Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-52/2020 10.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X5 iclas katibliyi, tələbkar X4, borclu Borclu2 iştirakı ilə Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 8(019)-30/2020 nömrəli qərаrdаdındаn X1 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Tələbkar X6 ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-915/2018 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi xahiş etmişdir. Tələbkar X6 ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Borclu2 və Borclu1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Qazma kəndində yerləşən, mərhum atası X9 oğluna məxsus 2009-cu ildə tikilmiş 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 273,20 kv/m olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-915/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, onun Balakən rayonu Qazma kəndində yerləşən, mərhum atası X3 məxsus 2009-cu ildə tikilmiş 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 273,20 kv/m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx xxxx 2019-cu il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsi onu aparıb oraya köçürmüş və akt tərtib edilmişdir. Sabahısı gün isə Borclu2 onunla dava edərək, onu oradan qovmuşdur. Bundan sonra dəfələrlə Balakən rayon İcra və Probasiya Şöbəsinə müraciət etsə də, icra şöbəsi onu ora köçürməmişdir. 2020-ci ilin fevralın 21-də Balakən rayon İcra və Probasiya Şöbəsiçoxlu müraciətlərindən sonra ona Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-915/2018 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə qərarını təqdim etmişdir. Hal-hazırda ailəsi ilə birlikdə yollarda qalmışdır. Borclu2 evi zəbt edərək, onun orada yaşamasına mane olur. Bununla da Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-915/2018 nömrəli icra sənədi icra olunmamışdır. Balakən rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarını ləğv edərək, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)- 915/2018 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 8(019)-30/2020 nömrəli (Z.Tahirov) qərardadına əsasən X4 Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-915/2018 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan X1 şikayət verərək, Balakən Rayon Məhkəməsinin 8(019)-30/2020 nömrəli, 04 may 2020-ci il tarixli qərardadının və Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Balakən Rayon Məhkəməsinin 2(019)-915/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X1 qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, o, ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək, Balakən Rayon Məhkəməsininxx xxxx 2018-ci il tarixli, 2(019)- 915/2018 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi xahiş etmişdir. Məhkəmənin 8(019)-30/2020 nömrəli, 04 may 2020-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)-30/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qərardadından narazıdır və ləğv edilməsini xahiş edir. O, cavabdehlər Borclu2 və Borclu1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Qazma kəndində yerləşən, mərhum atası X3 məxsus 2009-cu ildə tikilmiş 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 273,20 kv/m olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli, 2(019)-915/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, onun Balakən rayonu Qazma kəndində yerləşən, mərhum atası X3 məxsus 2009-cu ildə tikilmiş 2 mərtəbəli, 5 otaqlı,ümumi sahəsi 273,20 kv/m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx xxxx 2019-cu il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsi onu aparıb oraya köçürmüş və akt tərtib edilmişdir. Sabahısı gün isə Borclu2 onunla dava edərək, onu oradan qovmuşdur. Bundan sonra dəfələrlə Balakən rayon İcra və Probasiya Şöbəsinə müraciət etsə də, icra şöbəsi onu ora köçürməmişdir. 2020-ci ilin fevralın 21-də Balakən rayon İcra və Probasiya Şöbəsi çoxlu müraciətlərindən sonra ona Balakən Rayon Məhkəməsininxx xxxx 2018-ci il tarixli, 2(019)- 915/2018 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə qərarını təqdim etmişdir. Hal-hazırda ailəsi ilə birlikdə yollarda qalmışdır. Borclu2 evi zəbt edərək, onun orada yaşamasına mane olur. Bununla da Balakən RayonMəhkəməsininxx xxxx 2018-ciiltarixli, 2(019)-915/2018 nömrəli icra sənədi icra olunmamışdır. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X7 da öz ifadəsində sözügüdən qətnamənin hal-hazırda tam icra olunmadığını, onun tam icra olunması üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və bunun məhkəmənin səlahiyyətində olmasını, eyni zamanda həmin qərarın ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. Lakin həmin qətnamə hazırda icra edilməmişdir və bunun icra olunmasına cavabdehlər maneçilik törədirlər. Balakən Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 8(019)-30/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 şikayətini müdafiə edərək bildirmişdir ki, o icra sənədi əsasında ailəsi ilə birlikdə mübahisəli evə köçürülsə də, sonradan cavabdeh tərəf onları yenidən evə buraxmamışdır. Hazırda azyaşlı uşağı ilə birlikdə çöllərdə qalmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edərək, icra sənədinin təzələnməsi barədə yeni qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu2 izahat verərək bildirdi ki, iddiaçı ilə onun arasında Balakən Rayon Məhkəməsində hazırda başqa bir mübahisə vardır. Bundan əlavə iddiaçı özü həmin evdən çıxıb getmiş və ailəsi ilə birlikdə Bakı şəhərində yaşamışdır. Bununla belə məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Odur ki, tələbkarın həmin mübahisəli evə köçməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,Borclu1 və Balakən rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki,şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-915/2018 nömrəli qətnaməsindən və icra sənədindən görünür ki, iddiaçı X6 cavabdehlər Borclu2 və Borclu1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Qazma kəndində yerləşən, mərhum atası X3 məxsus 2009-cu ildə tikilmiş 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 273,20 kv/m olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia təmin edilmiş, X4 Balakən rayonu Qazma kəndində yerləşən, mərhum atası X3 məxsus 2009-cu ildə tikilmiş 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 273,20 kv/m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. xx xxxx 2019-cu il tarixdə Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-915/2018 nömrəli icra sənədinə əsasən X1 Balakən rayonu Qazma kəndində yerləşən X3 məxsus 2009-cu ildə tikilmiş 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 273,20 kv.metr olan fərdi yaşayış evinə göçürülmüş, bu barədə müvafiq akt tərtib edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-915/2018 nömrəli icra sənədinə xitam verilmişdir. Lakin məhkəmə qərarı icra olunduqdan sonra borclu (cavabdeh) tərəf tələbkara (iddiaçya) həmin evdə yaşamasına maneçilik törətdiyindən, sonuncu ərizə ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Məhkəmə iclasında Borclu2 aralarındakı məhkəmə mübahisəsi yekunlaşdırılanadək icra sənədinin yenidən icra olunmasına etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 23.1-ci maddəsinə görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: tələbkarın ərizəsi əsasında (maddə 23.1.1.), borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda (maddə 23.1.2), borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə (maddə 23.1.3), tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə (maddə 23.1.4), tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda (maddə 23.1.5). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci maddəsinə görə, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Həmin Qanunun 73.2-ci maddəsinə görə, borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Həmin Qanunun 73.3-cü maddəsinə görə, tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Həmin Qanunun 73.4-cü maddəsinə görə, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Həmin Qanunun 73.5-ci maddəsinə görə, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar, §40). Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli, Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 8(019)-30/2020 nömrəli qərаrdаdı tam, xx xxx 2020-ci il tarixli, 8(019)-30-2020 nömrəli qərardadı qismən- “Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 8(019)-30/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv edilməli, ərizə təmin edilməklə həmin icra sənədi yenidən icra olunması üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İcra sənədi üzrə X1 tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 8(019)-30/2020 nömrəli qərаrdаdı tam, xx xxx 2020-ci il tarixli, 8(019)-30-2020 nömrəli qərardadı qismən- “Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 8(019)-30/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv edilsin. X1 tərəfindən verilmiş ərizə təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-915/2018 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraat təzələnsin. İcra sənədi yenidən icra olunması üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-52/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-52/2020
10.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver