Məhkəmə qərarları › İş №8(107)-51/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-51/2024

18.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-51/2024 18.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu ödəməli olduğu pul məbləğinin ideksasiyası barədə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş pul məbləğinin indeksasiyası) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 8(046)-44/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Tələbkar məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsində göstərilən borcdan 23000 manatının ödənilmədiyi üçün 11 fevral 2020-ci il tarixdən başlayaraq 01 mart 2024-cü il tarxədək olan müddət üçün 134000 (yüz otuz dörd min) ABŞ dolları (227800 manat) pul məbləğin indeksasiyasının müəyyən edilərək və Borclu tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2665/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Borclu 140700 ABŞ dolları (yüz qırx min yeddi yüz) pul vəsaitinin (ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun) tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı 11 fevral 2020-ci il tarixində qüvvəyə minmiş və Şəki Apellyasiya Məhkəməsi tərəfindən 2(107)-2665/2019 saylı icra vərəqəsi Göyçay rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnaməni qəsdən icra etmədiyi üçün Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Borclu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Borclu Bakı şəhəri Sabunçu rayonunun ərazisində yaşaması barədə arayış təqdim etdiyi üçün icra işi Göyçay rayonundan Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin borclu dövlət adından çıxarılan qərarı qəsdən icra etmir. Bu isə tələbkara çox böyük maddi və mənəvi zərər vurur. Bu günə kimi borclu tərəfindən həmin borcdan cəmi 20000 manat (12000 ABŞ dolları) qaytarılmışdır. Borclu qalan 134000 ABŞ dollarını (227800 manat) ödəməkdən qəsdən yayınır. 2020-ci ildən bu günə kimi ABŞ dollarının Azərbaycan manatına nisbəti sabit olaraq 1 ABŞ dolları 1,70 manata bərabər olmuşdur. Borclunun bu hərəkəti ona xeyli zərər vurur. Belə ki, 2020-ci ilin 11 fevral tarixindən bu günə kimi manatın dəyərində xeyli dəyişiklik olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2020-ci ildən bütün məhsulların və xidmətlərin qiyməti bir neçə dəfə artmışdır. Borclu ərizəyə qarşı etiraz vermişdir. Ərizədə göstərmişdir ki, Tələbkar ona qarşı pul məbləğinin indeksasiyası tələbinə dair ərizəsi tamamilə əsassızdır və aşağıdakı göstərilən səbəblərə görə rədd edilməlidir. Belə ki, yaranmış borcu üzrlü səbəbdən, yəni maddi vəziyyəti ilə əlaqədar ödəyə bilmədiyi ücün onun barəsində pul məbləğin indeksasiyası müəyyən edilə bilməz. Tələbkar tərəfindən ərizə verilərkən nəzərə alınmamışdır ki, icra sənədinə əsasən ondan 140700 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədinin qaytarılması haqqında qərari” ilə icra sənədi Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İcra işinin materiallarından görünür ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixdə Göyçay rayon İcra şöbəsi tərəfindən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmiş, təqdimat əsasında cinayət işi başlanılaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, Bakı şəhəri Sabunçu rayon inzibati ərazisində yaşamasına dair arayış təqdim etdiyindən icra işi ərazi aidiyyəti üzrə Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, icra məmuru yaşadığı ünvan - ünvan 1ən ’’Qaraxan” MTK-nm İB saylı binanın 72 nömrəli mənzilində olmuş, həmin ünvanda tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamış və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Həmçinin, onun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olubolmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş, amma heç bir əmlak aşkar edilməmişdir. Habelə arvadı X2 adına da mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olubolmaması və təqaüd alıb-alınaması barədə aidiyyəti orqan və təşkilailara sorğular göndərilmiş və mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Onunla bağlı bütün zəruri icra tədbiliəri görülməsinə baxmayaraq icra sənədini icra etmək mümkün olmamış, barəsində verilmiş sorğulara baxmayaraq əmlakı və ya gəliri aşkar edilməmiş, inzibati və cinayət məsuliyyətinə cəlb edilsə də, icraatın başa çatdırılması üçün görülmüş tədbirlər nəticə verməmişdir. Bundan baqşa Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədinin qaytarılması haqqında qərar”ı ilə icra sənədi Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, tələb borclu tərəfindən könüllü icra müddətində icra edilmədiyindən “Elektron icra” sisteminə sorğu edilmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəliri aşkar edilməmişdir. O, şöbəyə dəvət edilərək izahatı alınmış, izahatında heç bir yerdə işləmədiyini, dövlətin adından qəbul edilmiş qərara hörmətlə yanaşdığını, imkan etdikcə tələbkara olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2665/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, icra işi icraatda olarkən onun və arvadı X2 adına daşınmaz əmlakın olub-olmaması məsələsi öz həllini tapmamış, elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsləhətçi vəzifəsində işləməklə 522.25 manat əmək haqqı alsa da bu barədə tədbir görülməmişdir. Qeyd olunan hallar bir daha araşdırılarkən onun və X2 adına daşınar və ya daşınmaz əmlak aşkar edilməmiş, eləcə də rəsmi iş yerinin olması “Elektron icra” sistemi ilə müəyyən olunmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, onun barəsində bundan başqa 2 dəfə inzibati ptotokol tərtib edilmişdir, 8 gün inzibati həbs edilmişdir. 2 övladı var, heçyerdə işləmir. Hal-hazırda işləyə bilmir, cünki məhkumluğu olduğu ücün işə götürmürlər. Belə olan halda ərizə təmin edilə bilməz və məhkəmə tərəfindən ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmədən Tələbkar ona qarşı pul məbləğinin indeksasiyası tələbinə ərizəsinin əsassız olduğuna görə təmin etməməklə rədd edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(046)-44/2024 nömrəli qərardadı ilə Tələbkar Borclu pul məbləğinin ideksasiyası tələbi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tələbkar nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(046)-44/2024 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(046)-44/2024 saylı qərardadı ilə, Tələbkar nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(107)- 25/2024 nömrəli qərardadı ilə ərizəçi (tələbkar) Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 8(046)-44//2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, Tələbkar Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)- 2665/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə qalıq pul məbləğin indeksasiyasının müəyyən edilməsinə dair ərizəsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Göyçay Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(046)-44/2024 saylı qərardadı ilə Tələbkar Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(107)-2665/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsində göstərilən borcdan 23000 manatının ödəmədiyi üçün 11 fevral 2020-ci il tarixdən başlayaraq 01 mart 2024-cü il tarixədək olan müddət üçün 134000 (yüz otuz dörd min) ABŞ dolları (227800 manat) pul məbləğinin indeksasiyasının müəyyən edilərək Borclu tutularaq ona ödənilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə təcrübəsində ümumi qəbul edilmiş qaydaya görə Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ilə tutulmalı olan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi məqsədilə malların və xidmətlərin istehlak qiymətlərinin indeksi barədə Statistika Komitəsinin rəsmi məlumatı əsas götürülür. Belə ki,istehlak qiymətlərinin indeksi ölkə ərazisində pul vahidi manatla olan inflyasiya proseslərini xarakterizə edən vacib göstəricidir. Qeyd olunan maddi və maddi və prosessual normalarının təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki,mülki prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş pul məbləğinin indeksasiyasının həyata keçirilməsi o hallara şamil edilir ki ödənilməli olan pul məbləği manatla ifadə edilsin. Belə ki, bu qaydanın tətbiqi bilavasitə məhz manatın alıcılıq qabiliyyətinin azaldılması ilə nəticələnən inflyasiya proseslərinə aid edilir. Bununla da tərəflər iradələrinə uyğun və öz maraqlarından çıxış edərək xarici valyutada olan müqavilənin predmeti barədə razılaşaraq manatla olan inflyasiya proseslərinə qabaqcadan kompensasiya hüquqlarını realizə edib, bu hüququn konkret realizə üsulunu seçmiş olmuşlar. Tərəflər arasında borc münasibətlərinin xarici valyutada yaranması mahiyyətcə borcverən üçün Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulmuş mexanizmlə müqayisədə manatla olan inflyasiyanın kompensasiyasının alternativ üsuludur. Belə ki, tərəflər borcun xarici valyutada olması barədə qabaqcadan razılaşaraq məhkəmə qətnaməsinin icra edilmədiyi müddət ərzində manatın məzənnə qiymətinin dəyişməsi (artması və ya azalması) riskini öz üzərinə götürmüşlər və belə olan halda məhkəmə hesab edir ki,manatın məzənnəsinin mümkün dəyişikliyi tərəflərin seçdiyi borcun valyutası ilə müqayisədə borcverənin əmlak itkilərinin kompensasiya hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin nəticə hissəsində 140700 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə alınması qeydinin göstərilməsi özü-özlüyündə kreditora qətnamənin icra olunmadığı müddət ərzində maliyyə itkilərinin ədalətli kompensasiya mexanizmini yaradır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 232.1, 232-ci maddələrinə, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 439.1, 439.2, 439.7,-ci maddələrinə, «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununun 1 ci maddəsinin 3- cü bəndinin «a» yarımbəndinə, 1 -ci maddəsinin 3-cü bəndinin «b» yarımbəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin istinad edilən qətnaməsində (həmçinin bu tipli bütün işlərdə) göstərilir ki, borc ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun ödənilməlidir. Onlar ona görə də ekspert qarşısında ABŞ dollarının Azərbaycan manatına nisbətən ödənişin, yəni həmin vaxt 227800 manatın indeksasiyası barədə rəy verilməsi üçün ekspertiza təyin olunması barədə vəsatət vermişlər. Lakin hakim onların vəsatətini təmin etməmişdir. Halbuki, birinci dəfə bu işə Göyçay rayon Məhkəməsində baxılarkən hakim (Hakim:Gülnaz Qurbanova) tərəfindən indeksasiyanın müəyyənləşdirilməsi üçün Dövlət Statistika Komitəsinə sorğu göndəilimş və rəsmi cavab alınmışdı. Dövlət Statistika Komitəsinin 02 aprel 2024-cü il tarixli3-34/22-25/04-1/2024 saylı məktubunda infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayında 2020-ci ilin fevral ayına nisbətən 134,1 % olmuşdur. Göyçay rayon Məhkəməsi prosesin əvvəlindən sonuna kimi borclunun (cavabdehin) mənafeyini müdafiə etmişdir. Məhkəmə faktlara deyil, öz subyektiv fikirlərinə istinad etmiş və sonda tərəflər arasındakı münasibətlərə uyğun olmayan bir qəradad qəbul etmişdir. Odur ki, Göyçay rayon Məhkəməsinin 8(046)44/2024 saylı, xx.xx.2024-cü il tarixli qəradadının ləğv edilməsi, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini, əks halda sənədlərin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 232.1-ci maddəsinə əsasən işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksiyasını həyata keçirə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 8(046)-44/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 8(046)-44/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi ilə bağlı qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsinə dair gəldiyi nəticəni mülki prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş pul məbləğinin indeksasiyasının həyata keçirilməsinin pul məbləğinin manatla ifadə edilən hallara şamil edilməsi, bu qaydanın tətbiqinin bilavasitə məhz manatın alıcılıq qabiliyyətinin azaldılması ilə nəticələnən inflyasiya proseslərinə aid edilməsi, tərəflər arasındakı borc münasibətlərinin xarici valyutada yaranmasının mahiyyətcə borcverən üçün Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulmuş mexanizmlə müqayisədə manatla olan inflyasiyanın kompensasiyasının alternativ üsulu olması, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin nəticə hissəsində 140700 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə alınması qeydinin göstərilməsinin özü-özlüyündə kreditora qətnamənin icra olunmadığı müddət ərzində maliyyə itkilərinin ədalətli kompensasiya mexanizmini yaratması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2665/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(046)1023/2019 nömrəli qətnaməsi dəyişdirilmiş, həmin qətnamə ilə cavabdeh Borclu alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş borcun miqdarı 140700 ABŞ dolları məbləğində müəyyən edilmiş, cavabdeh Borclu 140700 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə alınıb iddiaçı Tələbkar ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən göründüyü kimi həmin qətnamədə cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə borcun ABŞ dolları ilə deyil, 140700 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə alınıb verilməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, iqtisadi dayanıqlılığın nəticəsi olaraq məhkəmə qətnaməsinin qəbul edilib qanuni qüvvəyə mindiyi gündən ərizəçinin hazırkı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etdiyi günədək 1 ABŞ dolları təxmini 1,70 manat ekvivalentindədir. Məhkəmə qətnaməsi ilə pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi ilə, yəni Azərbaycan manatı ilə alınıb verilməli olması nəzərdə tutulmasına baxmayaraq, birinci instansiya məhkəməsi 01 iyul 2024-cü il tarixli qərardadı ilə ekspert qarşısında yalnız 134000 ABŞ dolları pul vəsaitinin 11 fevral 2020-ci il tarixdən başlayaraq 01 mart 2024-cü il tarixədək indeksasiyasının həyata keçirilməsi vəzifəsini qoymuşdur. Lakin həmin pul vəsaitinin ödənilmədiyi ötən dövlər ərzində onun Azərbaycan manatına olan məzənnəsi üzrə indeksasiyasının aparılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Şərh edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 8(046)-44/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 8(046)-44/2024 nömrəli qərardadı ləğv edilməli, Tələbkar Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə qalıq pul məbləğin indeksasiyasının müəyyən edilməsinə dair ərizəsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi (tələbkar) Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 8(046)-44/2024 nömrəli qərardadı ləğv edilsin. Tələbkar Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə qalıq pul məbləğin indeksasiyasının müəyyən edilməsinə dair ərizəsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar