Məhkəmə qərarları › İş №8(107)-51/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-51/2022

05.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-51/2022 05.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-2224/2016 saylı əmri üzrə Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağsu rayon İcra və probasiya şöbəsinin təqdimatının rədd edilməsi barədə Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadından tələbkar LPO Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları Ağsu Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli, 2(016)-2224/2016 saylı məhkəmə əmrindən görünür ki, cavabdeh X6, zaminlər X7 və Borclu2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2735,42 ABŞ dolları məbləğində əsas, 1018,83 ABŞ dolları məbləğində faiz borcu, 191,08 ABŞ dolları məbləğində cərimə, cəmi 3945,33 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu olan 20 manat alınaraq iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi əmr edilmişdir. Ağsu rayon icra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında 18 avqust 2016cı il tarixli məhkəmə əmri ilə icra sənədi üzrə X6 və X7 barəsində icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli, 2(016)-2224/2016 saylı məhkəmə əmrinə əsasən, cavabdeh X6, zaminlər X7 və Borclu2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2735,42 ABŞ dolları məbləğində əsas, 1018,83 ABŞ dolları məbləğində faiz borcu, 191,08 ABŞ dolları məbləğində cərimə, cəmi 3945,33 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu olan 20 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Fərid Nəsirov təqdimatla məhkəməyə müraciət edərək, Ağsu şəhəri, Meleratorlar qəsəbəsi ünvanda qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 18 avqust 2016-cı il tarixli qərarla icraata başlanılan Ağsu Rayon Məhkəməsi tərəfindən verilmiş 04 avqust 2016-cı il tarixli, 2(016)- 2224/2016 saylı icra sənədinə əsasən X8, Borclu2 və X1 müştərək qaydada ümumilikdə 3945,33 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu olan 20 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. İş üzrə Borclu2 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və borcun tələbkarların xeyrinə ödənilməsi tələb olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu2 adına əmlakın olub-olmaması və pensiya alıb-almaması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatlara əsasən məlum olmuşdur ki, borclunun adına tələbin yönəldilə biləcək hər hansı bir əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. İcra tədbirləri nəticəsində məlum olmuşdur ki, Borclu2 ölkə sərhədlərini tez-tez dəyişir. Ağsu Rayon Məhkəməsinin (hakim Babək Qasımov) 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadı ilə Ağsu Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli, 2(016)-2224/2016 saylı icra sənədi üzrə Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Ağsu rayon İcra və probasiya şöbəsinin təqdimatı rədd edilmişdir. Qərardaddan narazı qalan LPO Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadını ləğv edərək Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağsu rayon İcra və probasiya şöbəsinin təqdimatının təmin edilməsi xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan və könüllü icra ilə bağlı bildirişdən Borclu2 barəsində icra işinin başlanması, bildirişin ona göndərilməsi görünmür. Eyni zamanda məhkəm iclası zamanı da borclunun qeyd olunan icra sənədindən məlumatı olması müəyyən edilməmişdir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli, bundan sonra, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərini müəyyənləşdirməli, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamalıdır (Təlimatın 2.2.1, 2.2.2, 2.2.3-cü bəndləri). İcra məmurunun məhkəməyə təqdim etdiyi təqdimatda borclular X4 və X2 adı, atasının adı, soyadı, yaşadığı ünvan, icra sənədinin icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər qeyd olunsada, borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün bildirişin və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsini təsdiq edən sənədin surətini təqdimata əlavə etməmişdir (Təlimatın 2.4-cü bəndi). Təlimatın 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra şöbəsinin rəhbəri tərəfindən baxılaraq, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlamalı (2.5.1), borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırmalı (2.5.2), bu təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlamalı (2.5.3), təqdimatla razılaşdıqda onu təsdiq etməli olduğu (2.5.4) halda, təqdimat icra qrupunun rəhbəri tərəfindən təsdiq olunmadan məhkəməyə verilmişdir. Məhkəmə hesab etmişdir ki, Ağsu rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Fərid Nəsirovun Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci, 2.3, 2.4-cü bərtdlərinin tələblərinə uyğun tərtib olunmadığından və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair əsaslar müəyyən olunmadığından Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat rədd edilmədir. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli, 2(016)-2224/2016 saylı icra sənədin əsasən borclular X6, Borclu2 və X3 müştərək qaydada 3945.33 ABŞ dolları məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar ASC-nin hesabına ödənilməlidir. İcra sənədi icra olunması üçün aidiyyəti üzrə Ağsu rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Ağsu rayon İcra və probasiya şöbəsinin icra məmuru Fərid Nəsirov təqdimatla məhkəməyə müraciət edərək icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru öz təqdimatında göstərmişdir ki, borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə öhdəliklərini yerinə yetirməmiş üzürsüz səbəbdən boyun qaçırmış. Həmçinin, Ədliyyə Nazirliyinin “Elektron İcra” Sistemindən yoxlanılmışdır ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər yoxdur. Bununla belə borclunun ölkə xaricinə səfərlər etməsi icra tədbirləri nəticəsində məlum olmuşdur. Ona görə də Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Ağsu rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Ağsu rayon Məhkəməsinin qərardadında göstərilmişdir ki, “icra məmuru öz təqdimatını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutları təqdimata əlavə etməmişdir”. Göründüyü kimi bu əsasla təqdimatın təmin edilməməsi məntiqli deyildir. Bu halda məhkəmə tələbkarın qanuni maraqlarını nəzərə almamışdır. Bildiririk ki, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə qərarını icra etməkdən yayınmış və bu günədək Tələbkar ASC-yə icra sənədi üzrə olan öhdəliklərini icra etməmişdir. Hesab edirlər ki, icra şöbəsinin təqdimatı əsaslıdır və təmin edilməlidir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın: 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli, bundan sonra, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərini müəyyənləşdirməli, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub- olmamasını yoxlamalıdır (Təlimatın 2.2.1, 2.2.2, 2.2.3-cü bəndləri). 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra şöbəsinin rəhbəri tərəfindən baxılaraq, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlamalı (2.5.1), borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırmalı (2.5.2), bu təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlamalı (2.5.3), təqdimatla razılaşdıqda onu təsdiq etməli olduğu (2.5.4) halda, təqdimat icra qrupunun rəhbəri tərəfindən təsdiq olunmadan məhkəməyə verilmişdir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 43.1.5. Bu Qanuna və Azərbaycan Respublikasının digər İcra haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 43.1.5. Bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: Maddə 44.1.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; Maddə 44.1.2. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; Maddə 44.1.3. Könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 84-1.1. Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Maddə 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (bundan sonra – Beynəlxalq Pakt) 12-ci maddəsində göstərilmişdir:

1. Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var.

2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var.

3. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz.

4. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.

Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin:

Maddə 398.0.2. Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Şikayətdən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadı ləğv edilərək, 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadından verilmiş şikayətə yenidən baxılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, öyrənilən işin hallarından müəyyən edilir ki, Ağsu Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli, 2(016)-2224/2016 saylı məhkəmə əmrinə əsasən, cavabdeh X6, zaminlər X7 və Borclu2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2735,42 ABŞ dolları məbləğində əsas, 1018,83 ABŞ dolları məbləğində faiz borcu, 191,08 ABŞ dolları məbləğində cərimə, cəmi 3945,33 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu olan 20 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Fərid Nəsirov təqdimatla məhkəməyə müraciət edərək, Ağsu şəhəri, Meleratorlar qəsəbəsi ünvanda qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadı ilə Ağsu rayon İcra və probasiya şöbəsinin Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı rədd edilmişdir. Qərardaddan narazı qalan LPO Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadını ləğv edilməsini və 04 avqust 2016-cı il tarixli, 2(016)-2224/2016 saylı icra sənədi üzrə Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağsu rayon İcra və probasiya şöbəsinin təqdimatının təmin edilməsi xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi təqdimatı rədd edərkən, mövqeyini onunla əsaslandırmışdır ki, icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan və könüllü icra ilə bağlı bildirişdən Borclu2 barəsində icra işinin başlanması, bildirişin ona göndərilməsi görünmür. Eyni zamanda məhkəm iclası zamanı da borclunun qeyd olunan icra sənədindən məlumatı olması müəyyən edilməmişdir. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən edilmişdir ki, mübahisələndirilən təqdimata baxılarkən birinci instansiya məhkəməsi tərəfindən icra işinin tədqiq edilməsi iş materiallarından görünmür. Belə ki, icra işinin materiallarına istinad olunsa da, təqdimata baxılarkən təqdimat vermiş icra məmuru iştirak etməmiş, icra işi tələb olunaraq baxış keçirilməmiş, borclunun əmlak vəziyyətinin yoxlanlması və icra məmurunun icra sənədi üzrə son hərəkətləri araşdırılmamışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokollarından da bu halların araşdırılmadığı öz təsdiqini tapır. Digər tərəfdən, iş materiallarından görünür ki, Ağsu rayon İcra şöbəsinin xx.xx.2016ci il tarixli, 2980-2020-2016-E saylı bildirişin təsdiq olunmuş surətindən görünür ki, borclu X9 24 noyabr 2020-ci il tarixdə həmin bildirişi və qərarı almışdır. Həmçinin iş materiallarına əlavə olunmuş borclu X5 24 noyabr 2020-ci il tarixli izahatının təsdiq olunmuş surətindən görünür ki, onun “məhkəmə qətnaməsindən xəbəri yoxdur, digər tələbkara məhkəmə qətnaməsi ilə borcu vardır, özü Qarabağ veteranıdır. Bunları nəzərə alıb borcun hissə-hissə ödəməsinə icazə verilməsini xahiş edir”. Birinci instansiya məhkəməsi həmin sənədləri də ararşdırıb qiymət verməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.2.-ci bəndinə əsasən Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadı ləğv edilərək, 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadından verilmiş şikayətə yenidən baxılamsı üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qərara aldı:

LPO Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadı ləğv edilsin, 11 avqust 2022-ci il tarixli, 8(016)-208/2022 saylı qərardadından verilmiş şikayət yenidən baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar