Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-61/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X5 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Qax Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 8(024)-33/2025 saylı “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Qax Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(024)-423/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Borclu xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment və Emil Xosiyev 3 yaşma çatanadək əlavə 50 (əlli) manat aliment alınaraq iddiaçı Tələbkar verilməsi, alimentin tutulması xx.xx.2019-cu il tarixdən hesablanması, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi, cavabdeh Borclu 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Ərizəçi Tələbkar “alimentin məbləğinin indeksasiyasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, Qax Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(024)-423/2019 saylı qətnaməsi ilə cavabdeh Borclu 08 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması uçün hər ay sabit pul məbləğində ödəməli olduğu 100 (bir yüz) manat alimentin 2019-cu ilin iyul ayı üzrə müəyyən edilmiş 180 manat məbləğində minimum əmək haqqının 0.555 mislini təşkil etdiyini nəzərə alaraq, tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.555 misli həddində indeksasiya olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 8(024)-33/2025 saylı qərardadı ilə Tələbkar Qax rayon məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(024)-423/2019 saylı qətnaməsi ilə Borclu 08 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması uçün hər ay sabit pul məbləğində ödəməli olduğu 100 (bir yüz) manat alimentin 2019-cu ilin iyul ayı üzrə müəyyən edilmiş 180 manat məbləğində minimum əmək haqqının 0.555 mislini təşkil etdiyini nəzərə alaraq, tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.555 misli həddində indeksasiya olunmasına dair qərardad qəbul edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə görə ərizənin forma və məzmununa riayət edilmədiyinə görə geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Tələbkar apellyasiya şikayəti vermişdir. Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) 14 may 2025-ci il tarixli, 8(024)-33/2025 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan Tələbkar apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından müəyyən olunmuşdur ki, hazırkı şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı Əlavəyə uyğun tərtib edilməli olduğu halda, 2 saylı Əlavənin tələblərinə cavab vermir. Halbuki, tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı Əlavəyə uyğun tərtib edilmişdir. Daha sonra işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, şikayətdə Qax Rayon Məhkəməsi ərizəçi Tələbkar «alimentin məbləğinin indeksasiyasına» dair ərizəsini və ona əlavə edilmiş sənədləri 18 aprel 2025-ci il tarixdə baxaraq keçirib X3 cavabdeh X2 qarşı «Əmlak» tələbinə dair mülki iş üzrə cavabdeh X1 dövlət büdcəsi vəsaiti hesabına ona vəkil təyin edilməsi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır yazılmışdır. Halbuki, məlumdur ki, bu texniki səhvdir və həmin texniki səhvə görə şikaytə geri qaytarıla bilməz. Həmin qeyd edilən hissə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı Əlavədə məcburi doldurulması olan hissə deyil və o, şikayət verdiyi qərardadın məzmununu yazmasaydı belə qərardaddan verdiyi şikayət geri qaytarıla bilməzdi. Bundan başqa həmin qərardadda qeyd edilmişdir ki, Tələbkar apellyasiya şikayətində dövlət rüsumu ödənişindən azad olunması göstərilsə də, şikayətə əlavə olunan sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, order, etibarnamə, vəsatətlər və.s. qeyd olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tam qanunsuzluq edərək tamamilə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən Qax Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 8(024)-33/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8(024)-33/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 8(024)-33/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı Əlavəyə uyğun tərtib edilməli olduğu halda, 2 saylı Əlavənin tələblərinə cavab vermir. Şikayətdə Qax Rayon Məhkəməsi (hakim M.Zeynalov) ərizəçi Tələbkar «alimentin məbləğinin indeksasiyasına» dair ərizəsini və ona əlavə edilmiş sənədləri 18 aprel 2025-ci il tarixdə baxaraq keçirib X3 cavabdeh X2 qarşı «Əmlak» tələbinə dair mülki iş üzrə cavabdeh X1 dövlət büdcəsi vəsaiti hesabına ona vəkil təyin edilməsi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır yazılmışdır. Bundan başqa Tələbkar apellyasiya şikayətində dövlət rüsumu ödənişindən azad olunması göstərilsə də, şikayətə əlavə olunan sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsiin təsdiq edən sənəd, order, etibarnamə, vəsatətlər və s. qeyd olunmuşdur. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq onu da qeyd edir ki, qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəmə qərardadlarından şikayətin verilməsi nəzərdə tutulmuşdur ki, həmin şikayət də forma və məzmununa görə qanunla müəyyən edilmiş meyarlara cavab verməlidir. Şikayət həmin meyarlara cavab vermir. Ərizəçi məhkəmə qərardadlarından vermiş olduğu şikayətlərində bəzi “xoşagəlməz” ifadələr işlətmişdir ki, bu yolverilməz olmaqla yanaşı, məsuliyyətə səbəb ola bilər. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Qax Rayon Məhkəməsi 14 may 2025-ci il tarixli, 8(024)-33/2025 saylı qərardadı ilə Tələbkar tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur və tələbkarın həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də Tələbkar Qax Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 8(024)-33/2025 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 8(024)-33/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №8(107)-61/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-61/2025
10.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver