Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-43/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və X1 iştiraklarıilə, X1 «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul vəsaitinin indeksasiyası» barədə ərizəsin təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)- 11/2020 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-11/2020 nömrəli qərаrdаdı ilə və Zaqatala Rayon Məhkəməsinin 2(075)-398/2018 nömrəli mülki işinin materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018ci il tarixli, 2(075)-398/2018 saylı qətnaməsi ilə X3ndan onun xeyrinə tutulmalı olan pul məbləğinin indeksasiya olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi (hakim K.Süleymanov) onun cavabdehlər X8 və X7 qarşı “etibardan sui-istifadə etməklə, aldatma yolu ilə əldə olunmuş pul vəsaitlərinin (qızıl-zinət əşyalarının) alınması və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə xx xxxxx 2018-ci il tarixdə baxaraq iddianı qismən təmin etmiş, cavabdeh X4 cəmi 13260 (on üç min iki yüz altmış) manatın və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X10 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(107)- 1789/2018 saylı qətnaməsi ilə cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(075)-398/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh X10 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-465/2019 saylı qətnaməsi ilə cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(107)- 1789/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 06aprel 2018-ci il tarixli, 2(075)-398/2018 saylı qətnaməsi qanuni qüvvəsini alıb icraya yönəldilsə də halhazıradək tam şəkildə icra edilməmiş, 13260 (on üç min iki yüz altmış) manat və 30 manat dövlət rüsumu X4 alınaraq ona verilməmişdir. Qətnamənin qəbul edilməsindən iki maliyyə iki keçmişdir. Ona görə də sözügedən borcun indeksasiyasının neçə manat təşkil etməsini müəyyən etmək zərurəti yaranmışdır. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxx 2020-ci il tarixli, 8(075)- 11/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)- 398/2018 saylı qətnaməsi ilə tutulmalı olan 13260 (on üç min iki yüz altmış) manat pul məbləğinin indeksasiyası aparılməş və həmin məbləğin 13564 (on üç min beş yüz altmış dörd) manat 98 (doxsan səkkiz) qəpik müəyyən edilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərcinin X3ndan alınaraq Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X2 şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-11/2020 nömrəli qərardadını indeksiyanın məblıği hissəsində qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə iş üzrə məhkəmə muhasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qiymətin artması səviyyəsinin 4.9% olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, 2020-ci ilin əvvəllərində Azərbaycan Respublikasında pensiyalar 16% indeksasiya edilərək alınan pensiyaların məbləği 16% artırılmışdır. Belə olan halda ona ödənilməli məbləğin 4.9% indeksasiya edilməsi qanunsuz və əsassızdır. Hesab edir ki, məhkəmə tərəfindən DSMF-dan pensiyaların indeksasiya edilməsi ilə bağlı məlumat götürülməli və həmin faiz dərəcəsi ilə məbləğ indeksləşdirilməli idi. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-11/2020 nömrəli qərardadı dəyişdirilərək ona ödənilməli məbləğ olan 13260 manatın 16% dərəcəsi ilə indeksləşdirilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-11/2020 nömrəli qərardadı ilə, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-11/2020 nömrəli qərardadından X1 verdiyi şikayət işlə birlikdə baxılması üçün Şəki Аpelyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında X2 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Zaqatala rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, X3 və borclunun nümayəndəsi və vəkili X15 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-11/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 1472/13 nömrəli məktubdan görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında X5 borclu olduğu üç icra sənədi mövcuddur. Müxtəlif tarixlərdə borclu tərəfindən icra sənədi üzrə ödənilmiş pul vəsaitinin xx xxxx 2019-cu il tarixli “borcludan alınmış pul vəsaitinin borclara mütənasib bölünməsi haqqında” qərar əsasında X2na ödənilməsi üçün nəzərdə tutulmuş 435 manatı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Eyni zamanda Şəki Rayon Mərkəzi Xəstəxanasının məlumatına əsasən borcluya hesablanan əmək haqqı məbləğindən aparılmış tutulmalardan R.Rasulova verilməli olan 104 manat “xxxx” ASC-nin Şəki filialında əmanət hesabına köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/88 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar məhkəmə tərəfindən nəzərə alındıqda 13260 manat məbləğində pul vəsaitinin xx xxxxxx 2020-ci il tarixə hesablanmış cari dəyərinin (ekvivalenti) 13564.98 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri 150 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ödənilməli olan pul məbləğlərinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/88 nömrəli ekspert rəyinin nəticəvi hissəsində cavabdeh X10 tərəfindən X9 ödənilməli olan 13260 manat məbləğində pul vəsaitinin istehlak qiymətləri indeksinə əsasən 13564.98 manat təşkil etdiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və prosessual hüquq normasını nəzərə alaraq hesab etmişdir ki, istehlak qiymətləri indeksinə əsasən indeksləşdirmə aparılmasına məhkəmə tərəfindən qiymət verildiyindən tələbkar ərizənin təmin edilməsini tələb etməkdə haqlı olmuşdur. Ərizə təmin edildiyindən 150 manat ekspertiza xərci borcludan tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, X1 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-11/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-11/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. X1 Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(075)-11/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-43/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-43/2020
24.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver