Məhkəmə qərarları › İş №8(107)-48/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-48/2021

01.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-48/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 8(051)-85/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 07.12.2016-cı il tarixli, 2(051)-5424/2016 saylı icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 8(051)-85/2021 saylı qərardadı ilə təqdimat rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 8(051)-85/2021 saylı qərardadından Tələbkar tərəfindən şikayət verilmişdir. Şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 07 dekabr 2016cı il tarixli, 2(051)-5424/2016 saylı qətnaməsi ilə xx.xx.1976-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu boclu Borclu alimentin məbləği 11000 manatdan artıq olduğu və alimenti verməkdən qəsdən yayındığı üçün 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borcun böyük bir hissəsi borclu Rusiya Federasiyasında olduğundan yaranmışdır. Borcu könüllü qaydada icra etmədəyindən onun barəsində inzibati qaydada həbs seçən məhkəmə hazırda hesab etmişdir ki, formal olaraq borcluya könüllü qaydada bildirişin çatmadığını göstərib onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı 08 may 2021-ci il tarixli qərardadla rədd etmişdir. Odur ki, tələbkar Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 8(051)-85/2021 saylı qərardadının ləğv edilməsini və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatının təmin edilməsini xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 8(051)-85/2021 saylı şikayətə baxılması haqqında qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 8(051)-85/2021 saylı qərardadı ləğv edilməli, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Аzərbаycаn Respublikаsı MPM-nin 231.3-cü mаddəsinə əsаsən, bоrclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlаşdırılmаsı icrа məmurunun təqdimаtınа əsаsən həll edilir. Bоrclunun ölkədən getmək hüququnun muvəqqəti məhdudlаşdırılmаsı məsələsinə icra məmurunun оlduğu yer üzrə məhkəmə tərəfindən bаxılır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə qərarının icra olunmaması qanunla muəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin odənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün muəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun olkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun olkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında isə aşağıdakılar qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına gorə, icra məmuru borclunun olkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə muraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun olkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə muraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə muraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini muəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mutənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun olkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü muəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mutənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun olkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə muraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını cətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mutənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. İş materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 07.12.2016-cı il tarixli, 2(051)-5424/2016 saylı icra vərəqəsinə əsasən, 0.11.1976-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lazımi icra tədbirləri görülsə də borclu qətnaməni icra etməmişdir. Bu hal da Borclu borcun ödənilməsindən yayındığı qənaətinə gəlməyə əsas verir. Bundan əlavə icra tədbirləri nəticəsində borcluların ölkə xaricinə səfərlər etməsi məlum olmuşdur. Borclunun bu yayınmanı davam etdirməsi, bu səbəblə ölkə hüdudlarından kənara getməsi aktual və ehtimal olunandır. Ona görə də tələbkarın şikayəti əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 8(051)- 85/2021 saylı qərardadı ləğv edilməli, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 8(051)-85/2021 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar