Məhkəmə qərarları › İş №8(107)-43/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-43/2021

25.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-43/2021 25.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 və borclu X3 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 8(051)-32/2021 nömrəli qərardadından X6 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Borclu X1 Şəhər Məhkəməsinin 2(051)- 2229/2019 №-li 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərindən şikayətlə bağlı məhkəməyə müraciət etmiş, eləcə də icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 8(051)32/2021 nömrəli qərardadı ilə S.Qəribovun şikayəti təmin olunmamışdır. Borclu X6 qərardadın dəlilləri ilə razılaşmayaraq 12 aprel 2021-ci ildə şikayət vermiş və Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 8(051)-32/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-32/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 26 fevral 2021-ci il tarixli, 8(051)-32/2021 saylı qərardadından X3 verdiyi şikayət geri qaytarılmışdır. X1 şəhər Məhkəməsinin 8(051)-32/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, işin icraata qəbul olunmasını, əks təqdirdə şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkməsinə göndərilməsini xahiş etmişdir Mingəçevir Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 8(051)-32/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu X6 şikayəti müdafiə edərək, sonda şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 8(051)-32/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki işdə olan xəbərnamə qəbzindən görünür ki, məhkəmə qərardadı X4 28 fevral 2021-ci il tarixdə poçt vasitəsiylə çatdırılmışdır. Borclu X6 şikayət ərizəsində göstərir ki, sözügedən gərardad 18 mart 2021-ci ildə ona verilmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X4 məhkəmənin 26 fevral 2021-ci il tarixli, 8(051)32/2021 nömrəli qərardadı rəsmi qaydada verilmiş, lakin sonuncu qanunla müəyyən edilmiş 10 gün şikayət vermə müddətini ötürmüş və şikayət vermə müddətinin ötürülməsinin üzrlü sayılması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-405-ci cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Borclu X6 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 8(051)-32/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar