Məhkəmə qərarları › İş №8(107)-52/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-52/2021

13.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-52/2021 13.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X6 iclas katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsi haqqında 8(046)-18/2021 saylı 17 may 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-7812/2019 saylı 21 oktyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən 18 yanvar 2015-ci il tarixdə anadan olmuş X2 və 04 dekabr 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu 19 sentyabr 2019-cu il tarixdən başlayaraq, barışıq müddətində hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaq cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməlidir. Borclu icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəməkdən yayınaraq məhkəmə qərarı üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də borclunun icra sənədi üzrə tələbi təmin etməsi üçün onun ölkəni tərk etmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göyçay Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 8(046)-18/2021 nömrəli (hakim İ.Fəttahov) qərardadı ilə təqdimatın təmin edilməsi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7812/2019 saylı 21 oktyabr 2019-cu il tarixli sənədinə əsasən borclu Göyçay şəhəri Nizami küçəsi 239 saylı evdə qeydiyyatda olan, xx xxxxxxx 1985-ci il tarixdə anadan olmuş Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması, bu barədə Borclu, Tələbkar və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilməsi qərara alınmışdır. Borclu Göyçay Rayon Məhkəməsinin 8(046)-18/2021 saylı 17.05.2021-ci il tarixli qərardadından şikayət verərk ləğv edilməsini xahiş etmişdir. (şikayət ərizəsində mübahisəli qərardadın tarixi 23.05.2021-ci il tarixli göstərilmişdir). Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar ilə sonradan barışıb birgə yaşadığına görə uşaqlara aliment ödənişinə ehtiyac qalmamış və iddiaçı Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək “nikahın pozulması və aliment tələbinə dair” ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin alimentlə bağlı 2(011)-78/2019 saylı 21 oktyabr 2019-cu il tarixli qərarından sonra hər iki azyaşlı onun himayəsində olmuşdur. Həmin məhkəmənin 31 avqust 2020-ci il tarixli 2(011)- 4187/2020 saylı qətnaməsinə uyğun olaraq iddiaçı Tələbkar iki azyaşlı uşağın saxlanılması üçün müəyyən edilmiş 340 manat alimentin 30.07.2020-ci il tarixdən başlayaraq 31.05.2021-ci il tarixədək qismən, yəni 2355 manatını ödəyərək, ona cəmisi 1000 manat civarında aliment borcu qalmışdır. Buna görə də şikayətin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 8(046)-18/2021 saylı 17.05.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 8(046)-18/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan tərəflərə məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayət ərizəsini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, baxılması üçün birinci instansiya məhkəməsinə gındərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Göyçay Rayon Məhkəməsinin 8(046)-18/2021 saylı 17.05.2021-ci il tarixli qərardadından verilmiş şikayət Borclu adından tərtib olunsa da, həmin şikayət onun tərəfndən imza edilməmişdir. Belə ki, məhkəmə iclasına gəlmiş borclunun atası X5 Məhərrəmlinin xeyli müddətdir ki, Azərbaycan Respublikasında olmadığını və atası olduğu üçün şikayət ərizəsini özü yazıb, imzaladığını bildirmişdir (i/m səh. 42-ərizə) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 13.4-cü maddəsində müəyyən edilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 369-cu maddəsinin tələbləri analogiya üzrə qərardadlardan verilən şikayət ərizələrinə də şamil olunmalıdır. Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.; 397.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apelyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Göründüyü kimi işin bu halı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 8(046)-18/2021 saylı 17.05.2021-ci il tarixli qərardadından iş üzrə borclunun adından verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269 357, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Göyçay Rayon Məhkəməsinin 8(046)-18/2021 saylı, 17.05.2021-ci il tarixli qərardadından Borclu adından şikayət qeyri-mümkün hesab edilərək, qəbul olunmamış hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü və 395- 397-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (vəkil vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar