Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-51/2023 21.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 8(033)-3/2023 nömrəli qərardadının icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya şöbəsinin hərəkətlərindən X1 şikayətinə dair (Açar sözlər: İcra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X19 qızının katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 8(033)-37/2023 nömrəli qərardadından X4 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Zaqatala Rayon Məhkəməsinin 2(033)-457/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh X6 4000 (dörd min) manat pul vəsaitinin alınaraq iddiaçı X9 verilməsi, ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatının iddiaçıya aid edilməsi, qalıq 60 (altmış) manatın isə cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 8(033)-3/2023 nömrəli qərardadı ilə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra rəisi X11 təqdimatı qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 457/2022-013 nömrəli, 20 sentyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün borclu X10 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr nömrəsi **********30 olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. X4 19 iyun 2023-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 8(033)-3/2023 iş nömrəli qərardadının icrası ilə bağlı verilmiş icra vərəqəsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin üzərinə həbs qoyulmuş torpaq sahəsinin təkrar qiymətləndirilməsinin təmin edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi; o cümlədən, həmin qanunsuzluqların aradan qaldırılması, yəni həmin torpaq sahəsinin qiymətləndirilməsi məqsədi ilə başqa bir mütəxəssisin dəvət edilməsi vəzifəsinin Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 8(033)-37/2023 nömrəli nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 8(033)- 3/2023 nömrəli qərardadının icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya şöbəsinin hərəkətlərindən X4 tərəfindən verilmiş şikayəti təmin edilməmişdir. Həmin qərardaddan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 8(033)-37/2023 nömrəli qərardadının ləğv edilməsi və şikayətinin təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(033)-37/2023 saylı qərardadı ilə, X1 Zaqatala Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 8(033)-37/2023 nömrəli qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 40.1, 51.1-ci maddələrinə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 5-ci maddəsinə, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 7, 12-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, bildirir ki, cavabdeh X12 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X6 - Zaqatala rayonu Əliabad qəsəbəsi Tatyaqub çölündə yerləşən 2,40 ha torpaq sahəsinin satılması üçün ondan götürdüyü 4.000 (dörd min) manat pulun və həmin torpaq sahəsində onun tərəfindən əkilmiş 400 (dörd yüz) ədəd fındıq kolu (ağacı) ilə bağlı çəkilmiş xərcin əvəzi olan 2.800 (iki min səkkiz yüz) manat pulun, o cümlədən, iddianın qaldırılması üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun alınaraq ona verilməsi (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, e- 2(033)-457/2022 nömrəli qətnaməsinə əsasən, iddiası qismən təmin edilmiş və 4000 (dörd min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdeh X6 alınaraq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2(033)-457/2022 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 20 sentyabr 2022-ci il tarixli icra vərəqəsi əsasında icra işi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X17 məhkəməyə təqdimat verərək, icra sənədi üzrə borclu X12 məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 8(033)-3/2023 nömrəli qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin e- 2(033)-457/2022-013 nömrəli, 20 sentyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün borclu X10 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr nömrəsi **********30 olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Bundan sonra Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X17 tələbin həmin əmlaka yönəldilməsi məqsədi ilə cavabdeh X12 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsini qiymətləndirici "xxxx" MMC-yə həvalə etmişdir. Qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirici eksperti B.Ş.Əhmədovun hesabatında cavabdeh X12 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar qiyməti 13000 (on üç min) manat məbləğində qiymətləndirmişdir. İddia ərizəsinə əlavə etdiyi iş üzrə cavabdeh "xxxx" MMC-nin rəyindən də göründüyü kimi, həmin rəy qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunmamışdır. Belə ki, həmin rəydən məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirici eksperti B.Ş.Əhmədovun hesabatında istifadə edilmiş qiymətləndirmə metodlarının mahiyyəti və məzmunu öz əksini tam tapmamış, qiymətləndiricinin gəldiyi nəticə (əmlakın qiyməti) həmin metodlarda qeyd edilənlərlə izahlı şəkildə əsaslandırılmamışdır. Halbuki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 10-cu maddəsinə, əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək Qiymətləndiricinin vəzifəsidir. Bundan başqa “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 3-cü abzasında qeyd olunur ki, Bu Qanunun 5-ci maddəsinin səkkizinci abzasında nəzərdə tutulan (məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsi) məcburi qiymətləndirmə icra məmurunun sifarişi ilə həyata keçirildiyi halda, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirici eksperti B.Ş.Əhmədovun hesabatından onun Qanunvericiliyin bu tələbinə cavab verib vermədiyi müəyyən olunmur. Bununla bağlı olaraq əvvəlcə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin e2(033)-457/2022-013 nömrəli, 20 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə tələbin borclu X10 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr nömrəsi-**********30 olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinə yönəldilməsi məqsədi ilə həmin əmlakın bazar qiymətinin müəyyən edilməsinin başqa qiymətləndiriciyə həvalə edilməsini xahiş etmişdir. Lakin Zaqatala Rayon İcra və Probasiya Şöbəsi bununla bağlı hər hansı bir icra hərəkətini həyata keçirməmişdir. Buna görə də, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədovun icra sənədi üzrə hərəkətsizliyindən məhkəməyə şikayət verməli olmuşdur. Lakin birinci instansiya məhkəməsi Qərardadın əsaslandırıcı hissəsində qeyd edir ki, “Məhkəmə şikayətin Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin təkrar qiymətləndirilməsinin təmin edilməməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, X4 tərəfindən iş materiallarında olan "xxxx" Qiymətləndirmə və konsaltinq şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 0080-2/23 nömrəli xx.xx.2023-cü il tarixli X12 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir sübut təqdim edilməmişdir.” “Eyni zamanda, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununda borclunun əmlakının onun şikayət ərizəsində göstərdiyi dəlillər əsasında yenidən qiymətləndirilməsi də nəzərdə tutulmamışdır.” Bununla bağlı olaraq bildirir ki, tərəfindən başqa bir qiymətləndirici şirkət olan "xxxx" MMC-yə müraciət olunmuş və onun sifarişi ilə 14 iyul 2023-cü il tarixdə "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən araşdırmalar aparılmış və müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin hazırki tarixə ədalətli bazar dəyəri 5800 (beş min səkkiz yüz) manat təşkil edir. Bundan başqa bildirmək istəyir ki,“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qanunun tələbindən görünür ki, tərəflər qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyini məhkəmə qaydasında ayrıca mübahisələndirə bilərlər və məhkəmənin qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Halbuki birinci instansiya məhkəməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərini nəzərə almayaraq qiymətləndirmə ekspertizasının İcra məmurunun sifarişi əsasında keçirilməsini, qiymətləndirmə rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir sübut təqdim edilmədiyini əsas götürərək Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar dəyərinin həqiqiliyinin mübahisələndirilməsi ilə bağlı şikayətini təmin etməmişdir. Bundan başqa Zaqatala Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli e-2(033)-581/2023 nömrəli qərardadının əsaslandırma hissəsində qeyd etmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadında qeyd olunmuşdur ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, məhkəmə hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadında sonda nəticəyə gəlmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. İstinad edilən normaların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır.” Birinci instansiya məhkəməsinin sözügedən e-2(033)-581/2023 nömrəli qərardadında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadına istinad etməsinə baxmayaraq hazırki qərardadında «İcra Haqqında» Azərbaycan Respublikası Qanununda borclunun əmlakınınyenidən qiymətləndirilməsinin nəzərdə tutulmadığını əsas götürərək Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş borclu X12 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin təkrar qiymətləndirilməsinin təmin edilməməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini əsassız hesab edərək şikayətini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-581/2023 nömrəli qərardadında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadına istinad etməsinə baxmayaraq hazırki qərardadında «İcra Haqqında» Azərbaycan Respublikası Qanununda borclunun əmlakının yenidən qiymətləndirilməsinin nəzərdə tutulmadığını əsas götürərək Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş borclu X12 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin təkrar qiymətləndirilməsinin təmin edilməməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini əsassız hesab edərək şikayətini təmin etməmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadının nəticə hissəsində qeyd edilir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərini nəzərə almayaraq “qiymətləndirmə rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir sübut təqdim edilmədiyini” əsas götürərək Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar dəyərinin həqiqiliyinin mübahisələndirilməsinə dair şikayətini təmin etməmişdir. Halbuki “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan RespublikasınınQanununun 8-ci maddəsində qeyd edilir ki, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin məhkəmə, Qanunvericiliyə (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa) düzgün istinad etmədən, Prosessual Məcəllənin bu tələbini də pozaraq, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Halbuki, birinci instansiya məhkəməsi MPM-in 77.3-cü maddəsinə riayət etmədən, “iş materiallarında olan "xxxx" Qiymətləndirmə və konsaltinq şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 0080-2/23 nömrəli xx.xx.2023-cü il tarixli X12 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir sübut təqdim edilmədiyini” əsas götürərək şikayətini təmin etməmişdir. Birinci instansiya məhkəməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərini nəzərə almayaraq qiymətləndirmə ekspertizasının İcra məmurunun sifarişi əsasında keçirilməsini, “qiymətləndirmə rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir sübut təqdim edilmədiyini”, eyni zamanda “«İcra Haqqında» Azərbaycan Respublikası Qanununda borclunun əmlakının yenidən qiymətləndirilməsinin nəzərdə tutulmadığını” əsas götürərək Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar dəyərinin həqiqiliyinin mübahisələndirilməsinə dair şikayətini təmin etməmişdir. Hazırda şikayətinə əlavə etdiyi "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisi tərəfindən verimiş “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” Mütəxəssis rəyini “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin ikinci hissəsinin tələblərinə (“Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır”) birinci instansiya məhkəməsi tərəfindən riayət olunacağına və yenidən ekspert qiymətləndirilməsini təyin ediləcəyini güman etdiyi üçün təqdim etməmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 8(033)-37/2023 iş nömrəli qərardadının ləğv edilməsi və şikayətinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq «İcra haqqında» Azərbaycan Respublikası Qanunu; «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci madddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanun: “Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 5-ci maddəsinin ikinci abzasına əsasən məhkəmə ekspertizası fəaliyyəti nəticəsində hüquqlarının və azadlıqlarının pozulduğunu hesab edən şəxs bu hərəkətdən Azərbaycan Respublikaının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizası idarəsinin rəhbərinə və ya məhkəməyə şikayət edə bilər. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu: "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 12-ci maddəsinə sasən bu Qanunun 5-ci maddəsinin səkkizinci abzasında nəzərdə tutulan məcburi qiymətləndirmə icra məmurunun sifarişi ilə həyata keçirildiyi halda, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “X7rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 8(033)-37/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 8(033)-37/2023-cü il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 8(033)-37/2023 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş 21 fevral 2023-cü il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarın surətindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 457/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar qiymətləndirici dəvət edilmişdir. İşdə olan "xxxx" Qiymətləndirmə və konsaltinq şirkəti MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 0080-2/23 nömrəli ekspert rəyindən görünür ki, X12 məxsus Zaqatala Rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 13000 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2(033)- 457/2022 iş nömrəli qətnaməsinə əsasən 20 sentyabr 2022-ci il tarixli icra vərəqəsi verilmiş və icra hərəkətlərinin aparılması Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Sözügedən icra sənədinin icrası ilə əlaqədar qiymətləndirici dəvət edilmişdir. Eyni zamanda müəyyən edilir ki, "xxxx" Qiymətləndirmə və konsaltinq şirkəti MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 0080-2/23 nömrəli ekspert rəyində X12 məxsus Zaqatala Rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyərinin 13000 manatdır. İş materiallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, tələbkar X3 rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin təkrar qiymətləndirilməsinin təmin edilməməsi ilə bağlı hərəkətlərini qanunsuz hesab etməkdə haqlı deyildir. Belə ki, iş materiallarından da göründüyü kimi, Zaqatala Rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qiymətləndirici dəvət edilmiş, qiymətləndirmənin aparılması nəticəsində verilmiş rəy üzrə, sözügedən torpaq sahəsinin bazar dəyərinin 13000 olduğu müəyyən edilmişdir. X1 şikayətinin əsas dəlili kimi istinad etdiyi və şikayətinə əlavə etdiyi "xxxx" MMC-nin 14 iyul 2023-cü il tarixli mütəxəssis rəyində borclunun mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin 14 iyul 2023-cü il tarixə ədalətli bazar dəyərinin 5800 manat təşkil etməsi nəzərdə tutulsa da həmin rəydə müqayisə üçün istinad edilmiş qonşu Qax rayonu Qeysərli kəndində satışa çıxarılan torpaq sahəsinin 1 hektarının dəyərinin 5500 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin rəydə müqayisə üçün istinad edilən digər torpaq sahələrinin isə Xızı və Qobustan rayonlarında yerləşməsi, lakin rəy verilərkən Zaqatala rayonunda satışa çıxarılan hər hansı bir torpaq sahəsinə dair məlumata istinad edilməməsi müəyyən edilmişdir. Belə olan halda Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin ədalətli bazar dəyərinin nəyə əsasən 5800 manat təşkil etməsini "xxxx" MMC-nin mütəxəssis rəyindən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, X1 şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı deyildir. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 8(033)-37/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-51/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-51/2023
21.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver