Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-51/2020 08.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-812/2019 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1nun ərizəsinin təmin edilməməsi barədə Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-20/2020 nömrəli qərardadından borclu X6 oğlu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(033)- 20/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)-812/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X2 13000 (on üç min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Ömərov Aydın İsrafil oğluna verilməsi və iddiaçı Ömərov Aydın İsrafil oğlunun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manatın cavabdeh X2 alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)-812/2019 nömrəli qətnaməsinin hər ay 100 manat ödənilməklə hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli 2(033)-812/2019 nömrəli qətnaməsi Zaqatala Rayon İcra və Probasiya şöbəsində icra olunur. O, qanunun tələbinə əsasən borcunu tez bir zamanda ödəməlidir. Lakin o, hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkir, rayondan kənara çıxa bilmir, iş yeri yoxdur, qazanc yeri, maddi imkanı da yoxdur. Buna görə də yalnız hər ay 100 manat ödəməklə qətnamənin icrasını təmin edə bilər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən X1 ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən tələbkar Ömərov Aydın İsrafil oğlu izahat verərək göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)- 812/2019 nömrəli qətnaməsi ilə iddiasi təmin edilərək cavabdeh X2 13000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi qət edilmişdir. Borclu tərəfindən hal-hazıradək borcundan hər hansı ödəniş edilməmişdir. Borcun bir dəfəyə ödənilməsini xahiş edir. O, ərizəni qəbul etmir. Borcun hissə-hissə ödənilməsinə razı deyil. Ona görə də, ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişddir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)-812/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X2 13000 (on üç min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Ömərov Aydın İsrafil oğluna verilməsi və iddiaçı Ömərov Aydın İsrafil oğlunun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manatın cavabdeh X2 alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə hazıradək icra edilməmişdir. Tələbkar da qətnamənin hissə-hissə icra edilməsinə razı deyil. Ona görə də, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxx 2020-ci il tarixli, 8(033)-20/2020 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)-812/2019 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan X1 şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən o, borcu qanunun tələbinə əsasən tez bir zamanda ödəməlidir. Lakin o, hal-hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkir, rayondan kənara çıxa bilmir, iş yeri yoxdur, qazanc yeri, maddi imkanı və heç bir əmlakı yoxdur. Buna görə də yalnız hər ay 100 manat ödəməklə qətnamənin icrasını təmin edə bilər. Lakin qərardadda qeyd edilmişdir ki, qeyd edilən qətnamə üzrə icra sənədinin bir dəfəyə icra olunmaması üçün maddi vəziyyətinin ağır olduğuna dair sənədləri məhkəməyə təqdim etməmişdir. Lakin bu düz deyil, o, cəzaçəkməyinə dair arayışı məhkəmə iclası zamanı təqdim etmişdir. Buradan da görünür ki, o, evdən çıxa bilmədiyi üçün heç bir yerdə işləyə bilmir və buna görə də qazanc əldə edə bilmir, əsas qazanc yeri Bakı şəhərində olduğu üçün işsiz qalmışdır və qətnamədə qeyd edilən 13000 manat məbləğində pul vəsaitini bir dəfəyə ödəmək üçün maddi imkanı yoxdur. Bundan başqa qeyd etmək üstəyir ki, 100 manat məbləğində pulu poçt vasitəsi ilə ödəmişdir, lakin tələbkar həmin pulu götürməkdən imtina edərək qətnamənin icrasına maneələr törədir. Həmin qəbzi ərizəsinə əlavə edir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-20/2020 nömrəli qərardadını ləğv edərək mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(033)-20/2020 nömrəli qərardadı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-20/2020 nömrəli qərardadından X1nun verdiyi şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə tərəflər lаzımi qаydаdа məlumаtlаndırılmışdır. “Azərbaycan Respublikasinda Koronavirus (covid-19) infeksiyasinin yayilmasi təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirləri ilə bağlı məsələlər, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın. Göstərilən səbəbdən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-20/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)- 812/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X2 13000 (on üç min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Ömərov Aydın İsrafil oğluna verilməsi və iddiaçı Ömərov Aydın İsrafil oğlunun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manatın cavabdeh X2 alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, X4 maddi imkansızlığını bildirsə də, qeyd olunan qətnamə üzrə icra sənədinin bir dəfəyə icra olunmaması üçün maddi vəziyyətinin ağır olmasını sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallar müəyyən edilmədi. Eyni zamanda, qət edilən 13000 manat pul vəsaitinin hər ay 100 manat olaraq ödənilməsi tələbkarın hüquqlarının əsaslı şəkildə pozulması və qətnamənin həddindən artıq uzun müddətə icra olunmasına şərait yarada bilər. İşin faktiki halından da məlum olur ki, borclu tərəfindən Ömərov Aydın İsrafil oğluna həmin borcdan heç bir ödəniş edilməmiş, X1 hazırkı ərizə ilə məhkəmə qətnaməsini faktiki olaraq icra olunmamış saxlamışdır. Bu isə dövlətin adından qəbul olunmuş məhkəmə qətnaməsinin uzun müddətə icra olunmasına, başqa sözlə effektiv şəkildə icra olunmamasına şərait yaradır, halbuki MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X1 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)-812/2019 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə aktının icra üsulunu və qaydasını dəyişdirmə barədə məsələ tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Аzərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərardadından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanun normasının məzmununa görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər. Qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icrа edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, borclu X6 oğlunun şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-20/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)-20/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu X6 oğlunun Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(033)- 20/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-51/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-51/2020
08.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver