Məhkəmə qərarları › İş №8(107)-48/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-48/2024

23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-48/2024 23.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayevin və rəisi Elman İsrafilovun hərəkətlərindən və qərarından şikayətə dair (Açar sözlər: icra məmurunun hərəkətlrəindən şikayət, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, X1 Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayevin və rəisi Elman İsrafilovun hərəkətlərindən və qərarından şikayətinin təmin edilməməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 8(037)-93/2024 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının və hərəkətlərinin qanunsuz hesab olunması və bu şikayətinə baxılanadək icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs icra məmuru xx.xx.2024-cü il tarixli məktubuna əsasən o və ailə üzvləri qızı Ülkər Əhmədova,oğlanları Kamran Əhmədov,İmran Əhmədov,arvadı Firəngiz Əhmədova və azyaşlı nəvəsi X6 şəhəri,B.Mirzəyev küçəsi dalan 2, ev 10-da 0.1459 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 167.9 kv.metr olan 1 mərtəbəli 4 otaqlı,10 saylı fərdi yaşayış evindən çıxarılmalıdırlar.İddia ərizəsinin əsaslarına görə İsmayıllı rayon XDS-nin İ.K-nin 25 may 1990-cı il tarixli 6 saylı qərarı ilə növbəlilik əsasında fərdi yaşayış evi tikmək üçün ona İsmayıllı şəhəri,B.Mirzəyev küçəsi dalan 2, ev 10 saylı sahədə 0.06 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Lakin cavabdeh orqan ona ayrılmış torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli, 4 otaqlı 56.4 kv.metr yaşayış, 81 kv.metr köməkçi sahədən ibarət 10 saylı fərdi yaşayış evini oğlu Kamran Əhmədovun adına qeydiyyata almışdır.Kamran Əhmədovun adına xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış xx.xx.2008-ci il tarixli 4Ə/672 saylı notarial alqı-satqı müqaviləsi əsasında verilmişdir. Kamran Əhmədov tərəfindən qeyd olunan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və daha sonra kredit borcuna görə hərraca çıxarılmış, hərrac vasitəsi ilə "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Ona görə də şikayətinin təmin edilərək Maraqlı şəxs icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının və hərəkətlərinin qanunsuz hesab olunmasını və bu şikayətinə baxılanadək icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 8(037)-93/2024 nömrəli qərardadı ilə X1 Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayevin və rəisi Elman İsrafilovun hərəkətlərindən və qərarından daxil olmuş şikayətinin təmin edilməməsi qərara alınmışdır. X2 həmin qərardaddan şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 8(037)-93/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, Maraqlı şəxs rəisi kiçik ədliyyə müşaviri Elman İsrafilovun xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Bu qərar qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsindən ötrü verilmiş icra vərəqəsi əsasında qəbul olunmuş və “İcra haqqında” Azərbaycan Respublikasının 7-ci, 8-ci və 9-cu maddələrinin tələbləri əsasında qəbul edilmişdir və şikayətdə göstərilən xüsusatlar qərarın ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Eyni zamanda hərəkətlərindən şikayət verilmiş Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayevin və rəisi Elman İsrafilovun hərəkətlərində hər hansı qanunsuz hallara yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Ərizəçi şikayətində göstərmişdir ki, İsmayıllı şəhəri XDS İcrayə komitəsinin 6 saylı Protokolu ilə 25 may 1990-cu ildə 0.06 ha torpaq sahəsi ayrılmışdır.(B.Mirzəyev küçəsi D- 2 ev 10 indiki Təbriz küçəsi dalan 2 ev 10) adlanır. O, həmin torpaq sahəsində 1 (bir) mərtəbəli ev tikdirib orada yaşayır və 16 fevral 2016-cı ildə həmin torpağın çıxarışını 9 saylıQəbələ Reyestr Ərazı idarəsi mənim adına rəsmiləşdirmişdir. Bununla əlaqədar olaraq DƏDRX-nin 9 saylı Qəbələ Ərazisinin İsmayıllı rayon Yer qurluşu üzrə mütəxəsisi tərəfindən onun iştirakıyla həmin sahə ona tanıdılmışdır və 08 may 2019-cu il arayışla təstiqlənmişdir (arayış şikayətə əlavə olunur). Bundan başqa 19 dekabr 2023-cü ildə arxiv idarəsindən ona arayış verilmişdir ki, torpaq sahəsi üzərində fərdi yaşayış evi qeydiyyata alınmışdır və həmin torpaq sahəsi ona məxsusdur. Buna baxmayaraq Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə ona məktub göndərərək 2(037)-710/2018 nömrəli xx.xx.2023-cü il tarixli sənədə əsasən sözügedən evi boşaltmağını ondan tələb etmişdir. Bu səbəbdən Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayevin və həmin şöbənin rəis Elman İsrafilovun hərəkətlərindən və qərarından ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin də haqlı olaraq qeyd etdiyi kimi, Maraqlı şəxs rəisi kiçik ədliyyə müşaviri Elman İsrafilovun xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710/2018 nömrəli qətnaməsi üzrə 2 oktyabr 2018-ci ildə verilmiş icra vərəqəsi əsasında qəbul edilmişdir. Ərizəçinin şikayətdə qeyd etdiyi məsələlər həmin məhkəmə işi üzrə araşdırıla biləcək məsələlər idi. Hazırki halda həmin iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığından həmin məsələlərin araşdırılması mümkün deyildir və həmin hallar qanuni şəkildə qəbul edilmiş icraata başlama qərarının ləğvi üçün də əsas deyildir. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 7.1-ci maddəsinə əsasən, icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 9.1-ci maddəsinə əsasən, icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. İsmayıllı Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 8(037)-93/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 8(037)-93/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 8(037)-93/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar