Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-6/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və Tələbkar ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatının təmin edilməsi barədə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(046)-91/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(046)-91/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-100/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu Tələbkar ASCnin xeyrinə 13086.94 ABŞ dolları və cəmi 46046.14 manat məbləğində pul və 20 manat dövlət rüsumu ödənilməlidir. Borclu icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəməkdən yayınaraq məhkəmə qərarı üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən icra etməmişdir. Həmçinin borclunun icra sənədi üzrə tələbi təmin etməsi üçün onun ölkəni tərk etmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Borclu məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Tələbkar ASCnə borclu olduğu krediti bağlamış, yalnız bir kredit müqaviləsi üzrə 1598 ABŞ dolları əsas borc və ona hesablanmış 1700 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Bu krediti ödəyə bilməməyinin səbəbi isə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixində verdiyi fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmandan irəli gəlir. Həmin fərmanla xarici valyuta ilə kredit öhdəlikləri olan şəxslərin kredit üzrə hesablanmış faiz borcunun güzəşt olunması əsas borcun isə Mərkəzi bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Öhdəlikləri üzrə kredit reyestrindən aldığı rəsmi məlumatda da görünür ki tələbkar fərmana uyğun olaraq faiz borcu silməsini hələ ki təmin etməmişdir. Qalıq borcu üzrə ödəniş edəcəyi təqdirdə ödənilən məbləğin faiz borcundan silinəcəyini nəzərə alaraq hazirda tərəfindən ödəniş aparılması qeyd olunan səbəbdən müvəqqəti dayandırılmışdır. İcra sənədi üzrə borcun tələb olunması ilə bağlı bu günədək mənə qanunla nəzərdə tutulmuş qayda nə könüllü icra haqqında bildiriş təqdim olunmamış və nədə ki digər prosessual hərəkətlər həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Borclu keçən müddət ərzində banka olan borcunu ödəməmişdir. Buna görə də təqdimatın təmin edilməsini xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Göyçay rayon İcra və Probasiya Şöbəsinə və borcluya məlumat verilmiş, lakin icra məmuru və borclu birinci instansiya məhkəməsinin baxışında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi icra məmurunun və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxx 2020-ci il tarixli, 8(046)-91/2020 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-100/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən icraatında olan icra işi üzrə borclu ünvan 1 saylı ünvanda qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması, bu barədə Borclu, Tələbkar ASC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermiş, şikayəti əsaslandıraraq göstərmişdir ki, Tələbkar ASC-yə olan borcunu tam ödəmişdir. Sözügedən borc üzrə kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsiri altına düşmüş, kredit kompensasiya edilməsinə baxmayaraq bank borcu silməmiş və mərkəzi reyestr xidmətində düzəliş etməmişdir. Hesab edir ki, onun Azərbaycan Respublikasını tərk etmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması anlaşılan deyildir. Ona görə də şikayətin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 8(046)-91/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(046)-91/2020 nömrəli qərardadı ilə, Borclu Göyçay Rayon Məhkəməsinin 8(046)-91/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimatın təmin edilməməsi barədə şikayəti təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün mülki işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar ASC-nin nümayəndəsi X4 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(046)-91/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Göyçay rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və Borclu lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(046)-91/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, icra işi üzrə Borclu Tələbkar ASC-yə borcunu ödəməmişdir. Eyni zamanda Borclu etiraz ərizəsində icra sənədində nəzərdə tutulan kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanın təsiri altına düşdüyü ilə əlaqədar göstərdiyi xüsusatlara dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(046)-91/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(046)-91/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(046)-91/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-6/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-6/2021
10.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver