Məhkəmə qərarları › İş №8(107)-45/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-45/2021

24.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-45/2021 24.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(025)-39/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev təqdimatla məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinin 003531 nömrəli, 13.08.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan Qəbələ rayonu Xırxatala kəndində yerləşən ümumi sahəsi 52.2 m2 olan qeyri-yaşayış binasının (qeydiyyat nömrəsi **********) üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(025)-39/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinin 003531 nömrəli, 13.08.2015-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Qəbələ rayonu Xırxatala kəndində yerləşən ümumi sahəsi 52.2 m2 olan qeyri-yaşayış binasının (27.08.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya MA ******* nömrəli) üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu məhkəməyə 30.04.2021-ci il tarixdə şikayət göndərərək, Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(025)-39/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 8(025)-39/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(025)-39/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinin 003531 nömrəli, 13.08.2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 226.1-ci və 228.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə AR İXM-nin 35.2-ci maddəsini tətbiq etməklə 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinin 003531 nömrəli, 13.08.2015-ci il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün Borclu qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ Ərazi İdarəsinin 27.08.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya MA ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Xırxatala kəndində Borclu mülkiyyətində ümumi sahəsi 52.2 m2 olan qeyri-yaşayış binası vardır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsi 13 aprel 2021-ci il tarixli, 8(025)- 39/2021 saylı qərardadı üzrə düzgün nəticəyə gəlmişdir. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6. maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin könüllü icra olunması üçün verilmiş müddətdə borclu icra sənədini icra etməmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə və borc məbləğinin miqdarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(025)-39/2021 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(025)-39/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(025)-39/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Elçin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar