Məhkəmə qərarları › İş №8(107)-57/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-57/2021

26.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-57/2021 26.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Tələbkar və Borclu iştirakları ilə, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2229/2019 №li, 29.10.2019-cu il tarixli icra sənədi üzrə tələbkarın mənzilə köçürülməsini təmin etmək üçün Borclu icra hərəkətlərinin həyata keçirildiyi yerə məcburi gətirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 8(051)-99/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin geri qaytarılmasına dair Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(051)- 99/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X2 Borclu icra sənədinin icra yerinə məcburi gətirməsi haqqında təqdimatla məhkəməyə müraciət etmiş, Mingəçevir şəhər məhkəməsinin 19.05.2021-ci il tarixli, 8(051)-99/2021 №li qərardadı ilə təqdimat təmin olunmuşdur. Qəribov X1 şəhər məhkəməsinin 19.05.2021-ci il tarixli, 8(051)-99/2021 №li qərardadı ilə razılaşmayaraq 01.06.2021-ci ildə şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(051)-99/2021 nömrəli qərardadı ilə Mingəçevir şəhər məhkəməsinin 19.05.2021-ci il tarixli, 8(051)-99/2021 №li qərardadından Borclu verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayəti 16 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(051)-99/2021 nömrəli qərardadı ilə Borclu Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(051)- 99/2021 nömrəli qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(051)-99/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci istansiya məhkəməsi Mingəçevir şəhər məhkəməsinin 19.05.2021-ci il tarixli, 8(051)-99/2021 №li qərardadından Borclu verdiyi şikayətin geri qaytarılması barədə qərardadını qəbul edərkən qərarını Azərbaycan Respublikası MPM-nin 268.1 və 168.2-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Birinci istansiya məhkəməsi qeyd etmişdir ki, şikayət verən Borclu iş üzrə məhkəmə iclasında iştirak etmiş və qərardad onun yanında elan edilmişdir. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(051)-99/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(051)-99/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar