Məhkəmə qərarları › İş №8(107)-53/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-53/2022

01.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-53/2022 01.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Ələddin Məcidov Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin 8(016)-201/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Tələbkar şikayət ilə məhkəməyə müraciət edərək Ağsu rayon İcra Probasiya şöbəsinin 84451/2020-49-8 saylı, xx.xx.2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 8(016)-201/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərardadı Ağsu Rayon İcra və Probasiya Şöbəsinin 84451/2020-49-8 saylı, xx.xx.2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi haqqında Tələbkar tərəfindən verilmiş şikayətin rədd edilməsi qərara alınmışdır. Ağsu Rayon Məhkəməsinin 8(016)-201/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərardadından Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-247/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu birgə nikahlarından doğulmuş 18.05.201-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda hər uşa görə 100 manat olmaqla 200 manat sabit pul məbləğində aliment tələbkarın xeyrinə tutulmaıbdır. Qeyd olunan icra sənədi üzrə başlanılmış icraat üzrə ötən dövrdə borclu tərəfindən ümumilkdə 1.650 manat məbləğində aliment ödənilməsi təmin edilsə də, 3.350 manat məbləğində aliment borcu yaranmışdır. Buna görə də, aliment ödənilməsinin məcburi qaydada təmin edilməsi ilə bağlı Ağsu rayon icra və Probasoiya şöbəsinə müraciət etmiş və ona məlum olmuşdur ki, qeyd olunan icra sənədi üzrə icraata xitam verilmişdir. Baxmayaraq ki, aliment tələbləri üzrə məhkəmə qərarlarının icrasına “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilə bilməz. Ağsu Rayon Məhkəməsinin 8(016)-201/2022 saylı, 16 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmıdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 8(016)-201/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş yenidən araşdırılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki Ağsu Rayon Məhkəməsinin 2(016)- 247/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata Tələbkar ərizəsi əsasında Ağsu rayon İcra Probasiya şöbəsinin Məhkəməsinin 84451/2020-49-8 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmiş və o, həmin qərardan məlumatlı olmuşdur. Lakin tələbkar həmin qərardan 10 gün müddətində şikayət verməli olduğu halda, bunu etməmiş və qanunla müəyyən edilən prosessual müddəti ötürmüşdür. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yanlış mövqedən çıxış edərək, gəldiyi nəticə ilə səhvə yol vermişdir. İş materiallarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-247/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Borclu ilə Tələbkar qızı arasında nikah pozulmuş, X5 və X6 anaları Tələbkar yanında qalması, X2 və X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Babayev Famil İlqar oğlundan 03 iyun 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 manat məbləğində, sabit pul şəklində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağsu rayon İcra və Probasiya şöbəsinin 84451/2020-49-8 nömrəli, 01 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-247/2020 saylı, xx.xx.2020-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarından görünür ki, Tələbkar Ağsu rayon İcra və Probasiya şöbəsinə ərizə iə müraciət edərərk, Ağsu Rayon Məhkəməsinin 2(016)-247/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentdən imtina etdiyini və icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Ağsu rayon icra Probasiya şöbəsinin 84451/2020-49-8 saylı, xx.xx.2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, Tələbkar ərizəsinə əsasən Ağsu Rayon Məhkəməsinin 2(016)-247/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmiş, qərarda tərəflərə onu aldıqları gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət vermək hüquqlarının olması izah edilmişdir. Göründüyü kimi Tələbkar Ağsu Rayon Məhkəməsinin 2(016)-247/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə Ağsu Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işinin icraatına xitam verilməsini xahiş etmiş, Ağsu rayon icra Probasiya şöbəsi isə 84451/2020- 49-8 saylı, xx.xx.2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edərək, iş üzrə icraata xitam vermişdir. Lakin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 20-ci maddəsindən irəli gələn tələbləri nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 20-ci maadəsində icra sənədi üzrə icraata xitam verilmənin əsasları göstərilmişdir. Həmin maddənin 1.1- ci bəndində qeyd edilmişdir ki, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin maddənin 20.2-ci bəndinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə tələbkarın tələbdən imtinası ilə bağlı hər hansı yekun məhkəmə aktı mövcud deyildir. Lakin buna baxmayaraq Ağsu Rayon Məhkəməsinin 2(016)-247/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata Tələbkar ərizəsi əsasında Ağsu rayon İcra Probasiya şöbəsinin 84451/2020-49-8 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmiş, nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi isə işin bu halına diqqət yetirməmişdir. Belə olаn təqdirdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Onа görə də şikayət təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 8(016)-201/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş yenidən araşdırılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar tərəfindən verilmiş şikаyət təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 8(016)-201/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş yenidən araşdırılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar