Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-6/2022 23.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Qax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 8(024)-146/2021 nömrəli qərardadından tələbkar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin Qax rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyev 16.11.2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından şikayət verərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin X3 barəsində tərtib olunmuş 19.05.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vemə haqqında Qərarı üzrə Qax rayon İcra və probasiya şöbəsinin 2021-ci il 16 noyabr tarixdə qəbul etdiyi “İcra sənədinin qaytarılması haqqında” qərarının ləğv olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 8(024)-146/2021 nömrəli qərardadı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin Qax rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayevin 16.11.2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Tələbkar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 8(024)-146/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli 8(024)- 146/2021 saylı qərardadı ləğv edilmədən və dəyişdirilmədən saxlanılmış, tələbkar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin Qax Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli 8(024)-146/2021 saylı qərardadından verdiyi şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X5 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 8(024)- 146/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən həmin Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən-fiziki şəxslər barədə-onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmin Məcəllənin 150.13.-cü maddəsinə əsasən isə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Qax rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyevin birinci instansiya məhkəməsinin iclasındakı izahatı, iş materialları və işin faktiki halları ilə müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan hüquq normalarında qeyd olunan hərəkətlər-hansı ki, inzibati tənbeh vermə haqqında qərar icraya yönələnədək onu qəbul etmiş şəxs tərəfindən həyata keçirildikdən sonra icraya yönəldilməli idi-həmin hərəkətlər həyata keçirilmədən qərar qanunvericiliyin tələbləri pozulmaqla icraya yönəldilərək Qax rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İmperativ xarakter daşıyan İXM-nin 150.5-ci maddəsinin tələbindən də göründüyü kimi, həmin Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti cərimənin ödənilməsi məqsədi ilə inzibati tənbeh tətbiq etmə haqqında qərarı fiziki şəxs X1 əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərməli idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti yuxarıda qeyd olunan hərəkətləri etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Qax Rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayevin 16.11.2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda (maddə 23.1.5). Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 8(024)-146/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 8(024)-146/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Tələbkar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 8(024)-146/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-6/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-6/2022
23.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver