Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-40/2021 08.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Mahmudov Ayaz Akif oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İcra sənədi üzrə icraata başlamaq haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsinin qərarının ləğv edilməsindən imtina barədə Oğuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 8(054)-16/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 11.02.2021-ci il tarixli **********981700 nömrəli qərarına əsasən Borclu tərəfindən 53.352,74 manat əsas borc, 2.134,11 manat faiz borcu - cəmi 55.486,85 manat məbləğ qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkarın qərarlarının 11.02.2021-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. Həmin qərar üzrə icra sənədi icra edilməsi üçün Oğuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 19.02.2021-ci il tarixli qərarı ilə icraata qəbul edilmişdir və həmin icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İş üzrə Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icra sənədi üzrə icraata başlamaq haqqında 19.02.2021-ci il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu şikayət ərizəsində qeyd etmişdir ki, onun tələbkara hər hansı miqdarda borcu yoxdur. Tələbkarın qeyd etdiyi borc tələbi ilə əlaqədar Bakı şəhəri Baş Polis İdarəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. Ona görə də tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 11.02.2021-ci il tarixli **********981700 nömrəli qərarına dair icra sənədi üzrə icraata başlamaq haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 19.02.2021ci il tarixli qərarı həmin araşdırma sona çatanadək dayandırılmalıdır. Qeyd olunanlara əsasən həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Oğuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tаrixli, 8(054)-16/2021 saylı qərardadı ilə (hakim Kamran Süleymanov) tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 11.02.2021-ci il tarixli **********981700 nömrəli qərarına dair icra sənədi üzrə icraata başlamaq haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 19.02.2021-ci il tarixli qərarından Borclu verdiyi şikayət təmin edilməmişdir. Borclu Oğuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tаrixli, 8(054)-16/2021 saylı qərardadından şikayət vermişdir. Oğuz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tаrixli, 8(054)-16/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 10 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X4 şikayətə etiraz edərək şikayətin təmin edilməməsi və Oğuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tаrixli, 8(054)-16/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tаrixli, 8(054)-16/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 19.02.2021-ci il tarixli qərarının məzmunundan görünür ki, tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 11.02.2021-ci il tarixli **********981700 nömrəli qərarına dair icra sənədi 19.02.2021-ci il tarixdə icra edilməsi üçün Oğuz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin gün də icraata qəbul edilərək “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, icra sənədi qanunvericiliyin tələbinə uyğun olduğu halda, həmin icra sənədini qəbul edərək icraata başlamaq haqqında dərhal qərar qəbul etmək icra məmurunun bilavasitə vəzifəsidir. İcraata başlamaq haqqında qərar qəbul edilərkən borclunun və ya tələbkarın dəvət edilərək dindirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır Eyni zamanda, Borclu hazırki şikayət ərizəsində qeyd etdiyi hallar tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 11.02.2021-ci il tarixli **********981700 nömrəli qərarına dair icra sənədi üzrə icraata başlanılmasına, icra tədbirlərinin həyata keçirilməsinə və icra sənədinin icra edilməsinə maneə törətmir. Borclu şikayət ərizəsində qeyd etdiyi kimi, icra sənədində qeyd edilən borc tələbi ilə əlaqədar müvafq hüquq mühafizə orqanında araşdırma aparılırsa, həmin araşdırmanın nəticəsi olaraq icra sənədində qeyd edilən borcun Borclu aid olması istisna ediləcəyi halda, tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 11.02.2021-ci il tarixli **********981700 nömrəli qərarına dair icra sənədi mübahisələndirilə bilər. Hazırki vəziyyətdə isə tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 11.02.2021-ci il tarixli **********981700 nömrəli qərarı qanuni qüvvəyə minərək icraya yönəldilmiş qərar hesab edilir. Tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 11.02.2021-ci il tarixli **********981700 nömrəli qərarına dair icra sənədi üzrə icra işinin materiallarından və işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin qərara dair icra sənədi üzrə icraata başlama haqqında qərar qanunvericiliyin tələbinə uyğun olaraq qəbul edilmiş və qərar qəbul edildkdən sonra həyata keçirilməli olan hərəkətlər də icra məmuru tərəfindən tam şəkildə yerinə yetirilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 11.02.2021-ci il tarixli **********981700 nömrəli qərarına dair icra sənədi üzrə icraata başlamaq barədə Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 19.02.2021-ci il tarixli qərarının ləğv olunmasına hər hansı əsas yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tаrixli, 8(054)-16/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tаrixli, 8(054)-16/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-40/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-40/2021
08.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver