Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-48/2020 01.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, X1 və X6 iştiraklarıilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (075)-12824/2016 saylı icra sənədi üzrə borclular X11 və X6 BOKT “xxxx” MMC ilə onlar arasında bağlanılmış olan xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun restrukturizasiya edilməsi öhdəliyinin BOKT “xxxx” MMC-nin üzərinə qoyulması ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizələrinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-98/2020 nömrəli qərardadından borclular X11 və X8 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-98/2020 nömrəli qərаrdаdı ilə və Şəki Rayon Məhkəməsinin 2(075)-12824/2016 nömrəli mülki işinin materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-12824/2016 saylı icra sənədi üzrə borclular X11 və X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT “xxxx” MMC ilə onlar arasında bağlanılmış olan xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun restrukturizasiya edilməsi öhdəliyinin BOKT “xxxx” MMC-nin üzərinə qoyulması ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5, tələbkar BOKT “xxxx” MMC-nin nümayəndəsiməhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında borclu X11 izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (075)-12824/2016 saylı icra sənədinə əsasən ondan və digər borclular X8, İbrahimov NamiqSeydi oğlu və X4 1639,19 ABŞ dolları məbləğində əsas borc və 869 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2508,19 ABŞ dolları məbləğində borc məhkəmə əmrinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada alınıb BOKT “xxxx” MMC-nin xeyrinə verilməlidir. Qeyd edilən ica sənədi üzrə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 xx xxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etmişdir. Onlarla BOKT “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun restrukturizasiya edilməlidir. Lakin, həmin fərmanda göstərilənlər onlarla BOKT “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borca tətbiq edilməmişdir. Buna görə də Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx xxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərarından narazı olduqlarından hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, şikayətləri əsaslıdır və şikayəti müdafiə edir. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında borclu X8 da mahiyyət etibarı ilə borclu X11 ilə eyni məzmunlu izahat verərək şikayətlərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxx 2020-ci il tarixli, 8(075)- 98/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (075)-12824/2016 saylı icra sənədi üzrə borclular X11 və X6 BOKT “xxxx” MMC ilə onlar arasında bağlanılmış olan xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun restrukturizasiya edilməsi öhdəliyinin BOKT “xxxx” MMC-nin üzərinə qoyulması ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizələri təmin edilməmişdir. Qərardaddan narazı qalan borclular X11 və X8 şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişlər ki, Şəki Rayon Məhkəməsinin adı yuxarıda qeyd edilən qərarını əsassız hesab edir. AR ƏN ŞRüİPŞ-nin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının 8.10cu maddəsində qeyd edildiyi kimi “icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi” müddəasının tələblərini pozmuş, icra sənədinə xitam verməklə, işi restruktrizasiya üçün BOKT “xxxx” MMC-yə geri qaytarmaq əvəzinə, xx.xx.2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinin 2(075)-12824/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə dair, icraata başlamaq haqqında qərar qəbul etmişdir. Şəki Rayon Məhkəməsinin 2{075)-12824/2016 saylı, xx.xx.2016-cı il tarixli Məhkəmə Əmrinin verilməsindən sonra, təxminən 1 il 6 ay müddətində, adı qeyd edilən müqavilə üzrə hər ay tərəflərindən 100 manat pul vəsaiti BOKT “xxxx” MMC-yə ödənilmişdir ki, Prezidentin qəbul etdiyi fərman üzrə, adı qeyd edilən kredit müqaviləsi restruktrizasiya edilsəydi, bu halda BOKT “xxxx” MMC-nin onlara kompensasiya ödəməli olması ortaya çıxacaqdı ki, bu hal da baş verməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8 (075)-98/2020 nömrəli qərarının ləğv edilməsi ilə, BOKT “xxxx” MMC ilə aralarında bağlanılmış olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.20l9-cu il tarixli Fərmanına uyğun restruktrizasiya edilməsi öhdəliyinin BOKT “xxxx” MMC-nin üzərinə qoyulması və AR ƏN ŞRüiPŞ-nin icra məmuru. İİİ dərəcəli ədliyyə qulluqçusu X3. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqındakı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-98/2020 nömrəli qərardadı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-98/2020 nömrəli qərardadından X1 və X6 verdikləri şikayəti müzakirə olunması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclular X11 və X8 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Tələbkar BOKT “xxxx” MMC-nin və Şəki rayon İcra və Probasiya şöbəsinin nümayəndələri lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-98/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-12824/2016 saylı əmrinə əsasən borclular X11, borclular X8, X9 və X4 1639,19 ABŞ dolları məbləğində əsas borc və 869 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2508,19 ABŞ dolları məbləğində borc məhkəmə əmrinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada alınıb BOKT “xxxx” MMC-nin xeyrinə verilməlidir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 12824/2016 saylı əmri qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 12824/2016 saylı əmri üzrə xx xxxxxx 2020-ci il tarixldə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Göründüyü kimi icra məmuru icra sənədini aldıqdan sonra icraata başlamaq haqqında qərar qəbul etməli olduğundan, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 da icraatına daxil olmuş xx xxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etmiş və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən də xx xxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin, hazırki iş üzrə şikayətçilər onlarla BOKT “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya edilməli olduğunu bildirsələr də, onların hazırda şikayətlərinin əsası kimi göstərdikləri hallar Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx xxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa qeyd edilən Fərman məhkəmə qərarı qəbul edildikdən sonra verilmişdir. Həmin Fərmanda məhkəmə qərarı verildikdən sonra fərmanın təsir dairəsinə düşmüş müqavilə münasibətlərinə Fərmanın hansı şəkildə tətbiqi izah edilmişdir. Fərmanın təsiri dairəsinə düşdükdə belə həmin Fərmanın müddəaları borcluya şamil edilmədiyi halda borclunun bununla bağlı tələbkar kredit təşkilatının və Fərmanın icrası həvalə edilmiş digər təşkilatın yerləşdiyi yer üzrə məhkəməyə iddia təqdim edə bilmək hüququ vardır. Buna görə də birinci instansiya məhkəməsi borclular X11 və X6 şikayətlərinin BOKT “xxxx” MMC ilə onlar arasında bağlanılmış olan xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun restrukturizasiya edilməsi öhdəliyinin BOKT “xxxx” MMC-nin üzərinə qoyulması barədə hissəsini də əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (075)-12824/2016 saylı icra sənədi üzrə borclular X11 və X6 BOKT “xxxx” MMC ilə onlar arasında bağlanılmış olan xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun restrukturizasiya edilməsi öhdəliyinin BOKT “xxxx” MMC-nin üzərinə qoyulması ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizələri təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, X1 və X6 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-98/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-98/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. X1 və X6 Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-98/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-48/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-48/2020
01.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver