Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-49/2022 27.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(107)- 2325/2019 saylı icra sənədinin qaytarılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 icra sənədinin qaytarılması haqqında 22 yanvar 2021-ci il tarixli qərarından X3 nümayəndəsi (vəkili) Nümayəndə şikayəti üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 8(075)-147/2022 nömrəli qərardadından Borclu verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 40000 ABŞ dolları məbləğində əsas borc, 8000 ABŞ dolları məbləğində vurulmuş ziyan və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı X7 iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 35142 manat məbləğində əsas borc, 7028 manat məbləğində vurulmuş ziyan, 15000 manat məbləğində mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 57200 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(075)-344/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Borclu 30842 manat məbləğində borc, 500 manat məbləğində mənəvi ziyan və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 31372 manat məbləğində pulun alınaraq X5 ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(075)-344/2019 saylı qətnaməsindən iddiaçı X7 və cavabdeh Borclu narazı qalmış və apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(107)- 2325/2019 saylı qətnaməsi ilə iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(075)-344/2019 nömrəli qətnaməsinin qismən Borclu 500 manat məbləğində mənəvi ziyanın və cəmi 31372 manat məbləğində pulun alınaraq X5 ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X3 cavabdeh Borclu qarşı iddiasının 15000 manat məbləğində mənəvi ziyan tələbinə dаir hissəsinin təmin edilməməsi, Borclu alınaraq iddiaçı X5 ödənilməli olan cəmi borcun məbləği 30872 manat müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(107)- 2325/2019 saylı qətnaməsindən cavabdeh Borclu tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(102)-8011/2019 saylı qərarı ilə cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(107)-2325/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Şəki Apellyasiya Məhkəməsi tərəfindən Şəki rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şəki rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru X6 22 yanvar 2021-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərar qəbul edərək, borcluda tələbin yönəldilə biləcəyi əmlakın və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi səbəbindən icra sənədini Şəki Apellyasiya Məhkəməsinə geri qaytarmışdır. Şəki rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru X2 22 yanvar 2021-ci il tarixli qərarından X3 nümayəndəsi (vəkili) Nümayəndə şikayəti 24 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(075)-147/2022 qərardadı ilə ərizənin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(107)-2325/2019 saylı icra sənədinin qaytarılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 21 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi, Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(107)-2325/2019 saylı icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(075)-147/2022 qərardadından Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 08 avqust 2022ci il tarixli 8(033)-25/2017 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qərardadı ilə razılaşmır və hesab edir ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Məhkəmə yalnız ərizəçinin şikayət ərizəsində qeyd olunanlarla kifayətlənərək ətraflı araşdırma aparamadan icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul etmişdir. Halbuki hazırda onun maddi və əmlak vəziyyətində hər hansı dəyişiklik olmamış sözügedən qərarın ləğvinə yönələ biləcək hansısa hal aşkar olunmamışdır. Formal mülahizələrə əsaslanan şikayət əsasında hüquqi əsası olmayan ədalətsiz qərar qəbul edilmişdir. Məhkəmənin qərardadı formal mülahizələrə əsaslanır. Halbuki məhkəmə qərarı qanuni əsaslarla qəbul edilməlidir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(075)-147/2022 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətin işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(075)-147/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(075)-147/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(075)- 344/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Borclu 30842 manat məbləğində borc, 500 manat məbləğində mənəvi ziyan və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 31372 manat məbləğində pulun alınaraq X5 ödənilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(107)-2325/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(075)-344/2019 nömrəli qətnaməsi qismən-Borclu 500 manat məbləğində mənəvi ziyanın və cəmi 31372 manat məbləğində pulun alınaraq X5 ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X3 cavabdeh Borclu qarşı iddiasının 15000 manat məbləğində mənəvi ziyan tələbinə dаir hissəsi təmin edilməməsi, Borclu alınaraq iddiaçı X5 ödənilməli olan cəmi borc məbləğinin 30872 manat müəyyən edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(102)- 8011/2019 saylı qərarından görünür ki, cavabdeh Borclu kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 iyul 2019-cu il tarixli, 2(107)-2325/19 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan 15 yanvar 2020-ci il tarixli, 2(107)-2325/2019 saylı icra vərəqəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(107)-2325/2019 saylı qətnaməsi 15 yanvar 2020-ci il tarixdə icraya yönəldilmişdir. İşdə olan Şəki rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru X2 22 yanvar 2021-ci il tarixli qərarından görünür ki, İcra sənədi uzrə Borclu 30842 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi icraata daxil olmuş, icraata qəbul edilmiş, icraata başlanılma barədə qərar qəbul edilərək tərəflərə göndərilmiş, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu könüllü müddət ərzində icra sənədini icra etməmişdir.Belə olan halda məcburi icra tədbirlərinə başlanılmış, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olubolmaması və təqaüd alıb- almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun birgə mülkiyyətdə əmlakının olubolmamasını öyrənmək məqsədilə həyat yoldaşı X4 əmlak vəziyyəti yoxlanılmış, ona məxsus da əmlak aşkar edilməmişdir. Borclunun yalnız işlədiyi, 250 manat əmək haqqı aldığı müəyyən edilmiş, borc məbləği çox olduğundan, borc məbləğini əmək haqqına yönəltmək "İcra Haqqında" AZərbaycan Respublikası Qanununun 63.1.2-ci maddəsinə əsasən yol verilmədiyindən icra sənədi borclunun əmək haqqından tutulması üçün göndərilməmişdir. Həmçinin, Borclu icra sənədində göstərilən Azərbaycan Respublikası, Şəki, Füzuli küçsi, 2 ünvanında olmuşlar, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə xx.xx.2020-cu il tarixli akt tərtib olunmuşdur. Həmçinin borclu tərəfində icra sənədi üzrə tələb yerinə yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə protokol tərtib edilərək Şəki rayon Məhkəməsinə göndərilmiş, məhkəmə şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək inzibati xətaya dair iş üzrə icraata xitam vermişdir. Tələbkar tərəf məhkəmənin verdiyi qərarla razılaşmayaraq qərardan apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi şikayətə baxaraq verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul etmişdir. İcra sənədinin Şəki Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şəki rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru X6 22 yanvar 2021-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərar qəbul edərək, borcluda tələbin yönəldilə biləcəyi əmlakın və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi səbəbindən icra sənədini Şəki Apellyasiya Məhkəməsinə geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlandığı vaxtdan ən çoxu 10 gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.1.4-cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə görə icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 icra sənədini məhkəməyə qaytararkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2 və 23.1.3-cü maddələrini rəhbər tutaraq qərarını borcun Borclu əmlakına yönəldilməsi üçün sonuncunun borcun yönəldilə biləcəyi əmlakının olub-olmaması barədə icra sənədində göstərilən ünvan 2 ünvanında olduğunu, ora baxış keçirildiyi və sonuncunun mülkiyyətində heç bir əmlakın olmadığının aşkar edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə icra məmuru tərəfindən icra sənədinin icrası və borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı mümkün olan bütün tədbirlərin görülməsi təsdiq olunmur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(107)- 2325/2019 saylı icra sənədi tam icra olunmadan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(075)-147/2022 qərardadı isə dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.1-c maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(075)-147/2022 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-49/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-49/2022
27.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver