Məhkəmə qərarları › İş №8(107)-52/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-52/2022

31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-52/2022 31.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ ünvan 1ində qeydiyyatda olan Borclu və ünvan 1i ünvanda qeydiyyatda olan X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair mülki iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 8(016)-204/2022 nömrəli qərardadından LPO Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları Ağsu Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli, 2(016)-2135/2016 saylı məhkəmə əmrindən görünür ki, cavabdehlər Borclu və X1 müştərək qaydada məhkəmə əmrinin icra olunduğu günə manatın məzənnəsinə müvafiq olaraq 2077,75 ABŞ dolları məbləğində əsas, 373,42 ABŞ dolları məbləğində faiz borcu, 384,55 ABŞ dolları məbləğində cərimə, cəmi 2835,72 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu olan 20 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında 18 avqust 2016-cı il tarixli məhkəmə əmri ilə icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin (hakim T.İsmayılov) 03 avqust 2016-cı il tarixli, 2(016)- 2135/2016 saylı məhkəmə əmrinə əsasən, cavabdehlər Borclu və X1 müştərək qaydada məhkəmə əmrinin icra olunduğu günə manatın məzənnəsinə müvafiq olaraq 2077,75 ABŞ dolları məbləğində əsas, 373,42 ABŞ dolları məbləğində faiz borcu, 384,55 ABŞ dolları məbləğində cərimə, cəmi 2835,72 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu olan 20 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Fərid Nəsirov təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1ində qeydiyyatda olan Borclu və ünvan 1i ünvanda qeydiyyatda olan X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 18 avqust 2016-cı il tarixli qərarla icraata başlanılan Ağsu Rayon Məhkəməsi tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli, 2(016)- 2135/2016 saylı icra sənədinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada ümumilikdə 2835,72 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu olan 20 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. İş üzrə borclular Borclu və X4 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və borcun tələbkarların xeyrinə ödənilməsi tələb olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclular Borclu və X2 adına əmlakın olub- olmaması və pensiya alıb-almaması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatlara əsasən məlum olmuşdur ki, borclunun adına tələbin yönəldilə biləcək hər hansı bir əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. İcra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu X5 ölkə sərhədlərini tez-tez dəyişir. Ağsu Rayon Məhkəməsinin (hakim B.Qasımov) 11 avqust 2022-ci il tarixli 8(016)- 204/2022 nömrəli qərardadı ilə Ağsu rayon İcra və probasiya şöbəsinin borclular Borclu və X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı rədd edilmişdir. Qərardaddan narazı qalan LPO Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 8(016)-204/2022 nömrəli qərardadını ləğv edilməsini və xx.xx.2016-cı il tarixli 2(016)-2135/2016 saylı icra sənədi üzrə borclular Borclu və X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağsu rayon İcra və probasiya şöbəsinin təqdimatının təmin edilməsi xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 8(016)-204/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İcraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərarın və bildirişin borclular Borclu və X4 göndərilməsi iş materiallarına tikilsə də, həmin qərar və bildirişin borclulara və tələbkara göndərilməsini, onlara çatdırılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli, bundan sonra, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərini müəyyənləşdirməli, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamalıdır (Təlimatın 2.2.1, 2.2.2, 2.2.3-cü bəndləri). İcra məmurunun məhkəməyə təqdim etdiyi təqdimatda borclular Borclu və X2 adı, atasının adı, soyadı, yaşadığı ünvan, icra sənədinin icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər qeyd olunsada, borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün bildirişin və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsini təsdiq edən sənədin surətini təqdimata əlavə etməmişdir (Təlimatın 2.4-cü bəndi). Təlimatın 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra şöbəsinin rəhbəri tərəfindən baxılaraq, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlamalı (2.5.1), borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırmalı (2.5.2), bu təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlamalı (2.5.3), təqdimatla razılaşdıqda onu təsdiq etməli olduğu (2.5.4) halda, təqdimat icra qrupunun rəhbəri tərəfindən təsdiq olunmadan məhkəməyə verilmişdir. Məhkəmə hesab etmişdir ki, Ağsu rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Fərid Nəsirovun borclular Borclu və X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci, 2.3, 2.4-cü bərtdlərinin tələblərinə uyğun tərtib olunmadığından və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair əsaslar müəyyən olunmadığından Borclu və X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat rədd edilmədir. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(016)-2135/2016 saylı icra sənədinə əsasən borclular Borclu X1 2835,72 ABŞ dolları məbləğində vəsaitin tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icraatını təmin etmək məqsədilə Ağsu rayon İcra və probasiya şöbəsinin təqdimat verərək borclular Borclu və X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimatında göstərmişdir ki, borclular Borclu və X4 dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunaraq icra sənədi üzrə tələbin icra edilməsi tələb olunsa da borclu üzərinə düşən öhdəliyi icra etməmişdir. Həmçinin borclunun adına tələbin yönəldilə bilcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. İcra tələbləri nəticəsində məlum olmuşdur ki, borclu mütəmadi olaraq ölkə xaricinə səfərlər etməkdədir. Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 8(016)- 204/2022 nömrəli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilməmişdir. 2015-ci ildən hazırkı dövrədək borclular öhdəliyini icra etməmiş, həmçinin sözügedən məhkəmə iclasında belə iştirak etməmişdir. Hesab edirlər ki, icra şöbəsinin təqdimatı əsaslıdır və təmin edilməlidir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın: 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli, bundan sonra, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərini müəyyənləşdirməli, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub- olmamasını yoxlamalıdır (Təlimatın 2.2.1, 2.2.2, 2.2.3-cü bəndləri). 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra şöbəsinin rəhbəri tərəfindən baxılaraq, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlamalı (2.5.1), borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırmalı (2.5.2), bu təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlamalı (2.5.3), təqdimatla razılaşdıqda onu təsdiq etməli olduğu (2.5.4) halda, təqdimat icra qrupunun rəhbəri tərəfindən təsdiq olunmadan məhkəməyə verilmişdir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44.1. maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (bundan sonra – Beynəlxalq Pakt) 12-ci maddəsində göstərilmişdir:

1. Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var.

2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var.

3. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz.

4. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.

Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin:

398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 8(016)-204/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 8(016)- 204/2022 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 8(016)-204/2022 nömrəli qərardadı ləğv edilərək, 11 avqust 2022-ci il tarixli, 8(016)- 204/2022 nömrəli qərardadından verilmiş şikayətə yenidən baxılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, öyrənilən işin hallarından müəyyən edir ki, Ağsu Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli, 2(016)-2135/2016 saylı məhkəmə əmrinə əsasən, cavabdehlər Borclu və X1 müştərək qaydada məhkəmə əmrinin icra olunduğu günə manatın məzənnəsinə müvafiq olaraq 2077,75 ABŞ dolları məbləğində əsas, 373,42 ABŞ dolları məbləğində faiz borcu, 384,55 ABŞ dolları məbləğində cərimə, cəmi 2835,72 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu olan 20 manat alınaraq iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi əmr edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Fərid Nəsirov təqdimatla məhkəməyə müraciət edərək, Ağsu rayonu Ağarx kəndində qeydiyyatda olan Borclu və ünvan 1i ünvanda qeydiyyatda olan X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 8(016)-204/2022 nömrəli qərardadı ilə Ağsu rayon İcra və probasiya şöbəsinin borclular Borclu və X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı rədd edilmişdir. Qərardaddan narazı qalan LPO Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 8(016)-204/2022 nömrəli qərardadını ləğv edilməsini və xx.xx.2016-cı il tarixli 2(016)-2135/2016 saylı icra sənədi üzrə borclular Borclu və X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağsu rayon İcra və probasiya şöbəsinin təqdimatının təmin edilməsi xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 8(016)-204/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi təqdimatı rədd edərkən, mövqeyini onunla əsaslandırmışdır ki, icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərarın və bildirişin borclular Borclu və X4 göndərilməsi iş materiallarına tikilsə də, həmin qərar və bildirişin borclulara və tələbkara göndərilməsini, onlara çatdırılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən edilmişdir ki, mübahisələndirilən təqdimata baxılarkən birinci instansiya məhkəməsi tərəfindən icra işinin tədqiq edilməsi iş materiallarından görünmür. Belə ki, icra işinin materiallarına istinad olunsa da, təqdimata baxılarkən təqdimat vermiş icra məmuru iştirak etməmiş, icra işi tələb olunaraq baxış keçirilməmiş, borclunun əmlak vəziyyətinin yoxlanlması və icra məmurunun icra sənədi üzrə son hərəkətləri araşdırılmamışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokollarından da bu halların araşdırılmadığı öz təsdiqini tapır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.2.-ci bəndinə əsasən Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilərək, 11 avqust 2022-ci il tarixli, 8(016)-204/2022 nömrəli qərardadından verilmiş şikayətə yenidən baxılamsı üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə r a r a a l d ı:

LPO Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 8(016)-204/2022 nömrəli qərardadı ləğv edilsin, 11 avqust 2022-ci il tarixli, 8(016)-204/2022 nömrəli qərardadından verilmiş şikayət yenidən baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar