Məhkəmə qərarları › İş №8(107)-40/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-40/2020

19.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-40/2020 19.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Salmanov Əli Sabir oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X12 iştirakı ilə X1 “məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul vəsaitinin indeksasiyası” tələbi barədə ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-13/2020 nömrəli qərardadından iş üzrə X3 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: X5 cavabdehlər X14 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək etibardan sui-istifadə etməklə və aldatma yolu ilə əldə olunmuş pul vəsaitlərinin (qızıl-zinət əşyalarının) alınması, dəymiş maddi zərərin ödənilməsi məqsədi ilə cavabdehlər X14 və X6 30441 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə X16 əsl iddiaçı olan X13 ilə əvəz edilmişdir. X16 əsl iddiaçı olan X13 ilə əvəz edildikdən sonra iddiaçı X13 məhkəməyə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə cavabdeh X10 etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ondan aldığı, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının qaytarmaması ilə bağlı ona maddi zərər dəyməsi və həmin qızıl-zinət əşyaları sahəsində Billur Lətifovanın əsassız olaraq varlanmasını nəzərə alaraq 30441 (otuz min dörd yüz qırx bir) manat pulun cavabdeh X7 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-396/201 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək X7 30441 (otuz min dörd yüz qırx bir) manat və 30 manat dövlət rüsumu alınaraq X11 ödənilməsi qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-396/2018 saylı qətnaməsi üzrə X4nın ödəməli olduğu 30441 manat pul məbləğlərinin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-13/2020 nömrəli (hakim C.İmanov) qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)- 396/2018 saylı qətnaməsi ilə tutulmalı olan 29186 (iyirmi doqquz min yüz səksən altı) manat pul məbləğinin indeksasiyasının aparılması və həmin məbləğin 30.616,11 manat müəyyən edilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci X4ndan tutulub alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22. hesabına köçürülməsi qərara alınmışdır. X3 qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş və Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-13/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-13/2020 nömrəli qərardadı ilə X3tərəfindən verilmiş şikayət təmin edilməmiş və material baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X18 izahat verərək bildirmişdir ki, hazırki iş üzrə icra işi onun icraatındadır. X4 təkcə hazırki iş üzrə tələbkara deyil, ayrı-ayrılıqda bir neçə şəxsə borcludur. Müvafiq icra tədbirləri görülməsinə baxmayaraq borclu qətnamə ilə müəyyən edilmiş borcunu tam ödəmir, tələbkar isə borcunu tələb edir. İcra məmuru sonda şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları və icra işi ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-13/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki Rayonu üzrə icra Şöbəsi tərəfindən verilmiş 1473/13 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubda görünür ki, X4nın borclu olduğu 3 icra sənədi mövcuddur. Müxtəlif tarixlərdə borclu tərəfindən icra sənədi üzrə ödənilmiş pul vəsaitinin xx.xx.2019-cu il tarixli “borcludan alınmış pul vəsaitinin borclara mütənasib bölünməsi haqqında" qərar əsasında X2na ödənilməsi üçün nəzərdə tutulmuş 1015 manatı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Eyni zamanda Şəki Rayon Mərkəzi Xəstəxanasının məlumatına əsasən borcluya hesablanan əmək haqqı məbləğindən aparılmış tutulmalardan Ü.Məmmədovaya verilməli olan 240 manat “xxxx" ASC-nin Şəki filialında əmanət hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 5130 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsindən göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar məhkəmə tərəfindən nəzərə alındıqda 29.186,00,0 manat məbləğində pul vəsaitinin xx.xx.2020-ci il tarixə hesablanmış cari dəyərinin (ekvivalenti) 30.616,11 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd olunan maddə məhkəmənin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Ödənilməli olan pul məbləğlərinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcundan cəmi 1255 manat pul ödəniş etsə də, tələbkara 29186 manat borcu qalmaqdadır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə inflyasiya səviyyəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin etmiş və ekspert rəyi əsasında da qalıq borc məbləğinin, yəni 29186 manatın 30.616,11 manat olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də işin faktiki hallarını ekspert rəyi ilə birlikdə nəzərə alaraq hesab etmişdir ki, borclunun xx xxxxxx 2020-ci il tarixədək tələbkara ödəmədiyi 29186 manat pul məbləğinin Azərbaycan Respublikasında nağd pulun devalvasiyası və inflyasiyanın baş verdiyi halda ödənişlərin inflyasiya faizlərinin nəzərə alınmaqla qətnamə üzrə ödənilməsi qət edilmiş pulun istehlak qiymətləri indeksinə əsasən indeksləşdirmə aparılmasına məhkəmə tərəfindən qiymət verildiyindən tələbkarın ərizənin təmin edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MPM-in 15.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx xxxxxx 2007-ci il tarixli Qərarı). Göründüyü kimi, qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə qərarların icrasının ciddiliyini və məcburiliyini kifayət qədər aydın şəkildə təsbit etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-13/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-13/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar