Məhkəmə qərarları › İş №8(107)-56/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-56/2021

26.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-56/2021 26.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(019)-35/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X2 rayon İcra və Probasiya Şöbəsinin icra işinin icraatına xitam verilməsinə dair 07 avqust 2020-ci il tarixli qərarından məhkəməyə şikayət verərək , Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X6 icra işinin icraatına xitam verilməsi haqqında 07.08.2020-ci il tarixli qərarının ləğv edilməsi və yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(019)-35/2021 saylı qərardadı ilə X1nun şikayəti təmin edilmiş, Balakən rayon İcra və Probasiya şöbəsinin 07.08.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi, Balakən Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(019)-205/2019 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Balakən Rayon Məhkəməsinin qərardadının əsassız hesab edir. Belə ki, Balakən Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(019)-205/2019 nömrəli icra sənədi tam icra edilmişdir. O, tələbkarın torpaq sahəsindən istifadə etmir. İstifadə etdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Torpaq sahəsinin yerində koordinatları tələbkara göstərilmişdir. Tələbkar mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsinin koordinatları qonşu torpaq sahəsinin üzərinə düşür. Tələbkar da Aqrar İslahat vaxtı özünə və ailə üzvlərinə göstərilmiş torpaq sahəsini tələb edir. Yerində tələbkara məxsus torpaq sahəsini ölçmə işləri aparılarkən tələbkarın tələb etdiyi torpaq sahəsindən onun istifadə etmədiyi öz təsdiqini tapmışdır. Tələb etdiyi torpaq sahəsi faktiki olaraq qonşu torpaq sahəsinin mülkiyyətçiləri tərəfindən istifadə edilir. İcra sənədi tam icra olunmuşdur. Odur ki, o, Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(019)-35/2021 saylı qərardadının ləğv edilməsini xahiş edir. Balakən Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 8(019)-35/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Borclu məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(019)-35/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, Balakən Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli 2(019)-205/2019 nömrəli icra sənədinə əsasən, X3 və onun ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayon Qazma kəndində yerləşən 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Borclu çıxarılmalı, iddiaçı X3 həmin torpaq sahəsinə mülkiyyət hüququ bərpa edilməlidir. Balakən rayon İcra və Probasiya şöbəsinin 01.04.2019-cu il tarixli qərarına əsasən Balakən Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli, 2(019)-205/2019 nömrəli icra sənədi üzrə icraat başlanmışdır. Borclunun iştirakı olmadan icra sənədi icra olunmuş və Balakən rayon İcra və Probasiya Şöbəsinin 07.08.2020-ci il tarixli qərarına əsasən, icra sənədinin tam icra olunması əsası ilə icra sənədi üzrə icraata xitam verilmişdir. X1 Balakən rayon İcra və Probasiya Şöbəsinin icra işinin icraatına xitam verilməsinə dair 07.08.2020-ci il tarixli qərarından məhkəməyə şikayət verərək , Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X6 icra işinin icraatına xitam verilməsi haqqında 07.08.2020-ci il tarixli qərarının ləğv edilməsi və yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 8(019)-35/2021 nömrəli qərardadına əsasən X1nun şikayəti təmin edilmiş, Balakən rayon İcra və Probasiya şöbəsinin 07.08.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi, Balakən Rayon Məhkəməsinin 19 fevral 2019- cu il tarixli 2(019)-205/2019 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hornşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, «Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhəkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il ) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayət əsassızdır. Belə ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin 07.08.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 nömrəli icra sənədinə icra sənədinin tam icra olunması əsası ilə xitam verilmişdir. Lakin, faktiki olaraq icra sənədi tam icra edilməmiş, X1nun özünün və ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayon Qazma kəndində yerləşən 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ bərpa edilməmişdir. Borclu şikayətinin məzmunundan da görünür ki, o mübahisəli torpaq sahəsindən hələ də istifadə edir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinəəsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(019)-35/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(019)-35/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(019)-35/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar