Məhkəmə qərarları › İş №8(107)-54/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-54/2020

08.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-54/2020 08.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 2(039)-912/2014 saylı icra sənədi üzrə icra işinin icratına xitam verilməsinə dair Yevlax RİŞ-dən daxil olmuş təqdimatın təmin edilməməsi barədə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(039)-125/2019 nömrəli qərardadından borclu X3 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(039)-125/2019 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 2(039)-912/2014 saylı qətnaməsi ilə iddiaçı Tələbkar azyaşlı uşağı X4 ilə birlikdə cavabdeh Borclu2 Əbil oğlunun və X1 istifadəsində olan Yevlax rayonu, Xaldan kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Yevlax rayon İcra Şöbəsinin təqdimatı əsasında Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci li tarixli, 8(039)-28/2015 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 2(039)-912/2014 saylı icra sənədi üzrə icraatına xitam verilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci li tarixli, 8(039)-28/2015 saylı qərardadının ləğv edilməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 2(039)-912/2014 saylı icra sənədi üzrə icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(039)-28/2015 saylı Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci li tarixli, 8(039)-28/2015 saylı qərardadı ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında Tələbkar izah etmişdir ki, məhkəmə qətnaməsi ilə onun və övladının Borclu2 Əbil oğlunun və X1 istifadəsində olan Yevlax rayonu, Xaldan kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İcra məmurları qətnaməni icra etsələr də, Borclu2 Əbil oğlu və X3 evin həyətinə giriş olan dərvazanı bağlayaraq açarını ona vermirlər. Onun bütün əmlakları həmin evdə olsa da, o evə girə bilmir, evdə yaşaya bilmir. Cavabdehlər onu evə buraxmırlar. İcra məmuruna, Borclu2 Əbil oğluna və X2 birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İşdə olan məhkəmə iclasının katibi Ruslan Cəlilov tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan məlum olur ki, Borclu2 Əbil oğlu 055 999 51 44 nömrəli mobil telefonla 051 539-56-22 nömrəli mobil telefona zəng edərək bildirmişdir ki, Bakı şəhərində xəstəxanadadır. Dərvaza bağlıdır. Qətnamənin yenidən icra olunması üçün göndərilməsinə etiraz etməmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxx 2019-cu il tarixli, 8(039)-125/2019 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 2(039)-912/2014 saylı icra sənədi üzrə icra işinin icratına xitam verilməsinə dair Yevlax RİŞ-dən daxil olmuş təqdimat təmin edilməmiş, icra sənədlərinin təkrar icra olunması üçün Yevlax Rayon İcra və Probasiya Şöbəsinə qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan borclu X3 şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Borclu2 Əbil oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfatından əvvəl Yevlax rayonu, Xaldan kəndində fərdi yaşayış evini Əhliman adlı şəxsə satmış və Bakı şəhərinə köçmüşdür. Hazırda həmin ev Əhliman adlı şəxsin istifadəsində və sahibliyindədir. Onun artıq 5 ildir ki, həmin evlə bağlılığı yoxdur. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(039)- 912/2014 nömrəli icra sənədinin icrası mümkün deyildir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(039)- 125/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş edir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(039)-125/2019 nömrəli qərardadı ilə, borclu X1 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(039)- 125/2019 nömrəli qərardadından şikayəti təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə tərəflər lаzımi qаydаdа məlumаtlаndırılmışdır. “Azərbaycan Respublikasinda Koronavirus (covid-19) infeksiyasinin yayilmasi təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirləri ilə bağlı məsələlər, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın. Göstərilən səbəbdən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(039)-125/2019 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin xx xxxxxxxx 2014-cü il tarixli 2(039)-912/2014 saylı qətnaməsi yenidən icra olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli Aktdan məlum olur ki, qətnamə icra olunduqdan sonra cavabdehlər yenidən iddiaçıya həmin evə köçərək orada yaşamasına şərait yaratmamışlar. Belə ki, evin giriş dərvazasını açarla bağlayaraq, açarı özləri ilə aparmışlar. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilməməli və icra sənədi icrası üçün Yevlax Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Həmin Qanunun 73.5-ci maddəsinə əsasən Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, borclu X1 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(039)-125/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(039)-125/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu X1 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(039)-125/2019 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar