Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-41/2024 27.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İsmayıllı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2-2(84)-130/2016 saylı, xx.xx.2017-ci tarixli, 2-2(84)- 7/2017 saylı, xx.xx.2017-ci tarixli, 2-2(84)-8/2017 saylı icra sənədləri üzrə borclu “X6”-a məxsus avtomaşınların üzərinə həbs qoyulmasına dair təqdimatı ilə bağlı iş üzrə (Açar sözlər: Əmlakın üzərinə həbsin qoyulması, ləğv, məhkəmə aidiyyatı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(037)-77/2024 nömrəli qərardadından borclu “X6” tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-130/2016 nömrəli,xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu "X6"dan ümumilikdə 309347.32 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin, 2-2(84)-7/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən,borclu "X6" dan ümumilikdə 21690.20 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin və 2-2(84)- 8/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu "X6"dan ümumilikdə 46400 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X9" ASC-nin xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə borclu “X6”-a məxsus olan "Changan F 70" minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, "LADA 21214" Urban Legend minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, "QAZ 3102" minik markalı ** AH *** dövlət qeydiyyat nişanlı, "QAZ" yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "QAZ" yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, "QKB 8350" yük markalı ** ZA *** dövlət qeydiyyat nişanlı,"QKB" yarımqoşqu markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QKB 8350" yük markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QKB" yarımqoşqu markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QKB 8350" yük markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QAZ 3221" mikro avtobus markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "QAZ" xüsusi təyinatlı markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "QKB" yarımqoşqu markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QKB 8350" yük markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QAZ 3302" yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "UAZ 39094" yük sərnişin markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "KAMAZ 65115" yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "LADA 21214" minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, "LADA 21214" minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı və "LADA 21214" minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(037)-77/2024 saylı qərardadı ilə təqdimatın qismən təmin edilməsi, borclu “X5” adına qeydə alınmış “Changan F70” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “LADA 21214” Urban Legend minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “QAZ 3102” minik markalı ** AH *** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “LADA 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “LADA 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı və “LADA 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, qərardadın icrasının İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu "X6" tərəfindən İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(037)- 77/2024 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(037)-77/2024 saylı qərardadı ilə, borclu "X6" tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1, 43.1.1, 44.1, 44.1.3, 45.1, 45.6, 45.7, 50.2 və 50.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən qərardad qəbul etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, borclu “X6” təsərrüfat hesablı müəssisədir. Kolxozun təsərrüfat fəaliyyətinin əsas və aparıcı hissəni onun istifadəsində olan nəqliyyat vasitələri təşkil edir. Həmin nəqliyyat vasitələrinin üzərinə İsmayıllı rayon Məhkəməsinin müvafiq qərardadı ilə həbs qoyulması Kolxozun ciddi sarsıntı keçirərək itkilərə məruz qalmasına gətirib çıxaracaqdır. Belə ki, müəssisə təsərrüfat hesablı olduğuna görə öz gəlirləri hesabına öz təminatlarını qarşılayır. Buna müəssisənin bütün işçilərinin əmək haqqları, təsərrüfat xərcləri, kommunal xərcləri və s. daxildir. İsmayıllı rayon Məhkəməsinin qərardadı qanuni qüvvəyə mindikdən sonra Kolxozun istifadəsində olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması Kolxozu itkilərə məruz qoyaraq onun öz fəaliyyətini dayandırmağa məcbur qoymaqla nəticələnəcəkdir. Bundan başqa, “X6” Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yeganə kolxoz təsərrüfatıdır ki, Azərbaycan Respublikasının iqtisadiyyatına və kənd təsərrüfatına böyük tövhələr vermiş və hazırda məhsulları ilə bazarın müəyyən hissəsini təşkil edir. Belə olan halda onun İsmayıllı rayon Məhkəməsinin qərardadı ilə fəaliyyətinin dayandırılması ədalətsizlikdir. Həmçinin, 1936-cı ildə yaradılmış Kolxozun fəaliyyəti Ümumilli Lider Heydər Əliyev tərəfindən dəstəklənmiş, Ulu Öndərin və X7 göstərişləri, habelə qayğısı ilə Kolxoz idarəçilik forması bugünkü günə qədər qorunub saxlanmışdır. Buna baxmayaraq İsmayıllı rayon Məhkəməsinin qərardadı ilə Kolxozun istifadəsində olan nəqliyyat vasitələrinə həbs qoyulması, yekunda Kolxozun fəaliyyətini dayandırmaq məcburiyyəti yaradacaq ki, bu nəticəni və Ulu Öndərin bu Kolxoza verdiyi dəyəri İsmayıllı rayon Məhkəməsi nəzərə almamışdır. İsmayıllı rayon Məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, borclu “X5” adına “Changan F70” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “LADA 21214” Urban Legend minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “QAZ 3102” minik markalı ** AH *** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “LADA 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “LADA 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı və “LADA 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillər qeydə alınmışdır və Məhkəmənin qərardadı ilə həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Lakin, İsmayıllı rayon Məhkəməsi sözügedən nəqliyyat vasitələrinin Kolxozun əsas fəaliyyətini təşkil etdiyini və onların üzərinə həbs qoyulduğu təqdirdə Kolxozun ciddi itkilərə məruz qalacağını, o cümlədən Kolxozun öz işçilərinin əmək haqqılarını, kommunal ödənişlərini, təsərrüfat və digər təminat xərclərini qarşılaya bilməyəcəyini və bununla da, son olaraq Kolxoz fəaliyyətini dayandırılmalı olacağını nəzərə almamışdır. Odur ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(037)-77/2024 nömrəli qərardadının ləğv olunmasını xahiş edir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin; 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.3-cü maddəsinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. Birinci instansiya məhkəməsinin belə qaydada qəbul edilən qərardadlarından Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq şikayət verilə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyul 2014cü il tarixli qərarında göstərilmişdir ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir.... MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələni məhz işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin hakimi həll edə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(037)-77/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(037)- 77/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda, icra edilməsi üçün əmlakın üzərinə həbs qoyulması tələb edilən icra sənədləri Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verildiyindən, hazırki təqdimata baxılmasının məhkəmə aidiyyatı məsələsi müzakirə edilməlidir. Göstərilən hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını əlaqəli şəkildə nəzərdən keçirərək məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar borclunun əmlakının üzərinə həbs qoyulması gələcəkdə həmin əmlaka tutma yönəldildikdə icra üsulunun dəyişdirilməsini ehtiva etdiyindən, həmin işə də işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Hazırki iş üzrə isə işə mahiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxıldığından borclunun əmlakının üzərinə həbsin qoyulması barədə təqdimata da Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 44.2.2-ci maddəsinə görə məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Göründüyü kimi, qanun qərardaddan şikayətə baxan apellyasiya məhkəməsinə işi aidiyyatı üzrə göndərmək səlahiyyəti vermədiyindən İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(037)-77/2024 nömrəli qərardadı ləğv edilərək birinci instansiya məhkəməsinə qaytarılmalı və hazırki təqdimatın məhkəmə aidiyyatı məsələsi həmin məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(037)- 77/2024 nömrəli nömrəli qərardadı ləğv edilməli, işin materialları İsmayıllı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2-2(84)-130/2016 saylı, xx.xx.2017-ci tarixli, 2-2(84)-7/2017 saylı, xx.xx.2017-ci tarixli, 2-2(84)-8/2017 saylı icra sənədləri üzrə borclu "X6"a məxsus əmlakların üzərinə həbsin qoyulması barədə təqdimatının məhkəmə aidiyyatı məsələsinin həll edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu "X6"tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(037)-77/2024 nömrəli qərardadı ləğv edilsin. İşin materialları İsmayıllı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2-2(84)-130/2016 saylı, xx.xx.2017-ci tarixli, 2-2(84)-7/2017 saylı, xx.xx.2017-ci tarixli, 2-2(84)-8/2017 saylı icra sənədləri üzrə borclu “X6”-a məxsus avtomaşınların üzərinə həbs qoyulmasına dair təqdimatının məhkəmə aidiyyatı məsələsinin həll edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-41/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-41/2024
27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver