Məhkəmə qərarları › İş №8(107)-44/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-44/2024

05.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-44/2024 05.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X12 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(033)-18/2024 saylı qərardadından X1nun verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X5 iddiaçı X3 mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması, iddiaçı X3 dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. X1 məhkəməyə şikayətlə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(033)-661/2021-022 nömrəli icra sənədi üzrə "icraata xitam verilməsi haqqında" Zaqatala Rayon İcra və Probasoya Şöbəsinin icra məmuru X8 xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdrilməsi üçün həmin icra sənədinin Zaqatala Rayon İcra və Probasoya Şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-661/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 xx.xx.2024-cü il tarixli qərarından X1 tərəfindən verilmiş şikayəti təmin edilməmişdir. X1 həmin qərardaddan şikayət verərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(033)-18/2024 saylı qərardadının ləğv edilməsi və şikayətin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(033)-18/2024 nömrəli qərardadından X1nun verdiyi şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən icraata qəbul edilmədən geri qaytarılmışdır. X1 (033)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(033)-18/2024 saylı qərardadının ləğv edilməsi və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(033)-18/2024 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(033)-18/2024 nömrəli qərardadından X1nun verdiyi şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən icraata qəbul edilmədən geri qaytarılmışdır. X1 yenidən Zaqatala Rayon Məhkəməsinin 8(033)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət və buraxılmış prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin 8(033)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun formada tərtib edilmədiyindən geri qaytarılmışdır. X1 yenidən xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon Məhkəməsinin 8(033)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət və buraxılmış prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, Zaqatala rayon Məhkəməsinin 8(033)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət Azərbaycan Respublikasının Elektron imza və elektron sənəd haqqında Qanununa uyğun şəkildə elektron imza ilə imzalanmadığından ona əlavə edilmiş sənədlərlə birgə icraata qəbul edilmədən geri qaytarılmışdır. X1 yenidən xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon Məhkəməsinin 8(033)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət və buraxılmış prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(033)-18/2024 saylı qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək, şikayətinin təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 8(033)-18/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, şikayətin təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)- 661/2021-022 nömrəli icra sənədi üzrə “İcraata xitam verilməsi haqqında” Zaqatala Rayon İcra və Probasoya Şöbəsinin icra məmuru X8 xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdrilməsi üçün həmin icra sənədinin Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə qaytarılması barədə qərardadın qəbul edilməsi, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün 07 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən qərardad xx.xx.2024-cü il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə ona təqdim edilmiş və o həmin qərardaddan xx.xx.2024- cü il tarixdə şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 8(033)-18/2024 saylı qərardadı ilə X1nun Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(033)-18/2024 saylı qərardadından şikayət verməsi müddəti bərpa edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(033)-18/2024 nömrəli qərardadından X1nun verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 8(033)-18/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(033)-661/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh X5 iddiaçı X3 mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması, iddiaçı X3 dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(107)-210/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 saylı, 07 oktyabr 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)- 661/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, cavabdeh X10 iddiaçı X3 mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılmalıdır. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyevin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-661/2021 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. İş materiallarına olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən borclu X9 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-661/2021 nömrəli icra sənədi üzrə göstərilən tələbi icra etməsi üçün ona 10 gün könüllü icra müddəti verilmişdir. İş materiallarında olan Zaqatala şəhəri, İ.Şamil küçəsində 16 fevral 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, akt Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, Zaqatala RPŞ-nin sahə rəisinin, borclu X5 iştirakı ilə tərtib edilmişdir və akta əsasən Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Zaqatala şəhəri, İ.Şamil küçəsində olmuşdurlar. İcra zamanı cavabdeh X2 şəhəri, İ.Şamil küçəsi 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.mlik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) yaşamadığını və həmin ünvanla heç bir əlaqəsi olmadığını bildirmiş, bundan əlavə borclunun həmin əraziyə girişi qadağan edilmiş və bu barədə iltizamı alınmışdır. Akt onun tərtib edilməsində iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan X4 alınmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Zaqatala şəhəri İmam Şamil küçəsində 0.074650 ha torpaq sahəsi üzərində yürləşən 499 kv.m-lik əmlak kompleksindən çıxarılmış və həmin əraziyə girişi ona qadağan edilmiş və məsuliyyəti izah edilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, Kiçik ədliyyə müşaviri Məftun Şirəliyev tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş icraata xitam verilməsi haqqında qərardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021-022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsindən görünür ki, icra sənədinin icrasına xitam verilməsinə əsas olaraq icra sənədinin tam şəkildə icra olunması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən işə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyriyaşayış sahəsindən məcburi qaydada çıxarılır. Həmin Qanunun 72.3-cü maddəsinə əsasən icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. Həmin Qanunun 72.4-cü maddəsinə əsasən icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Həmin Qanunun 72.7-ci maddəsinə əsasən borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixdə verilmiş xx.xx.2021-ci il tarixli 2(033)-661/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X10 iddiaçı X3 mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılmalıdır. İcra sənədi icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə yönəldilmiş, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyevin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədinin könüllü icra etməsi üçün borcluya xx.xx.2022-ci il tarixli bildirişlə 10 gün könüllü icra müddəti verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra sənədinin predmeti olan iddiaçı X3 mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksində icra məmuru tərəfindən polis sahə rəisinin və borclu X5 iştirakı ilə xx.xx.2023-cü il tarixdə icra prosesi həyata keçirilmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu X5 həmin əraziyə girişi qadağan edilmiş və bu barədə iltizamı alınmışdır. İcra prosesi borclu X5 iştirakı ilə keçirilmiş və proseslə bağlı akt tərtib edilərək həmin akt icra hərəkətlərində iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin tam şəkildə icra olunması əsası ilə xx.xx.2024-cü il tarixdə həmin icra sənədinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsində həyata keçirilməli icra tədbiri dəqiq göstərilmişdir ki, bu tədbir cavabdeh X5 iddiaçı X3 mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılmasıdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən görülmüş icra tədbirlərindən görünür ki, xx.xx.2022ci il tarixdə icra sənədi üzrə icraata başlanıldıqdan və könüllü icra müddətinin verilməsinə dair bildirişin borcluya təqdim edilməsindən sonra icra sənədinin icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə tələbkarın icra sənədində göstərilən əmlakının yerləşdiyi Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksində polis sahə rəisinin və borclu X5 iştirakları ilə icra prosesi həyata keçirilmişdir. İcra prosesi barədə eyni tarixdə akt tərtib edilmişdir. Akta əsasən borclu həmin ünvanda yaşamadığını və həmin ünvanla heç bir əlaqəsinin olmadığını bildirmiş, icra məmuru tərəfindən X5 həmin əraziyə girişi qadağan edilmiş və bu barədə iltizamı alınmışdır. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinin icrasından bəhs edən İcra haqqında Azərbaycan Respublikası Qanunun 72-ci maddəsində borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması prosesi aydın şəkildə göstərilmiş və həmin maddəyə əsasən borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda onun həmin sahədən məcburi qaydada çıxarılması imkanı nəzərdə tutulmuşdur. Həmin maddədə eyni zamanda çıxarılma barədə borclunun məlumatlandırılması qaydası da göstərilmişdir. Kollegiya tələbkarın şikayət ərizəsində göstərdiyi hallarla bağlı qeyd edir ki, icra tədbiri borclunun göstərilən əmlak kompleksindən çıxarılması ilə bağlı olduğundan Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu X10 həmin ünvanda yaşamadığını və həmin ünvanla heç bir əlaqəsinin olmadığını bildirmiş, icra məmuru tərəfindən həmin icra sənədində göstərilən sahəyə girişi qadağan edilmiş və bu barədə iltizamı alınmışdır. Bundan başqa şikayətdə qeyd edilmiş əmlak kompleksinin borclu X5 çıxarıldığı hissədə tələbkar olaraq ona təqdim və təhvil verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsində cavabdeh X5 iddiaçı X3 mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması nəzərdə tutulmuş, həmin əmlakın tələbkara təqdim və təhvil verilməsi qeyd edilməmişdir. Belə olan halda Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə X1 tərəfindən mübahisələndirilən icra sənədinin icrası ilə bağlı borclu X2 şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən çıxdığından tələbkarın şikayət ərizəsində göstərdiyi hallar Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi üçün əsas ola bilməz. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni cıxaran hakimin uzərinə qoyulan bir sıra vəzifələr (məsələn. qətnamədəki yanlışlıqların və ya acıq hesab səhvlərinin duzəldilməsi (maddə 228), əlavə qətnamənin cıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına mohlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra usulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), odənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən oz səlahiyyətləri daxilində həyata kecirilir. Mulki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da, qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə muraciət etməsi muəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi muxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer uzrə muvafıq icra qurumuna gondərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi uzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə gondərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanunauyğun hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə gorə, tərəflər icra məmurunun icra sənədi uzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer uzrə məhkəməyə şikayət verilə bilər. Beləliklə də, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit etmiş, hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 8(033)-18/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 8(033)-18/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar