aliment məbləğinin indeksasiya olunması” barədə ərizəsini təmin edərək, Oğuz Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(054)-390/2018 nömrəli qətnaməsinə əsasən Borclu tutulan sabit pul məbləğində alimentin məbləğinin 2018-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunmasını qərara almaqda və həmin qərardaddan borclunun verdiyi hazırkı şikayəti 24 aprel 2025-ci il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayətin dəlilləri əsassızdır və Oğuz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Oğuz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(054)-24/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-39/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-39/2025
22.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver