Məhkəmə qərarları › İş №8(107)-59/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-59/2021

29.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-59/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Borclu iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-cı il tаrixli, 8(051)-103/2021 sаylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X13 ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 20 Yanvar küçəsi 166 saylı evin 52 saylı mənzilinin miras əmlak kimi onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-33/2016 saylı, 16 avqust 2016-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, “X7 Borclu və X14 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası qət edilmiş, Əliyev X31, X16, onların azyaşlı uşaqları X27 və X4 Vyaçesalav Hüseynoviçin mülkiyyətində olan Mingəçevir şəhərinin V.Hüseynov küçəsindəki 13/62 saylı evin 10 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması, X8 hüquqi varisləri X9, X10, və X1 şəhərinin V.Hüseynov küəsindəki 13/62 saylı 10 saylı mənzilinə köçürülmələri və mənzildən ümumi əsaslarla istifadə hüquqlarının müəyyən olunması, Borclu X5rşı iddiası qismən təmin olunmuş, X8 hüquqi varisləri X9, X10, və X3 10059 manat məbləğdə pul alınıb Borclu verilməsi, X8 hüquqi varisləri X9, X10, və X3 10059 manat məbləğdə pul alınıb Borclu verilməsi və Borclu, X20, X27və X2 şəhərinin V.Hüseynov küçəsindəki 13/62 saylı evin 10 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılması eyni vaxtda icra edilməsi qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-33/2016 saylı, 16 avqust 2016-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X23 şəhər Məhkəməsinin 2(051)-33/2016 saylı, 16 avqust 2016-cı il tarixli qətnaməsinin izah edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-cı il tаrixli, 8(051)-103/2021 sаylı qərardadı ilə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-33/2016 saylı, 16 avqust 2016-ci il tarixli qətnaməsinin qət etdi hissəsinə şağıdakı məzmunda izah verilmişdir: X8 hüquqi varisləri X9, X10, və X1 şəhərinin V.Hüseynov küəsindəki 13/62 saylı 10 saylı mənzilinə köçürülmələri və mənzildən ümumi əsaslarla istifadə hüquqlarının müəyyən olunsun. Borclu həmin qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, sözügedən qərardad qanunsuz və əsassızdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-103/2021 sаylı qərardadı məhkəmə tərəfindən rəsmi qaydada ona təqdim edilməmişdir. Həmin qərardadın surətini 15 iyun 2021-ci il tarixdə İcra və Probasiya Şöbəsindən götürmüşdür. Bundan əlavə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-33/2016 saylı qətnaməsində sözügedən mənzilə çəkdiyi təmir xərci tələbkarlar tərəfindən ona ödənilməsi ilə eyni vaxtda mənzilə köçürülməlidirlər. Lakin, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-103/2021 il tarixli qərardadında bunlar nəzərə alınmamışdır. Odur ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-cı il tаrixli, 8(051)-103/2021 sаylı qərardadının ləğv edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-33(2016) saylı qətnaməsində göstərildiyi kimi, yəni tələbkarların mənzilə köçürülmələri, mənzilə çəkdiyi xərcin ödənilməsi ilə eyni vaxtda icra olunması ilə bağlı qərardad qəbul edilməsini xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-cı il tаrixli, 8(051)-103/2021 sаylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu məhkəmə kollegiyasının iclasında iştirak edərək Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-cı il tаrixli, 8(051)-103/2021 sаylı qərardadının ləğv edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-33(2016) saylı qətnaməsində göstərildiyi kimi, yəni tələbkarların mənzilə köçürülmələri, mənzilə çəkdiyi xərcin ödənilməsi ilə eyni vaxtda icra olunması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Eynur Babayev məhkəmə kollegiyasına məktub ünvanlayaraq, nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, şikayətə onun iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-cı il tаrixli, 8(051)-103/2021 sаylı qərardadı ləğv edilməli, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Samir Əsgərovun ərizəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-33/2016 saylı, 16 avqust 2016-ci il tarixli qətnaməsində, icra məmurunun X8 hüquqi varisləri X9, X10, və X1 şəhərinin V.Hüseynov küəsindəki 13/62 saylı 10 saylı mənzilinə köşürülmələri və mənzildən ümumi əsaslarla istifadə hüquqlarının müəyyən olunması və qətnamədə göstərilən formada izah olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-33/2016 saylı, 16 avqust 2016-ci il tarixli qətnaməsi ilə X8 hüquqi varisləri X9, X10, və X3 10059 manat məbləğdə pul alınıb Borclu verilməsi və Borclu, X20, X27və X2 şəhərinin V.Hüseynov küçəsindəki 13/62 saylı evin 10 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılması eyni vaxtda icra edilməsi qət edilmişdir. Göründüyü kimi qətnamədə anlaşılmaz və qeyri-müəyyən hallar müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-33/2016 saylı, 16 avqust 2016-ci il tarixli qətnaməsinin izah edilməsi barədə ərizənin təmin edilməsi həmin qətnamənin məzmununun dəyişdirilməsi ilə nəticələnər ki, bu da Azərbaycan Respublikası MPM-nin 230-cu maddəsinin tələblərinə ziddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-cı il tаrixli, 8(051)-103/2021 sаylı qərardadı ləğv edilməli, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Samir Əsgərovun ərizəsi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 230-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-cı il tаrixli, 8(051)-103/2021 sаylı qərardadı ləğv edilsin. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Samir Əsgərovun ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar