Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-4/2022 08.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X6 iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 8(037)-49/2021 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(037)-12/2019 saylı qətnaməsi ilə cavabdeh X5 ilə Tələbkar Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 iyul 2009-cu il tarixli 008-09/İ saylı kredit müqaviləsi ləğv edilməsi, ondan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15 iyul 2009-cu il tarixli 008-09/İ saylı kredit müqaviləsi üzrə 16.637 (on altı min altı yüz otuz yeddi) manat 21 qəpik əsas, 969 (doqquz yüz altmış doqquz) manat faiz və 100 (bir yüz) manat dəbbə pulu olmaqla cəmi 17.706 (on yeddi min yeddi yüz altı) manat 21 (iyirmi bir) qəpik borc məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləği tutulması, 17.706 (on yeddi min yeddi yüz altı) manat 21 qəpik və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləği ipoteka ilə yüklü edilmiş, cavabdeh X4 məxsus olan, İsmayıllı şəhəri, N.Səmədov küçəsi 40 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, cavabdeh X4 məxsus olan, İsmayıllı şəhəri, N.Səmədov küçəsi 40 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılması, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 75.000 (yetmiş beş min) manat müəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan vəsait 17.706 (on yeddi min yeddi yüz altı) manat 21 qəpik borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun ödənilməsinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş, cavabdeh X4 məxsus olan, İsmayıllı şəhəri, N.Səmədov küçəsi 40 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdeh X5 və ailə üzvləri bir ay ərzində həmin evi tərk etmədikləri halda fərdi yaşayış evinin məcburi qaydada boşaldılması qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019–cu il tarixli 2(107)-1441/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmiş və həmin qiymət 50 000 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamə 08.01.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və 17.01.2020-ci il tarixdə icra edilməsi üçün İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini belə əsaslandırmışdır ki, hazırda məhkəmənin sözügedən qətnaməsini icra edə bilmir. Belə ki, hazırda yaşadığı evdən başqa yaşamağa evi yoxdur. Məhz bu səbəbdən də qış mövsümü olduğundan yaşadığı evi tərk edərək başqa mənzilə yerləşməkdə çətinliklə üzləşmişdir.. Hesab edir ki, qeyd olunan qətnamənin icrasına möhlət verilərsə, qətnamədə göstərilən tələbləri yerinə yetirə biləcəkdir. Ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 28 dekabr 2021-ci il tarixli, 8(037)- 49 nömrəli qərardadına əsasən məhkəmənin 18 yanvar 2019-cu il tarixli, 2(037)-12 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu Rəfail Allahverdiyevin ərizəsi təmin olunmamışdır. Qərardaddan narazı qalan Rəfail Allahverdiyev şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, dörd nəfərdən ibarət ailə üzvlərilə birlikdə müahisəli evdə yaşayır. Hazırda qış fəslidir və ailəsi ilə birlikdə başqa yerə köçüb yaşamağa maddi imkanı yoxdur. Məhkəmə qərar qəbul edərkən qış fəsli olmasını, onun ailə və maddi vəziyyətini, yaşamaq üçün başqa yaşayış yerinin olmamasını nəzərə almamışdır. Ona görə də 28 dekabr 2021-ci il tarixli qərardadın ləğv edilərək qətnamənin icrasına möhlət verilməsinə dair qərardad çıxarılmasını xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 8(037)-49/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi ərizəni təmin etməməkdə hаqlı оlmuşdur. Belə ki, qətnamənin icrasına 06 ay müddətə möhlət verilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə 18 yanvar 2019-cu il tarixdə çıxarılmış, hazırki vaxtadək isə tam icra edilməmişdir. Bundan sonra həmin qətnamənin icrasına əlavə möhlət verilməsi əsaslı sayıla bilməz. Bu hal tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin xüsusatlar qətnamənin icrasının qeyri-müəyyən müddətə icra ediləcəyi ilə nəticələnə bilər ki, bu hal tələbkarın qanunla qorunan mənafelərinə müvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına hazırki vəziyyətdə möhlətin verilməsi yolverilməzdir. Eyni zamanda X1 möhlətin verilməsi barədə tələbi heç bir konkretliyi əks etdirmir. Yəni borclunun tələbkar qarşısında olan öhdəliyinin nə vaxt ödəyib tamamlayacağı bəlli deyildir Beləliklə, məhkəmə kоllegiyаsı qərаrdаddаn verilmiş şikаyətin təmin edilməsi üçün əsаs müəyyən etmədi və bu qərаrа gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə uyğun оlаrаq, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı dəyişdirilmədən sаxlаnmаlı, şikаyət isə təmin edilməməlidir. Yuxаrıdа qeyd оlunаnlаrа əsаsən, məhkəmə kоllegiyаsı qərаrа аldı: X1 şikаyəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 8(037)-49/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən sаxlаnsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-4/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-4/2022
08.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver