Məhkəmə qərarları › İş №8(107)-46/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-46/2022

27.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-46/2022 27.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Borclu tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(051)-30/2020 saylı qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-30/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-30/2020 saylı xx.xx.2020-ci il tarixli saylı qərardadının və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə 25 dekabr 2018-ci il tarixli qərarının ləğv edilərək icra tədbirləri davam etdirilməsi və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(051)- 3581/2016 saylı icra sənədinin icraya yönəldilməsi qərara alınmışdır. Borclu məhkəmənin 8(051)-30/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(051)-30/2020 saylı qərardadı ilə şikayət və ona əlavə olunmuş sənədlər şikayət vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmışdır. Borclu ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(051)-30/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 8(051)-30/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(051 )-30/2020 saylı qərardadı əsassız olduğundan ləğv edilməli, şikayəti təmin olunmaqla bank tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair qərardad qəbul edilməlidir. Belə ki, məhkəmə bank tərəfindən verilmiş şikayət və onun əsaslandırılması ilə razılaşaraq hesab etmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)- 3581/2016 saylı icra sənədinin icraya yönəldilməsi ilə icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Halbuki, bankın səlahiyyətli nümayəndəsinin də bildirdiyi kimi (xx.xx.2018-ci il tarixli məktubla İcra Şöbəsinin rəisinə ünvanlanmış müraciətə əsasən) 2(051)-3581/2016 saylı icra sənədinə əsasən onun "xxxx" KB ASC-yə olan borcu tam olaraq bağlandığını bildirərək qeyd edilən icra işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhz bu məktub əsasında da İcra Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 2(051)- 3581/2016 saylı, xx.xx.2016-cı il tarixli icra işi üzrə icra icraatına xitam verilməsi qərara alınmlıdır. Həmin qərardaddan isə bank tərəfindən verilmiş şikayət Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(051)-30/2020 saylı qərardadı ilə rədd edilmişdir. Burada məhkəmə, Bankın “borcun bağlanması ilə bağlı ərizənin texniki səhv olaraq verilməsi” ilə bağlı əsasları qəbul etməyib haqlı olaraq hesab etmişdir ki, şikayət rədd edilməlidir. İş üzrə mübahisə oluna bilməyən hal ondan ibarətdir ki, hüquqi şəxsin firma blankında olan hüquqi şəxsin möhürü ilə həqiqiliyi təsdiq edilmiş səlahiyyətli nümayəndəsinin imzası ilə müşayiət olunan müraciətin mahiyyəti, borc məbləği tam şəkildə bağlandığından, icra işi üzrə icraata xitam verilməsindən ibarət olmuşdur. Burada texniki səhv və yaxud yanlışlığa yol verilə bilməsi mümkünsüz olan haldır və hər hansı məntiqə uyğun gəlmir. Ona görə də bank tərəfindən hər hansı bir əməkdaşının səhv etməsinə əsaslanması qəbuledilməzdir. Bankın nümayəndəsinin yazdığı məktubun həqiqiliyi və doğruluğu hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 8(051)-30/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(107)-40/2022 saylı qərardadı ilə Borclu şikayəti təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(051)- 30/2020 saylı qərardadı ləğv edilmiş, xx.xx.2022-ci il tarixli 8(051)-30/2020 saylı qərardadından verdiyi şikayət isə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-30/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(051)-30/2020 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-30/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən aparılan icra tədbirləri nəticəsində borc məbləğinin borclunun əmək haqqından tutularaq tam şəkildə tələbkarın hesabına ödənilməsi müəyyən edildiyindən xx.xx.2018-ci il tarixli qərarla 2(051)-3581/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun xx.xx.2022-ci il tarixə tələbkar Unibank KB ASC-yə olan borcu 494.45 manat təşkil edir. İcra haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. İş materiallarında olan sənədlərdən də göründüyü kimi icra orqanı tərəfindən borc məbləğinin borclunun əmək haqqından tutularaq tam şəkildə tələbkarın hesabına ödənilməsi müəyyən edildiyindən, xx.xx.2018-ci il tarixli qərarla 2(051)-3581/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə isə borc məbləğinin tam şəkildə tələbkarın hesabına ödənilməsi müəyyən edilmədiyindən və iş materiallarına əlavə edilmiş sənədlərdə belə bir halın olması görünmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- 30/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əsaslıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, icra sənədinin yenidən icraya yönəldilməsi, borclunun hüquqlarının pozulmasına və yaxud məhdudlaşdırılmasına səbəb olmur, əksinə işin davam etdirilməsini və anlaşılmazlıqların aradan qaldırılmasını təmin edir. Borclunun icra sənədi üzrə borcunu tam ödəməsi, icra sənədinin yenidən icraya yönəldilməsi zamanı inkar oluna bilməz. Əgər, borclu icra sənədi üzrə borcunu tam şəkildə ödəmişsə, bu hal icra üzrə icraatda öz təsdiqini taparsa, onda icra sənədinin yenidən icra məmuru tərəfindən xitam olunması mümkündür. Lakin icra sənədi üzrə icraata yanlış bir arayış və yaxud texniki səhv əsasında xitam verilməsi və formal əsaslarla həmin qərarın qüvvədə qalması, tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdırır. Ona görə də icra məmurunun icra üzrə icrata xitam verilməsi qərarının ləğv edilib yenidən icraya yönəldilməsi, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi baxımından zəruridir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(051)-30/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.1-c maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(051)-30/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar