Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-40/2023 21.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra sənədinin icrası ilə bağlı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarından Borclu verdiyi şikayət ilə bağlı iş üzrə (Açar sözlər: “borclunun axtarışı haqqında” qərardan şikayət, ləğv, təmin) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra sənədinin icrası ilə bağlı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarından Borclu verdiyi şikayətin təmin edilməməsi barədə Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli 8(033)-24/2023 nömrəli qərardadından borclu Cum ayev Fərrux Bahəddin oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq Borclu hər ay qazancının (gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment xx.xx.2013-cü il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə tutulmalıdır. İddiaçı Borclu 30 manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra vərəqəsi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən 16 fevral 2022-ci il tarixdə icra olunması üçün aidiyyəti üzrə Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.
3. Zaqatala rayon İcra və probasiya şöbəsinin 24 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır
4. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarla xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir.
5. Borclu nümayəndəsi və vəkili X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli 8(033)-24/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)- 355/2017 nömrəli icra sənədinin icrası ilə bağlı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarından Borclu vəkili və nümayəndəsi X2 verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır.
7. Borclu nümayəndəsi və vəkili X5 həmin qərardaddan şikayət vermişdir.
8. Zaqatala Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 8(033)-24/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.
9. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır.
10. Borclu nümayəndəsi və vəkili X2 şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-355/2017 nömrəli. 20 fevral 2017-ci il tarixli icra sənədinə əsasən 20 fevral 2017-ci il tarixdən başlayaraq Borclu hər ay bir uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün əmək haqqının 1/4 miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən aiddiyatı üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və 24 fevral 2022-cı il tarixində Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, borclu şəxsə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Şikayətə əlavə olunmuş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 03 avqust 2022-ci il tarixli, 83183 nömrəli məktubundan qeyd olunur ki, "....Bundan sonra aparılan icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Borclu tərəfindən 2438.44 manat aliment ödənişi əmək haqqından tutulmaqla, icra sənədi Zaqatala rayon İcra və probasiya şöbəsinin icraatına daxıl olduqdan sonra 1800 manat, ümumilikdə isə 20 694.44 manat aliment ödənişi Tələbkar xeyrinə ödənilmişdir. Bundan sonra Borclu xx.xx.2022-ci il tarixdə şöbəmizə gəlmiş, o şöbəmizdə olan zaman Xarici işlər Nazirliyində işlədiyi dövrdə aldığı əmək haqqı barədə arayışı və hal-hazırda işlədiyi X4 Katibliyinin arayışını şöbəmizə təqdim etmışdir. Təqdim olunan arayışlara və Azərbaycan Respublikası Statistika komitəsinin şöbəmizə təqdim etdiyi illərə görə Bakı şəhəri üzrə orta aylıq əmək haqqına aid məktuba əsasən yenidən alimentin hesablanması aparılmışdır. Borclu tərəfindən aliment pulu Tələbkar hesabına hər ay vaxtında ödənilmişdir. İcra sənədində olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Statistika Komitəsinin və X4 Katibliyinin arayışlarına əsasən hesablamamıza görə hal-hazırda Borclu aliment borcu yoxdur." Bundan sonra da hüquqlarını müdafiə etdiyi Borclu Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-355/2017 nömrəli, 20 fevral 2017-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu aliment borcunu vaxtı vaxtında ödəmişdir.
11. Bütün bunlara baxmayaraq Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarına əsasən, hüquqlarını müdafiə etdiyi Borclu barəsində axtarış elan edilmişdir. 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərar onunla əsaslandırılmışdır ki, "...Tərəfimizdən aparılan icra tədbirləri ilə Borclu dəfələrlə məhkəmə qərarının icrası barədə bildiriş verilmiş, həmçinin ondan "Ailə Məcəlləsinə" əsasən əmək haqqı (gəlirləri) barəsində dəqiq məlumat verilməsi tələb olunmuşdur. Bundan sonra Borclu X4 Katibliyinin arayışını şöbəmizə təqdim etmişdir. Lakin, tələb edilməsinə baxmayaraq onun tərəfindən həmin arayışın əsaslandırıcı sənədləri, o cümlədən bank çıxarışları, gəlirləri təsdiq edən konkret sənədlər təqdim edilməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində sonuncu dəfə borcluya nə qədər əmək haqqı alması barədə şöbəmizə dəqiq, bank çıxarışları əlavə edilməklə məlumat verilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Qeyd edilən müraciətlərə Borclu tərəfindən bugünədək cavab verilməmiş, onun Azərbaycan Respublikası ərazisində yaşadığı ünvanlara, həmçinin borcluya məxsus əlaqə nömrəsinə (vatsap vasitəsilə) həmin məktublar yenidən göndərilmiş, yenə də Borclu tərəfindən həmin xəbərdarlıqlara münasibət bildirilməmişdir. Borclunun ailə üzvləri və onun özü ilə telefon əlaqələri saxlanılmasına baxmayaraq bu da nəticə verməmişdir. Belə olan halda Borclu tərəfindən "Ailə Məcəlləsi"nin 104.2-ci maddəsinin tələbləri pozulmuşdur. Halhazırda məhkəmə qərarının icrası ilə bağlı Borclu ödəyəcəyi alimentin hesablanmasında ciddi çətinlik yaranır. İcra sənədi üzrə Borclu tərəfindən əmək haqqı (gəlirləri) barədə dəqiq məlumat verməkdən qərəzli şəkildə yayınılmış və yaşadığı yeri müəyyən etmək mümkün olmadığından icra tədbirləri görülə bilməmişdir. Əldə edilən məlumata əsasən onun hazırda ölkə xaricində məlum olmayan ünvanda yaşadığı məlum olmuşdur." Göründüyü kimi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 03 avqust 2022-ci il tarixli, 83183 nömrəli məktubunda icra sənədi üzrə Borclu öhdəliklərini tam icra etdiyi qeyd olunsa da, 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarda icra sənədinin dolayısı ilə icra edilmədiyi qeyd edilir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarını aşağıda qeyd olunanlara əsasən qanunsuz və əsassız hesab edirik:
1. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 03 avqust 2022-ci il tarixli, 83183 nömrəli məktubunda icra sənədi üzrə Borclu öhdəliklərini tam icra etdiyi qeyd olunmuşdur. Belə olan halda, 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarda hüquqlarını müdafiə etdiyi Borclu Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-355/2017 nömrəli. 20 fevral 2017-ci il tarixli icra sənədin icrasından boyun qaçırması qənaətinə gəlinməsi qanunsuz və əsassızdır. Maraqlısı odur ki, hansı səbəbdən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarı qəbul etməsini müəyyən etmək mümkünsüzdür.
2. İcra işinin materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Statistika Komitəsinin və X4 Katibliyinin arayışlarından da göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Borclu əmək haqqısı və digər gəlirləri barədə sənədlər Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə təqdim olunmuşdur. İşin bu halı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 03 avqust 2022-ci il tarixli, 83183 nömrəli məktubunda da əks olunmuşdur.
3. Hətta, hüquqlarını müdafiə etdiyi Borclu əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilməsə belə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilməli idi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən, bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və va onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsində imperativ qaydada qeyd olunur ki, hüquqlarını müdafiə etdiyi Borclu tərəfindən əmək haqqını və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilməsə belə aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilməli idi.
4. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Statistika Komitəsinin və X4 Katibliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə müvafiq məlumatları təqdim etmişlər. Lakin, Zaqatala Rayon İcra və Probasiya Şöbəsin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədov yuxarıda adı çəkilən qurumların təqdim etdiyi sənədlərə tənqidi yanaşmış, həmçinin məlumatların tam təqdim olunmadığını qeyd etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarından belə başa düşülür ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Statistika Komitəsinin və X4 Katibliyi onun tələblərini icra etməmişdir. Lakin, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədov belə olduğu halda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Statistika Komitəsinin və X4 Katibliyinin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı protokol tərtib etməli olduğu halda, əsassız və qanunsuz olaraq hüquqlarını müdafiə etdiyi Borclu axtarışa verilməsi ilə bağlı qərar qəbul etmişdir. Bununla yanaşı, X4 tərəfindən verilmiş və hazırkı şikayətə əlavə edilmiş 10 mart 2023-cü il tarixli arayışlardan da göründüyü kimi, ərizəçinin aylıq sabit gəliri 700 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarının ləğv edilməsi tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, məhkəmə əmək haqqı barədə arayışın təqdim olunmaması əsası ilə şikayətin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Lakin, hazırda Borclu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə əmək haqqı barədə arayışı təqdim etmiş, bununla belə yenə də onun axtarışa verilməsi ilə bağlı qərar ləğv edilməmişdir. Şərh olunanlardan da göründüyü kimi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin hazırda mübahisələndirdiyi qərarı qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarı hüquqlarını müdafiə etdiyi Borclu rəsmi olaraq təqdim olunmamış, yalnız vəkil (nümayəndə) 10 fevral 2023-cü il tarixdə icra işinin materialları ilə tanış olduqdan sonra həmin qərarın mövcudluğundan məlumatı olmuşdur.
12. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra sənədinin icrası ilə bağlı yaşayış yeri məlum olmayan və hər hansı üzürlü səbəb olmadan rəsmi əmək haqqı və əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında icra məmuruna məlumat verməkdən boyun qaçıran Borclu barəsində Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədov tərəfindən 23 yanvar 2023-cü il tarixdə qəbul edilmiş «Borclunun axtarışı haqqında» qərarı həmin icra sənədinin vaxtında və düzgün icra edilməsi üçün zəruridir.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
14. Belə ki, hazırki qərardadın 10-cu bəndində və Borclu nümayəndəsi və vəkili X2 şikayətinin 3-cü bəndində göstərilənlər hazırki vəziyyətdə axtarış barədə qərar verilməsinə zərurət olmadığı qənaətinə gəlmək üçün yetərlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 104.1-ci maddəsinə əsasən aliment tutulması haqqında məhkəmənin qətnaməsinə və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan müəssisənin müdiriyyəti qətnamənin icra olunduğu yerdə icra məmuruna və aliment alan şəxsə aliment verən şəxs işdən çıxdıqda onun işdən çıxması haqqında, habelə məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur. 104.2-ci maddəsinə əsasən aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir. 104.3-cü maddəsinə əsasən bu Məcəllənin 104.1—104.2-ci maddələrində göstərilmiş məlumatlar üzürsüz səbəbə görə xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 106.4-cü maddəsinə əsasən, bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və va onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, Borclu iş yeri və aylıq əmək haqqı barədə icra qurumunda hal-hazırki vəziyyətə dəqiq məlumatlar olduğundan, onun nümayəndəsi vəkil X2 Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli 8(033)-24/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli 8(033)-24/2023 nömrəli qərardadı ləğv edilməli, Borclu Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarından verdiyi şikayət təmin edilməli, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarı ləğv edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
16. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı
QƏRARA ALDİ:
Borclu nümayəndəsi və vəkili X2 Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli 8(033)-24/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli 8(033)-24/2023 nömrəli qərardadı ləğv edilsin. Borclu nümayəndəsi və vəkili X2 Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarından verdiyi şikayət təmin edilsin. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli Borclu barəsində olan «Borclunun axtarışı haqqında» qərarı ləğv edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.