Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-42/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, tələbkar X10 və onun vəkili X5, borclu X1 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadından Borclu verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X10 cavabdeh Borclu qarşı uşaq tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2 (054)-349/2018 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək X10 mərhum X6 ilə birgə nikahından 26 oktyabr 2014-cü il tarixdə anadan olmuş X15 və 05 aprel 2016-cı il tarixdə anadan olmuş X18 adlı uşaqların cavabdeh Borclu alınaraq iddiaçı X12 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün 13.10.2020-ci il tarixdə Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs rəisi X8 30.03.2021-ci il tarixli qərarı ilə Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2 (054)-349 / 2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraat dayandırılmışdır. İş üzrə tələbkar X16 Maraqlı şəxs rəisi X8 30.03.2021-ci il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini, Maraqlı şəxs rəisi X13 barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadına əsasən iddiaçı X10 cavabdeh Borclu qarşı uşaq tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2 (054)-349/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması haqda Maraqlı şəxs rəisi X8 30.03.2021-ci il tarixli qərarından tələbkar X10 verdiyi şikayət qismən təmin edilərək Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2 (054)-349/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması haqda Maraqlı şəxs rəisi X8 30.03.2021-ci il tarixli qərarının ləğv edilməsi, İcra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi, X10 hazırki şikayətinin Maraqlı şəxs rəisi X13 barəsində xüsusi qərar çıxarılmasına dair hissəsinin təmin edilməməsi qərara alınmışdır. Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadından Borclu şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə uşaqların atalarına qaytarılmaları tələbinə dair iddiaya baxarkən Qəyyumluq və Himayəçilik orqanının uşaqların atalrına verilməsinə dair 31.05.2018-ci il tarixli rəyi əsas götürmüşdür. X4 və Himayəçilik orqanı tərəfindən dindirilən zaman atasının mərhum anası ilə, habelə onunla pis rəftar etdiyini, onları dəfələrlə döydüyünü bildirsə də, Qəyyumluq və Himayəçilik orqanı onun bu fikirlərini nəzərə almamışdır. Həmin dövrdən isə 3 ilə yaxın müddət keçmişdir. Odur ki, Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadının ləğv edilməsini və Maraqlı şəxs rəisi X8 30.03.2021-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında Oğuz rayonu üzrə İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu X2 apellyasiya şikayətinə heç bir əlavəsi olmadığını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar X16 şikayətin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar X10 vəkili X9 bildirdi ki, tərəflərdən biri ata digəri isə babadır. Ata uşağın valideynidir və uşağa baxmaq atanın hüququdur. Baba isə ataya münasibətdə heç bir üstün hüquqa malik deyil. Borclunun dəfələrlə məhkəmələrdə iddia qaldırmasının məqsədi işin icraatının uzatmasına və işin icraatına mane olmağıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Oğuz Rayon Məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2 (054) - 349 / 2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə Maraqlı şəxs rəisi X8 30.03.2021-ci il tarixli qərarı mülki-prosessual qanunvericiliyin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli, icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fkirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən MPM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Buna baxmayaraq, məhkəmə kollegiyası hazırkı mübahisəli məqamlara aydılıq gətirərək, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Hazırda öyrənilən iş materiallarından göründüyü kimi icrası nəzərdə tutulan qətnamə Oğuz Rayon Məhkəməsi tərəfindən 31.05.2018-ci il tarixində qəbul edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Borclu apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti təmin edilməmiş və Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, cavabdeh Borclu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdeh Borclu kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı uzun müddət ərzində icra edilməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Buna baxmayaraq, borclu 30 mart 2021-ci ildə Oğuz Rayon Məhkəməsində “uşaqların himayəyə verilməsi haqqında” iddia qaldıraraq, yenidən Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli qətnaməsinin icrasının dayandırılması xahiş etmişdir. Oxşar münasibətləri tənzimləyən məsələlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 aprel 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu norma əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında göstərilsə də, eyni zamanda vətəndaşların konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd edilən normaları müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir”. Təhlil olunan işdən göründüyü kimi, iddiaçı X10 cavabdeh Borclu qarşı uşaq tələbinə dair iddiası Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2 (054)-349/2018 nömrəli qətnaməsinə əsasən təmin edilərək X10 mərhum X6 ilə birgə nikahından 26 oktyabr 2014-cü il tarixdə anadan olmuş X15 və 05 aprel 2016-cı il tarixdə anadan olmuş X18 adlı uşaqların cavabdeh Borclu alınaraq iddiaçı X12 verilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlaılmışdır. Həmçinin, məlum mülki işə borclunun özünün verdiyi apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsində baxılarkən sonuncu məhkəmə kollegiyasına müraciət edərək, göstərmişdir ki, X12 qarşı Oğuz Rayon Məhkəməsində “valideynlik hüququndan məhrum etmə” tələbinə adir iddia qaldırdığından və həmin idanın hazırkı işlə bağlılığı olduğundan apellyasiya şikayəti üzrə icraat dayandırılmalıdr. İş materiallarından aydın olur ki, Şəki Apellyasiya Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixlui qərardadı ilə iş üzrə icrat dayandırılmış və bunun nəticəsində apellyasiya şikayəti üzrə yekun məhkəmə qətnaməsi 05 dekabr 2019-cu ildə çıxarılmışdır. Bundan sonra, borclu sözügedən apellyasiya məhkəməsinin məlum qətnaməsindən kassasiya şikayəti vermiş, daha sonra 30 mart 2021-ci ildə Oğuz Rayon Məhkəməsində “uşaqların himayəyə verilməsi haqqında” iddia qaldıraraq, yenidən Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli qətnaməsinin icrasının dayandırılmasını xahiş etmişdir. Əlbəttə, məhkəmə kollegiyası şəxsin özünün iddia etdiyi pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət hüququna anlaşılan tərzdə yanaşır. Lakin, bununla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına uzun bir müddət ərzində hüquqdan sui-istifadə etməklə müdaxilələrin edilməsini mümkün saymır. Çünki, mülki hüquların həyata keçirilməsinin məhdudlaşdırılmasından bəhs edən Mülki Məcəllənin 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətdədir ki, şikayət təmin edilmədən, Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 8(054)-18/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-42/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-42/2021
17.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver