Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-45/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Tələbkar Abducəlil oğlunun və Borclu Absələddin oğlunun iştiraklarıilə, Zaqatala Rayon Məhkəməsinin icra sənədi üzrə icraata xitam verilməsinə dair xx xxxxxxx 2016-cı il tarixli, 2(033)-242/2016 nömrəli qərardaından iş üzrə Tələbkar Abducəlil oğlu tərəfindən verilmiş şikayətin təmin edilməsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-242/2016 nömrəli qərardadından Borclu Absələddin oğlu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-242/2016 nömrəli qərаrdаdı ilə və Zaqatala Rayon Məhkəməsinin 2(033)-824/2015 nömrəli mülki işinin materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: ZaqatalaRayonMəhkəməsininxx xxxxxxx 2019-cu il tarixli 2(033)-824/2015 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar Abducəlil oğlunun cavabdehlər Borclu və Havva Məmmədovaya qarşı mülkiyyətində olan 0,14 ha torpaq sahəsinin sərhəd divarının iddiaçı tərəfindən bağlanılmasına cavabdeh tərəfindən törədilmiş maneçiliyin aradan qaldırılmasına dair iddiası təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İcra məmurları tərəfindən qətnamə icra olunaraq aktla rəsmiləşdirilmiş, bundan sonra icra sənədinin icrasına məhkəmənin qərardadı ilə xitam verilmişdir. Hazırda icra sənədi üzrə Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və icra sənədini yenidən icraya yönəldilməsini xahiş etmişdir. Tələbkar şikayətini belə əsaslandımışdır ki, icra sənədi icra məmurları tərəfindən icra edilmiş, tərəflərin torpaq sahəsi arasında olan sərhəd dəmir tor setka ilə onun hesabına bağlanılmışdır. Sonradan isə borclu tərəfindən sərhədin tamlığı pozulmuşdur. Birinci instansiya məhkəməsinin iclasında tələbkar göstərmişdir ki, Zaqatala rayon Məhkəməsinin qətnaməsi ilə onun iddia tələbi təmin edilərək torpaq sahəsinin sərhədinin onun tərəfindən bağlanılmasına cavabdeh tərəfindən törədilən maneçiliyin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İcra məmurlarının iştirakı ilə sərhəd onun tərəfindən bağlanılmış, akt tərtib edilmişdir. Bundan sonra borclu həmin sərhədi bir neçə tərəfdən açaraq torpaq sahəsindən istifadə edir. O, qoyunlarını, toyuqlarını həyətinə, hətta evinin alt mərtəbəsinə salır. Belə olduğu təqdirdə o, icra məmurlarına müraciət etmiş, sonuncular ona bildirmişlər ki, iş üzrə icraata xitam verildiyindən icra tədbirləri həyata keçirilə bilmir. Hansı ki, məhkəmənin həmin icra sənədi üzrə icraata xitam verilməsinə dair qərardadından xəbəri olmamış, həmin qərardadı almamışdır. Keçən ilin sonunda cavabeh daha qərəzli hərəkətlər etdiyindən məhkəməyə müraciət etmiş və ondan sonra həmin qərardadı ona vermişlər. Həmin qərardadın ləğvi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, qərardaddan şikayət deyil, ərizə verildiyindən məhkəmə tərəfindən ərizəsi təmin olunmamış, ona qərardaddan şikayət vermək hüququ izah edilmişdir. Hazırda isə həmin qərardaddan şikayət vermişdir. Ailəsi həmin evdə yaşamadığından evə nə vaxt gəlsə görür ki, cavabdeh öz torpağı kimi həmin sahədən istifadə edir. İşin bu faktiki halını təsdiq edən xx xxxxxx 2020-ci il tarixli aktı şikayətinə əlavə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında icra sənədi üzrə Borclu etirazını bildirmişdir ki, sərhəd bağlanıb və hazırda da bağlı vəziyyətdədir. Odur ki, şikayətin təmin olunmamasını xahiş etmişdir. İcra sənədi üzrə digər borclu X1 birinci instansiya məhkəməsinin iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında icra məmuru Elmin Kərimov mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxx 2020-ci il tarixli, 8(033)-242/2016 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Məhkəmənin 8(033)- 242/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair qərardadı ləğv edilmiş, məhkəmənin xx xxxxxxx 2015-ci il tarixli 2(033)-824/2015 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu Absələddin oğlu şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, qərardad tam qanunsuzdur və ləğv edilməlidir. Belə ki, məhkəmə qərarının ləğv olunması üçün qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilməlidir. xx.xx.2016-cı il tarixli qəbul olunmasından və tərəflərə rəsmi qaydada təqdim olunmasından 4 il müddət ötmüşdür. Şikayətin vermə müddətinin bərpası ilə əlaqədar Tələbkar Məhkəməyə müraciət etməmişdir. Şikayət vermə müddəti məhkəmə qaydasında bərpa olunarsa belə o, həmin məhkəmədə iştirak etməlidir, yenə həmin qərardaddan şikayət vermək hüququ yaranır. Lakin, qərardaddan şikayət vermə müddəti bərpa edilməmişdir. Qanunla müəyyən edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)- 242/2016 nömrəli qərardadını ləğv edərək Tələbkar şikayətinin rədd edilməsinə, əks təqdirdə şikayətin işlə birlikdə 7 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-242/2016 nömrəli qərardadı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-242/2016 nömrəli qərardadında icra sənədi üzrə Borclu Absələddin oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu Absələddin oğlu şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Tələbkar Abducəlil oğlu şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-242/2016 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zaqatala rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və borclu X1 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-242/2016 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən real vəziyyətin öyrənilməsi üçün tərəflərin iştirakı ilə mübahisəli obyektə yerli baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən borclular tərəfindən bağlanılmış sərhədin tamlığı pozulmuş, dəmir tor bir neçə yerdən açıq vəziyyətdədir. Hətta qoyunların yununun setkanın üzərində olması və eyni zamanda evin alt mərtəbəsindəki vəziyyət müəyyən etməyə əsas verir ki, borclu tərəfindən qoyunlar və toyuqlar tələbkarın torpaq sahəsinə buraxılır. Bu hal eyni zamanda iş materiallarına əlavə edilmiş icra nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktla bir daha təsdiq olunur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmənin icra sənədi üzrə icraata xitam verilməsinə dair qərardaddan iş üzrə tələbkar tərəfindən alınmasını təsdiq edən sənəd iş materiallarında yoxdur. Tələbkar qərardadı sonradan almış və onu mübahisələndirərək məhkəməyə ərizə vermişdir. Yəni qərardaddan şikayət müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası adından çıxarılmış qətnamə icra edilməlidir. Hazırki vəziyyətdə sözügedən qətnamə üzrə icra sənədi 2016-cı il tarixdə icra edilmiş, lakin sonradan borclular tərəfindən edilmiş hərəkətlər icra sənədini icrasız vəziyyətə salmışdır. Məhkəmə tərəfindən icra sənədi üzrə icraata xitam verilmiş, hazırda isə tələbkar qərardaddan şikayət verimişdir. İcra sənədinin icrası ilə bağlı borclu tərəfindən qərəzli hərəkətlərin həyata keçirildiyi, məhkəmə tərəfindən yerli baxış keçirilməsi, faktiki vəziyyətə dair fotoşəkillər və s. təsdiqini tapmışdır. Yaranmış vəziyyətdə məhkəmə mübahisələndirilən qərardadın ləğv edilməsi icra sənədinin yenidən icraya yönəldilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Tələbkar hazırkı iş üzrə qərardadından verdiyi şikayət təmin olunmalı, qətnamə yenidən icraya yönəldilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi ilə əlaqədar onun malik olduğu hüquqi qüvvələrdən biri də qətnamənin icra edilməli olmasıdır. Azərbaycan Respublikası adından çıxarılmış qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun icrası məcburi xarakter daşıyır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu Absələddin oğlunun şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-242/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-242/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Absələddin oğlunun Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-242/2016 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-45/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-45/2020
24.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver