Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-50/2022 31.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin indeksasiyasına dair iş üzrə (Açar sözlər: pul məbləğinin indeksasiyası) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı X2 məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin indeksasiyasına dair iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 8(051)-38/2022 saylı qərardadından cavabdeh Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: X5 məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 2(107)- 2041/2021 saylı qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(051)-56/2020 saylı qətnaməsi tamamilə ləğv edilmiş, cavabdeh Borclu italyan istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş qaşlı sep naturada, yaxud qətnamə icra edilən vaxtı əmlaklar olmadığı halda isə onların dəyəri 3500 manat pulun alınıb ona verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırki müddətə qədər qətnamə icra olunmamışdır. Ancaq onun iddianı qaldırmağından 2 ildən artıq müddət keçmiş və hesablanmış pul məbləği öz dəyərini dəfələrlə itirmişdir. Həmin məbləğin hazırda bu şəkildə icrası onun hüquqlarını pozur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(107)-2041/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu alınıb ona ödənilməli olan italyan istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş qaşlı sep naturada, yaxud qətnamə icra edilən vaxtı əmlaklar olmadığı halda isə onların dəyəri 3500 manat pulun indeksasiya edilməklə dəyərinin müəyyən olunması barədə qərar çıxarlmasını xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 8(051)-38/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(107)-2041/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu alınıb X3 ödənilməli olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş qaşlı sep naturada, yaxud qətnamə icra edilən vaxtı əmlaklar olmadığı halda isə onların dəyəri 3500 manat pul indeksasiya edilərək 4312 (dörd min üç yüz on iki) manat pul tutularaq X3 ödənilməsi, iş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manatın Borclu alınıb dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Cavabdeh Borclu nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 8(051)-38/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 8(051)-38/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini qərara alarkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X1 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(051)-656/2020 saylı qətnaməsinə əsasən onun cavabdeh Borclu qarşı əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli 2(107)- 232/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(051)-656/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli 2(102)-3913/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli 2(107)-232/2021 saylı qətnaməsi ləğv edilmişdir. Şəki Apelyasiya məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(107)2041/2021 saylı qətnaməsinə əsasən iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(051)-656 saylı qətnaməsi tamamilə ləğv edilmiş, cavabdeh Borclu İtaliya istehsalı olan 750 əyar qram çəkidə 1 dəst üzük, sıröa qolbağı və qiymətli daş qaşlı sep naturada qətnamə icra edilən vaxt əmlaklar olmadığı halda isə onların dəyəri 3500 manat alınaraq X3 verilməsi qət edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3629 №-li 22 iyul 2022-ci il tarixli rəyində göstərilir ki, rəyin tədqiqat hisssində göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci iltarixədək 3.500,00 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi 23,2 faiz artım ilə hesablanmaqla xx.xx.2022-ci il tarixə hesablanmış cari dəyəri 4,312,00 manat məbləğində müəyyən edilir. Pul məbləğinin indekdasiyası istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla ərizəçinin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Belə ki, ərizəçiyə ödənilməli olan pul vəsaiti bazarda istehlak qiymətlərinin artması, inflayasiya və s. kimi mənfi iqtisadi proseslərin nəticəsində öz dəyərini əhəmiyyətli dərəcədə itirmişdirsə və bununla əlaqədar ərizəçinin həmin pul məbləğinə görə alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, hətta verilmiş borcun qaytarılması tələbinə dair ərizənin tam təmin olunması belə ərizənin pozulmuş hüququnu bərpa etmir. Belə olan halda qətnaməyə əsasən pul məbləğinin indeksasiyasının həyata keçirilməsi zərurəti yaranır. Ödənilməli olduğu aliment borc məbləği inflasiya göstəricisinə əsasən ekspert rəyi nəticəsində göstərilən məbləğdə dəyərini itirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ekspert rəyi qanuna müvafiqdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2022ci il tarixli 8(051)-38/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 8(051)-38/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 8(051)-38/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli
Məhkəmə qərarları › İş №8(107)-50/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-50/2022
31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver