Məhkəmə qərarları › İş №8(107)-46/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-46/2021

03.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-46/2021 03.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Borclu Suğay oğlunun, tələbkar X3 nümayəndəsi X6 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 8(075)-163/2021 nömrəli qərardadından Borclu Suğay oğlu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəməyə təqdimat verərək, Borclu adına qeydə alınmış **-BM-*** dövlət qeydiyyat nişanlı «UAZ-451 DM» markalı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 8(075)-163/2021 nömrəli qərardadına əsasən təqdimatın təmin edilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 8(075)-163/2021 nömrəli qərardadından Borclu Suğay oğlunun şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 8(075)-163/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qax rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru da məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu Suğay oğlu bildirdi ki, qızıl-zinət əşyaları ondadır. Tələbkar həmin qızıl-zinət əşyalarından imtina ediblər. Lakin sonradan bu qızılzinət əşyalarını tələb ediblər. Məhkəmədə onların iddia tələbi təmin edilib. Hazırda o, tələb olunan qızıl-zinət şyalarını qaytarmağa hazırdır. Ona görə də şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar X3 nümayəndəsi X9 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 8(075)-163/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2 (107)-598/2020 saylı icra sənədinə əsasən borclular X7, Borclu Suğay oğlu, X5 01 ədəd Rusiya istehsalı 583 əyarlı, 15 qramlıq qızıl komplekt - sep, bilərzik900 manat, Rusiya istehsalı 750 əyarlı 6 qramlıq brilyant qaşlı nişan üzük-480 manat, Rusiya istehsalı 4 qramlıq 583 əyarı nazik uzük- 240 manat, Rusiya istehsalı 583 əyarlı 12 qramlıq sırğa-üzük dəsti-720 manat, Rusiya istehsalı 3 qramlıq 583 əyarlı nazik sep-180 manat, dəyəri 350 (üç yüz əlli) manat olan kosmetika səbəti, dəyəri 60 (altmış) manat olan toy ayaqqabısı, dəyəri 80 (səksən) manat olan nişan donu, dəyəri 35 (otuz beş) manat olan pirjama dəsti, dəyəri 10 (on) manat olan 2 ədəd duş geli və dəyəri 200 (iki yüz) manat olan ”Samsung Galaxy J2” markalı mobil telefon, həmin əşyalar olmadıqda isə onların dəyəri olan pul məbləği, 30 manat dövlət rüsumu və müstəqil qiymətləndiriciyə ödənilmiş 55 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməlidir. Ekspertiza tədqiqatının dəyərinin 100 manat cavabdehlər X10, Borclu və X1 alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. İcra sənədinin icra müddətində borcluya tələbin könüllü icrası üçün 10 gün müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq, borclunun mülkiyyətində tələbin yönəldilə biləcək əmlakının, banklarda pul vəsaitinin və qızıl-zinət əşyalarının olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, sorğulara alınan cavablara əsasən Borclu adına 55-BM276 dövlət qeydiyyat nişanlı «UAZ-451 DM» markalı avtomobilin qeydə alındığı müəyyən edilmişdir. Odur ki, borc məbləğinin ödənilməsi məqsədi ilə Borclu adına olan **-BM-*** dövlət qeydiyyat nişanlı «UAZ-451 DM» markalı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borcluya tələbin könüllü icrası üçün müəyyən müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. İcra Şöbəsi tərəfindən borclu rəsmi xəbərdarlıq edilmiş, bu da nəticə verməmişdir. Banklarda borcluya məxsus pul vəsaitinin olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2 (107)-598/2020 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu məxsus **-BM-*** dövlət qeydiyyat nişanlı «UAZ-451 DM» markalı avtomobilin üzərinə həbs qoymaqda birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6. maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin könüllü icra olunması üçün verilmiş müddətdə borclu icra sənədini icra etməmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə və borc məbləğinin miqdarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 8(075)-163/2021 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 8(075)- 163/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və MPM-in 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Borclu Suğay oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 8(075)-163/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar