Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-59/2020 16.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x8 iştirakı ilə, Tələbkar İsayeva (Feyzullayeva) Günay Seyfullah qızının Qax Rayon İcra və Probasiya şöbəsinin “İcraata xitam verilməsi” haqqında qərarının ləğvi barədə Qax Rayon Məhkəməsinin 22 may 2020-ci il tаrixli8(024)-52/2020 nömrəli qərardadından tələbkar İsayeva (Feyzullayeva) Günay Seyfullah qızının nümayəndəsi x4 tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar İsayeva (Feyzullayeva) Günay Seyfullah qızının etibarnamə üzrə nümayəndəsi, eyni zamanda atası x1 Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu x5 17 aprel 2020-ci il tarixli «İcraata xitam verilməsi haqqında” qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Tələbkarİsayeva (Feyzullayeva) Günay Seyfullah qızının nümayəndəsi x4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o və qızı Günay İsayeva (Feyzullayeva) 03 may 2020-ci il tarixdə Qax Rayon Polis şöbəsinin əməkdaşı Eldəniz Hüseynov tərəfindən polis şöbəsinə dəvət edilmiş, orada onlarla hələ 2015-ci ilin may ayında Qax Rayon Məhkəməsinin qətnamələri üzərində həm aliment, həm də əmlak-pul öhdəlikləri qoyulmuş, lakin öhdəliklərinin icrasından qərəzli şəkildə boyun qaçıraraq ölkədən qaçıb getmiş, Borclu ölkədən getməyə qoyulmuş qadağanın aradan qaldırılması barədə şifahi söhbət aparılmışdır. Ertəsi gün 04 may 2020-ci il tarixdə onlar yenə polis əməkdaşı Eldəniz Hüseynov tərəfindən bu dəfə Qax Rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş, orada onlarla şöbənin rəisi Şahin Əsgərov arasında eyni məzmunlu söhbət aparılmışdır. 13 aprel 2020-ci il tarixdə özünü Borclu vəkili kimi təqdim edən Tahir Şamxalov onların evinə gəlmiş, Borclu Rusiya Federasiyasında yaşayan qardaşı Rəhman Hüseynov ilə aralarında olan şifahi razılaşmaya əsasən ona göndərdiyi 10000 (on min) manat məbləğində pulu təqdim etmək istədiyini bildirmişdir. Bunun üçün isə guya prosedur qaydalarına riayət olunması üçün qızı Günaya özü diktə etməklə Qax rayon İcra və Probasiya şöbəsinin ünvanına ərizə yazdırmış, yəni icra şöbəsinin funksiyasını yerinə yetirmiş, bu zaman həmin 10000 (on min) manat məbləğinin 7%-nin icra xərcləri kimi tutulduğunu bildirərək onlara 9500 (doqquz min beş yüz) manat pul vermiş, 500 (beş yüz) manatını isə saxlamışdır. Bundan sonra 28 aprel 2020-ci il tarixdə Qax rayon İcra və Probasiya şöbəsinin hələ 2015-ci il tarixli 168478/2015-41-1 №-li məktubunu və 17 aprel 2020-ci il tarixli qərarını almışlar. Qərarı alana qədər icra və probasiya şöbəsinə çağırılmamış, orada tələbin tam icrası haqqında akt tərtib edilməmiş, ya da onlar birbaşa və ya poçt vasitəsi ilə Qax rayon İcra və Probasiya şöbəsinə hər hansı bir müraciət etməmişlər. Həmin qərarda icra ödənişinin ödənilməsi ilə bağlı hər hansı qeyd də yoxdur. 04 may 2020-ci il tarixdə icra və probasiya şöbəsinə çağırılanda icra ödənişi ilə bağlı qəbzin verilməsi üçün dəvət olunduqlarını düşünmüşlər. Lakin onlara icra ödənişi ilə bağlı hər hansı sənəd verilməmiş, Borclu ölkədən getmək və ölkəyə gəlmək üçün qoyulmuş qadağanın götürülməsi barədə onlara hər hansı bir məlumat və ya sənəd verilməmişdir. İcra və Probasiya şöbəsinin qərarında göstərilir ki, Borclu 19950 (on doqquz min doqquz yüz əlli) manat pul alınıb tələbkar x7 verilməlidir. Digər tərəfdən həmin ödənilmiş məbləği icra məmuru görməmiş, yaxud borcun tam ödənilməsi barədə icra və probasiya şöbəsinə ərizədən başqa nəsə sənəd-ödəniş qəbzi təqdim etməmişdir. Daha sonra qərarda göstərilir ki, qızı Günay İsayeva icra sənədi üzrə borcunu tam olaraq ödənildiyini bildirmiş, icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Qərarda bu göstərilsə də, həqiqəti əks etdirmir. Həm də qərarda “tam”ın nədən və hansı məbləğdən ibarət olması göstərilmir. Məhkəmə və icra şöbəsinin sənədlərində pul məbləğləri tam və ya qismən kimi ümumi ifadələrlə yox, dəqiq-həm rəqəmlərlə ədədlə, həm də mötərizədə hərflərlə-yazı ilə ifadə olunmalıdır. Ödənilmiş məbləğ dəqiq, rəqəmlə ifadə olunmalı idi. Qax Rayon Məhkəməsinin qətnaməsi x9-Peterburq şəhər məhkəməsinin qərardadları ilə tanınmış və icraya yönəldilmişdir. Onların razılıqları olmadan Rusiyadakı icraat, eləcə də, Qax rayon icra və probasiya şöbəsindəki icraata xitam verilə bilməz. İcra şöbəsində də onlar əmlak borcuna görə Borclu ölkəyə gediş-gəlişinə qoyulmuş qadağanın onların razılığı olmadan götürülməməsini xahiş etmişlər. Göstərdiklərinə əsasən, Qax rayon İcra və probasiya şöbəsinin 17 aprel 2020-ci il tarixli «İcraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən tələbkar x6 nümayəndəsi x4 izahat verərək Qax rayon İcra və probasiya şöbəsinin 17.04.2020-ci il tarixli «İcraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Qax rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu x10 izahat verərək bildirmişdir ki, Borclu birgə nikah dövründə əldə olunmuş bir milyon doqquz yüz min rus rublunun Azərbaycan manatına ekvivalentində dəyəri 39 900(otuz doqquz min doqquz) manat məbləğin yarı dəyəri olan 19950 (on doqquz min doqquz yüz əlli) manat pul alınıb iddiaçı x7 verilməsi barədə Qax Rayon Məhkəməsinin 2(024)-188/2015 saylı iş üzrə 22 may 2015-ci il tarixli icra vərəqəsi Qax rayon icra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək Borclu 10 gün müddətinə icranı könüllü təmin etməsi, əks təqdirdə onun barəsində məcburi icra tədbirlərinin görülməsi və s. qərara alınmış və həmin qərar tərəflərə göndərilmişdir. Günay İsayeva 13.04.2020-ci il tarixdə Qax rayon icra və Probasiya şöbəsinə poçt vasitəsi ilə ərizə ilə müraciət edərək Borclu 19950 (on doqquz min doqquz yüz əlli) manat borcunu tam şəkildə aldığını göstərərək icra işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Onun ərizəsi nəzərə alınaraq 17.04.2020-ci il tarixli «İcraata xitam verilməsi haqqında” qərar qəbul edilərək icra vərəqəsinin icrasına xitam verilmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Qax Rayon Məhkəməsinin 22 may 2020-ci il tаrixli 8(024)-52/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan iş üzrə tələbkar İsayeva (Feyzullayeva) Günay Seyfullah qızının nümayəndəsi, eyni zamanda atası x4 şikayət vermişdir. Qax Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tаrixli 8(024)-52/2020 nömrəli qərardadı ilə tələbkar İsayeva (Feyzullayeva) Günay Seyfullah qızının nümayəndəsi x2 şikayəti təmin edilməmiş vəonunşikayətiişlə birlikdə baxılmasıüçünŞəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 22.05.2020-ci il tarixli 8(024)-52/2020 saylı qərardadı şikayətçi kimi özünün göstərdiyi xüsusatların heç biri araşdırılmadan, Borclu vəkili kimi özünü təqdim edən x13 dindirilmədən, məhkəmə baxışının prinsipləri kobud surətdə pozulmaqla ancaq birtərəfli-qarşı tərəfin xeyrinə çıxarıldığına görə ləğv edilməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin 22.05.2020-ci il tarixli 8(024)-52/2020 saylı qərardadının və İcra Şöbəsinin sözügedən qərarının ləğv edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar İsayeva (Feyzullayeva) Günay Seyfullah qızı, nümayəndəsi x4 və Borclu məhkəmə iclasına gəlməmiş, Qax Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin 22 may 2020-ci il tаrixli 8(024)-52/2020 nömrəli və onun əsasında qəbul edilmiş 19 iyun 2020-ci il tаrixli 8(024)-52/2020 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Qax Rayon Məhkəməsinin 2-(024)-188/2015 saylı 22 may 2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, həmin icra sənədinə əsasən Borclu birgə nikah dövründə əldə olunmuş bir milyon doqquz yüz min rus rublunun Azərbaycan manatına ekvivalentində dəyəri 39900 (otuz doqquz min doqquz) manat məbləğin yarı dəyəri olan 19950 (on doqquz min doqquz yüz əlli) manat pul alınıb iddiaçı x7 verilməlidir. İcra sənədinin icraatına xitam verilməsinə dair 13.04.2020-ci il tarixli ərizənin surətindən görünür ki, həmin ərizədə x3 Rayon Məhkəməsinin 2(024)-188/2015 saylı 22 may 2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu alınaraq ona verilməli olan 19950 (on doqquz min doqquz yüz əlli) manat məbləğində pulu 13.04.2020-ci il tarixdə tam şəkildə aldığını, ona görə də, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacağını, Borclu heç bir şikayət və tələbinin olmadığını, göstərərək həmin icra işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qax Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu x5 17.04.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, tələbkar x11 icra və probasiya şöbəsinə 15.04.2020-ci il tarixdə ərizə ilə müraciət edərək icra sənədi üzrə borcun tam olaraq ödənildiyini bildirmiş və icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. İşin gerçək hallarından görünür ki, Qax Rayon Məhkəməsinin 2-(024)-188/2015 il saylı 22 may 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu birgə nikah dövründə əldə olunmuş bir milyon doqquz yüz min rus rublunun Azərbaycan manatına ekvivalentində dəyəri olan 39900 (otuz doqquz min doqquz yüz) manat məbləğin yarı dəyəri olan 19950 (on doqquz min doqquz yüz əlli) manat pulun alınıb iddiaçı x7 verilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldikdən sonra tələbkar x6 icra sənədinin icraatına xitam verilməsi barədə 13 aprel 2020-ci il tarixli poçt vasitəsi ilə göndərdiyi ərizəsinə əsasən Qax Rayon İcra və Probasiya Şöbəsinin 17.04.2019-cu il tarixli «İcraata xitam verilməsi haqqında” qərarı ilə icra sənədinin icraatına xitam verilmişdir. Günay İsayevanın (Feyzullayevanın) etibarnamə üzrə nümayəndəsi Seyfullah Feyzullayev şikayətində Günayın diktə ilə ərizə yazdığını, vəkil tərəfindən ona əslində 9500 manat verildiyini göstərsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-cü maddəsinə görə, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-cü maddəsinə görə, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə görə, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8-ci maddəsinə görə, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Birinci instansiya məhkəməsi haqlı olaraq tələbkar İsayeva (Feyzullayeva) Günay Seyfullah qızının Qax Rayon İcra və Probasiya Şöbəsinin 17.04.2020-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarından verdiyi şikayəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Tələbkar İsayeva (Feyzullayeva) Günay Seyfullah qızı da məhz icra məmurunun qərarından şikayət vermişdir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi, sözügedən icra vərəqəsi Qax Rayon Məhkəməsi tərəfindən Qax Rayon İcra və Probasiya Şöbəsinə verilmiş və ona nəzarəti həmin məhkəmə həyata keçirir. Həmin şikayət icra məmurunun hərəkət və hərəkətsizliyindən verilməmişdir. İcra məmurunun qəbul etdiyi qərar isə inzibati akt deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələbkar İsayeva (Feyzullayeva) Günay Seyfullah qızının icra məmurunun «İcraata xitam verilməsi haqqında” qərarından verdiyi şikayətə baxmaqla qanun pozuntusuna yol verməmişdir. Azərbаycаn Respublikаsı MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin 22 may 2020-ci il tаrixli 8(024)-52/2020 nömrəli və onun əsasında qəbul edilmiş 19 iyun 2020-ci il tаrixli 8(024)-52/2020 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə r а r а а l d ı : Qax Rayon Məhkəməsinin 22 may 2020-ci il tаrixli 8(024)-52/2020 nömrəli və onun əsasında qəbul edilmiş 19 iyun 2020-ci il tаrixli 8(024)-52/2020 qərardadı dəyişdirilmədən saxlanılsın. Tələbkar İsayeva (Feyzullayeva) Günay Seyfullah qızının nümayəndəsi x2şikаyəti təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-59/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-59/2020
16.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver