Məhkəmə qərarları › İş №8(107)-4/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-4/2024

08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-4/2024 08.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Borclu İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710/2018 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizə üzrə material (Açar sözlər: qətnamənin icrasına möhlət, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Borclu İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710/2018 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin olunmaması barədə İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 8(037)-91/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710/2018 saylı qətnaməsinin icrasına möhlət verilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 8(037)-91/2023 nömrəli qərardadı ilə ərizəçi Borclu İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli 8(037)-91/2023 nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. İş materialalrından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710 saylı qətnaməsi ilə cavabdehlər X5, X4, X6, Borclu, X3 və X2 İsmayıllı şəhəri, Təbriz küçəsi dalan 2-də 0,1459 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin tamamilə boşaldılaraq mülkiyyətçi "xxxx" ASCyə təhvil verilməsi, fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(107)-2950 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmayaraq qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli 2(102)-2638 qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(107)-2950 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, qətnamənin icrasına yaz fəslinə qədər möhlət verilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə 31 avqust 2018-ci il tarixdə çıxarılmış, borclu tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmayaraq qətnamə qüvvədə saxlanılmışdır. Qətnamə hazırki vaxtadək isə icra edilməmişdir. Bundan sonra həmin qətnamənin icrasına əlavə möhlət verilməsi əsaslı sayıla bilməz. Bu hal tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Bundan başqa Borclu qətnamənin icrasına möhlət verilməsinə əsas kimi Şəki İnzibati Məhkəməsinin iddianın mümkünlüyü barədə qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verdiyini göstərir. Bu hal da iş üzrə hazırkı iş üzrə qətnamənin icrasına möhlət verilməsi üçün əsas ola bilməz. “İcra haqqında” Qanunun 3-cü maddəsinin 3.1-ci bəndinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 8(037)-91/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 8(037)-91/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 8(037)-91/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar