Məhkəmə qərarları › İş №8(107)-50/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-50/2020

07.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-50/2020 07.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(014)-75/2020 nömrəli qərardadından iş üzrə tələbkar “xxxx” MMC-nin hüquq varisi Tələbkar MMC tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 2(014)-733/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Borclu 15902,75 manat borca görə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 15932,75 manat (on beş min doqquz yüz otuz iki manatın yetmiş beş qəpik) tutularaq “xxxx” MMC-nin hüquq varisi Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə Borclu ərizə ilə məhkəməyə müraciət edərək qətnamə üzrə olan borcun icrasından boyun qaçırmadığını, aylıq əməkkhaqqının 420 manat təşkil etdiyini, qeyd olunan borcdan əlavə ailəsinin bir neçə banka da borcunun olduğunu, ailənin yeganə qazanc gətirən üzvü olduğunu, aylıq qazancının ailənin dolanışığına güclə çatdığını, buna görə də məhkəmə qətnaməsi üzrə olan borcu birdəfəyə ödəməyə maddi imkanın olmadığını bildirərək qətnamə üzrə olan 15932,75 manat (on beş min doqquz yüz otuz iki manat yetmiş beş qəpik) borcun ayda 60 (altmış) manat ödənilməklə hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(014)-75/2020 nömrəli (hakim F.Nəsibov) qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-733/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Borclu “xxxx” MMC-nin hüquq varisi Tələbkar MMCnin xeyrinə tutulmalı olan 15902,75 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 15932,75 manat (on beş min doqquz yüz otuz iki manat yetmiş beş qəpik) ayda 60 (altmış) manat ödənilməklə hissə-hissə icra edilməsi, qərardadın icrasının Ağdaş Rayon İcra və Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Qərardaddan narazı qalan tələbkar “xxxx” MMC-nin hüquq varisi Tələbkar MMC şikayət verərək Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(014)-75/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Borclu ilə bağlanmış müqavilənin şərtlərinə zidd olaraq 15902,75 manat məbləğində borcun vaxtında qaytarılmaması, cəmiyyətin maddi imkanlarının və iqtisadi dövriyyəsinin məhdudlaşdırılmasıma, o cümlədən əlavə xərclərin yaranmasına və ödənilməsinə səbəb olmuş, məhkəmə borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, tələbkarın maddi imkanlarının məhdudlaşdırılmasına və borcun ayda 60 (altmış) manat olmaqla hissə-hissə ödənilməsi, qətnamənin ağlabatan müddətdə icra edilməyəcəyinə və məhkəmə qətnaməsinin səmərəsizliyinə səbəb olacağını nəzərə almamışdır. 15,902,75 manat vəsaitin, ayda 60 (altmış) manat olmaqla borclu tərəfindən hissə-hissə icra edilməsi barədə məhkəmənin qərardadı, tələbkara olan borcun 22 ildən çox müddət ərzində ödənilməli olması, tələbkarın iqtisadi maraqlarına və mənafeyinə uyğun olmayan və məhkəmə qətnaməsinin ağlabatan müddətdə icra edilməsinə maneə yaradan, məhkəmə qətnaməsinin icrasının əhəmiyyətsizliyinə səbəb olan və onun icrasına əsaslı şübhə yaradan akt hesab edilməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, Borclu “xxxx” MMC-nin hüquq varisi Tələbkar MMC-nin xeyrinə tutulmalı olan 15902,75 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 15932,75 manat (on beş min doqquz yüz otuz iki manat yetmiş beş qəpik) borcun ayda 60 (altmış) manat ödənilməklə hissə-hissə icra edilməsi barədə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(014)-75/2020 saylı qərardadının ləğv edilməsi və ərizənin rədd edilməsi haqqında qərardad qəbul edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(014)-75/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarına əsasən Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir, borcun tutulması barədə məhkəmə qərarının buna mötəbər əsaslar olmadan hissə-hissə icrası bilavasitə tələbkarın qanunla qorunan mənafelərini pozur, məhkəmə qərarının icrasını yubatmaqla məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirir. Eyni zamanda qeyd olunmalıdır ki, borclu tərəfindən qeyd olunan dəlillər və təqdim etdiyi arayış onun maddi imkanının məhdud olmasını təsdiq etmir. Bu səbəbdən, tələbkarın da mənafeyinin müdafiəsi baxımından hər hansı bir tutarlı əsas olmadan qətnamənin hissəhissə icra edilməsi barədə qərardad qəbul edilə bilməz. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-733/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədinin materiallarından göründüyü kimi Ağdaş Rayon Məhkəməsinin 2(014)-733/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Borclu 15902,75 manat borca görə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 15932,75 manatın (on beş min doqquz yüz otuz iki manat yetmiş beş qəpik) tutularaq “xxxx” MMC-nin hüquq varisi Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından da ərizə təmin edilə bilməz. Çünki, borclunun ərizəsində qeyd olunan dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Şərh olunanlara əsasən, kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(014)-75/2020 nömrəli qərardadı tam, xx xxx 2020-ci il tarixli 8(014)-75/2020 nömrəli qərardadı qismən, yəni “şikayətin təmin edilməməsi hissəsində” ləğv edilməli, Borclu Ağdaş rayon Məhkəməsinin 2(014)-733/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Tələbkar “xxxx” MMC-nin hüquq varisi Tələbkar MMC-nin şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(014)-75/2020 nömrəli qərardadı tam, xx xxx 2020-ci il tarixli 8(014)-75/2020 nömrəli qərardadı qismən, yəni “şikayətin təmin edilməməsi hissəsində” ləğv edilsin. Borclu Ağdaş rayon Məhkəməsinin 2(014)-733/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar