Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-57/2020 14.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Borclu - X5 Tələbkar- Tələbkar iştirakı ilə İcra məmurunun icraata başlamaq haqqında qərarının ləğv edilməsindən imtina barədə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-119/2020 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-1221/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun icraata başlanılması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ona rəsmi qaydada poçt zərfinə əsasən xx xxxx 2020-ci il tarixdə çatdırılmışdır. Həmin qərar 2 ay sonra, yəni xx xxx 2020-ci il tarixdə qanuni qüvvəyə mindiyi halda qanunsuz olaraq icraata başlamaq qərarı karantin dövründə, yəni xx xxx 2020-ci il tarixdə başlanmışdır . Bu isə onun konstitusion hüququmun pozulması deməkdir. O, məhkəmədə haqlı olaraq qarşılıqlı iddia qaldıraraq bildirmişdir ki, qarşı tərəf polis işçisi və ekspertlə əlaqəyə girərək ilk öncə onun avtomobilinə həqiqi ekspert rəyinə əsasən 1760 manat zərər vurulduğu halda, real vəziyyəti protokollaşdırmamış və ilk dəfə tərəf ondan 500 manat məbləğində ziyan tələb etdiyi halda bu, saxta protokol və ekspert rəyləri ilə şişirdilmişdir. Hazırda tələbkar qanunsuz olaraq şişirdirilərək 3 dəfə artırılmış 1300 manata yaxın məbləğ tələb edir. O, hazırda səhhəti ilə bağlı işləmədiyinə və yaşa görə təqaüdə düşmədiyinə görə imkansız kimi 190 manat alan vətəndaşlardan biridir. Ona görə şikayət vermək mümkün olmayan, lakin konstitusiya hüquqlarına zidd, qanunsuz və ədalətsiz olan xx xxxxxx 2020-ci il tarixli Şəki Apelyasiya Məhkəməsinin qərarının Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılıb ona hüquqi qiymət verənə kimi icra haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(054)-119/2020 saylı qərardadı ilə (hakim Pərviz Hacıyev) X2nun Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-1221/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun icraata başlanılması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə ərizəsi təmin edilməmişdir. X2 Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(054)-119/2020 saylı qərardadından şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(054)-119/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X2 şikayətin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(054)-119/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq borclu və Şəki rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(054)-119/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1221/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Tələbkar ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşı “dəymiş zərər və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Tələbkar qarşı «maddi ziyan» tələbinə dair qarşılıqlı iddia ərizələrinə baxılaraq ilk iddianın qismən təmin edilərək X4 maddi zərərin əvəzi olaraq 1180 (bir min bir yüz səksən) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1210 (bir min iki yüz on) manat alınaraq Tələbkar ödənilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, X5 Tələbkar qarşı “ona 1760 (bir min yeddi yüz altmış) manat məbləğində vurulmuş maddi zərərin Tələbkar tutularaq ona ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun X5 özünə aid edilməsi, 120 (bir yüz iyirmi) manat ekspertiza xərcinin X4 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qərara alınmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-654/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1221/2019 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılaraq cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1221/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamış, iş materialları xx xxxxx 2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinə qaytarılmış və dərhal icraya yönəldilmişdir. İşdə olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1221/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə X2na 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 13.1.1-ci maddəsinə əsasən bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində icraya yönəlməlidir. Göründüyü kimi «İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1.1-ci maddəsində məhkəmə qərarlarının icraya yönəldilməsi, 7-ci maddəsində isə icra məmuru tərəfindən qəbul edilərək icraata başlanılmalı olması barədə birbaşa göstəriş vardır. İcra məmuru da bu göstərişi əsas götürərək Şəki Rayon Məhkəməsinin 2(075)-1221/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surətini tərəflərə göndərmişdir. Göründüyü kimi, icra məmurunun qeyd edilən qərarın qəbul edilməsi ilə əlaqədar hərəkəti qanunun tələbinə uyğundur. Buna görə də Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 xx xxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-119/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-119/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-57/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-57/2020
14.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver