Məhkəmə qərarları › İş №8(107)-41/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-41/2021

20.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-41/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 02.10.2019-cu il tarixli 2(051)-2041/2019 saylı icra vərəqəsi üzrə borcun hissə-hissə ödənilməsinə dair X1 ərizəsinin təmin edilməməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli 8(051)-62/2021 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli 8(051)-62/2021 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 02.10.2019-cu il tarixli 2(051)-2041/2019 saylı qətnaməsinə əsasən X2ndan 5720 manat məbləğində pulun tutulub Tələbkar Böyükkişi qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə verilmişdir. X2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 02.10.2019-cu il tarixli 2(051)-2041/2019 saylı icra vərəqəsi üzrə borcun hissə-hissə olaraq ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən X2 izahat verərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 02.10.2019-cu il tarixli 2(051)2041/2019 nömrəli qətnaməsinə əsasən ondan 5 adda qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 5720 manat məbləğində pulun tutulub Tələbkar Böyükkişi qızının xeyrinə ödənilməsi qət edilmişdir. Borcunu hər ay hissə-hissə ödəməyə maddi imkanı çatır. “xxxx” MMC-nin 2 saylı Qazan-turbin sexində xadimə işləyir və aylıq 470.50 manat məbləğdə əmək haqqı alır. Qeyd olunan məbləği ödəyə bilmir. Bu səbəbdən, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 29 mart 2021-ci il tаrixli 8(051)- 62/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iş üzrə X2 şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli 8(051)-62/2021 nömrəli qərardadı ilə X1 şikayəti təmin edilməmiş və onun şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 şikayət ərizəsi ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında izahat verən X2 şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(051)-62/2021 nömrəli qərardadının ləğv edib, qətnamənin hissə-hissə ödənilməsi barədə ərizəsinin təmin olunması haqqında qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Tələbkar Böyükkişi qızı məhkəmə iclasına gəlməmiş, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən işə Tələbkar Böyükkişi qızının və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli 8(051)-62/2021 nömrəli və onun əsasında qəbul edilmiş 15 aprel 2021-ci il tаrixli 8(051)-62/2021 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 26.11.2020-ci il tarixli, 8(051)-210/2020 saylı qərardadından görünür ki, ərizəçinin X4 tələbi təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 26.11.2020-ci il tarixli 8(051)-2041/2020 saylı qətnaməsinin X2 tərəfindən hissə-hissə, yəni hər ay cəmi 500 manat ödənilməklə icra edilməsi qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 8(107)11/2021 saylı qərardadndan görünür ki, tələbkarın şikayəti qismən təmin edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- 210/2020 saylı qərardadı ləğv edilmiş, X1 Mingəçevir Şəhər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 8(051)-2041/2020 saylı qətnaməsinin hissə-hissə ödəməklə icra edilməsinə dair ərizəsinə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi barədə qərar verilmişdir. İşdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 02.10.2019-cu il tarixli 2(051)2041/2019 nömrəli qətnaməsinə dair icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən müvafiq icra tədbirləri həyata keçirilmiş, lakin X2 qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəyə minməsindən sonra keçən müddət ərzində tələbkara olan borcundan hər hansı məbləğdə pul ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 5720 manat məbləğində borcun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə uyğun gəlmir. Belə ki, borclu tərəfindən borcun hissə-hissə ödənilməsi üçün əsas ola biləcək heç bir əsaslı sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, borclu tərəfindən verilmiş ərizənin təmin olunması üçün heç bir əsas yoxdur. Göründüyü kimi, belə olan təqdirdə ərizənin təmin edilməsi mümkün deyildir. MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Borclu, məhkəmə aktının icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Bundan başqa, işdə tələbkarın icra sənədinin hissə-hissə icra edilməsinə razılıq verməsi barədə hər hansı sübut olması müəyyən edilməmişdir. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. MPM-in 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli 8(051)-62/2021 nömrəli və onun əsasında qəbul edilmiş 15 aprel 2021-ci il tаrixli 8(051)-62/2021 qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərаrа аldı: Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli 8(051)-62/2021 nömrəli və onun əsasında qəbul edilmiş 15 aprel 2021-ci il tаrixli 8(051)-62/2021 qərardadları dəyişdirilmədən saxlanılsın. X1 şikаyəti təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar