Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-62/2020 21.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(024)-58/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-773/2018 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək cavabdeh Borclu ümumilikdə 20.400 manat pul alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İcra vərəqəsi icra edilməsi üçün Qax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi vaxtında icra olunmadığına görə Qax rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan “VAZ-21043” markalı, ** BC *** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması üçün tədbir görülməsini xahiş etmişdir. Təqdimat təmin edilərək Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(024)- 158/2019 saylı qərardadı əsasında Borclu mülkiyyətində olan “VAZ-21043” markalı, ** BC *** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Qax rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1 xx xxx 2020-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə icraata başlanılan Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-773/2018 saylı icra sənədinə Borclu cəmi 20 400 manat pul alınaraq Tələbkar verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Qax Rayon Məhkəməsi fərəfındən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 8(024)-158/2019 saylı qərardadına əsasən Borclu məxsus “VAZ-21043” markalı, ** BC *** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. “xxxx” MMC-nin 003/20 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən borcluya məxsus “VAZ-21043” markalı, ** BC *** dövlət nömrə nişanlı minik avtomobili 3200 manat dəyərində qiymətləndirildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən Tələbkar təklif olunmuş və tələbkar tərəfindən borc məbləğinin 3200 manatı əvəzində qəbul edilmişdir. Odur ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-773/2018 saylıicra sənədinin icrası ilə əlaqədar Qax Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 8(024)- 158/2019 saylı qərardadına əsasən Borclu məxsus “VAZ-21043” markalı, ** BC *** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 8(024)-58/2020 saylı qərardadı ilə (hakim Malik Qarayev) təqdimat qismən təmin edilmiş, Borclu məxsus olan “VAZ-21043” markalı, ** BC *** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Borclu Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 8(024)-58/2020 saylı qərardadından şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində olan avtomobil özünün razılığı olmadan və iştirakı olmadan qəbul edilmiş qərarla qiymətləndirməyə dair qanunla müəyyən edilmiş səlahiyyətləri olmayan “xxxx” MMC-nin rəyinə əsasən 3200 manat civarında qiymətləndirilmişdir. Halbuki tələbkarın özünün iştirakı ilə avtomobili satmaq istədiyi alıcı 4800 manat məbləğində pul təklif etsə də, Tələbkar həmin qiymətlə razılaşmamış, daha yüksək məbləğ tələb etmiş və bununla da alqı-satqı baş tutmamışdır. Belə qənaətə gəlmişdir ki, avtomobilin orta bazar qiyməti 7000 manat civarındadır, onun real alıcısını tələbkarın iştirakı ilə alqı-satqıya dəvət edə bilər və bu səbəblərdən 3200 manata satılması mülkiyyət hüquqlarını pozur. Belə olan halda, avtomobilin üzərindən həbsin götürülməsi yol verilməzdir. Əks təqdirdə tələbkar avtomobili 3200 manata satacaq, halbuki həmin avtomobilin orta bazar qiyməti 7000 manat civarında olduğu halda onun satılması ilə aradakı 2800 manat fərq özünə zərər olaraq vurulacaqdır. Odur ki, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 8(024)-58/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(024)-58/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 8(024)-58/2020 saylı qərardadı tam, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(024)-58/2020 saylı qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qax rayon İcra və Probasiya şöbəsinin təqdim etdiyi 576/1 N°-li, 11,03.2020-ci il tarixli təklifindən görünür ki, “xxxx" MMC-nin 003/20 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən borcluya məxsus “VAZ- 21043” markalı, ** BC *** dövlət nömrə nişanlı minik avtomobili 3200 manat dəyərində qiymətləndirildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən Tələbkar təklif olunmuş və tələbkar tərəfindən borc məbləğinin 3200 manatı əvəzində qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Tələbkar, əmlakı borcun 3200 manat hissəsi müqabilində qəbul etmiş, bu səbəbdən həmin əmlakın üzərindən həbsin götürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır. Belə ki, borclu həm vermiş olduğu şikayətdə, həm də birinci instansiya məhkəməsinin iclasında mülkiyyətində olan və üzərinə həbs qoyulmuş “VAZ-21043” markalı, ** BC *** dövlət nömrə nişanlı minik avtomobilinə qiymətləndirici “xxxx" MMC tərəfindən qoyulmuş qiymətlə razılaşmamış, həmin qiymətin avtomobilin real dəyərindən əhəmiyyətli dərəcədə (iki dəfədən çox) aşağı olduğunu bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsində göstərilmişdir ki, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsının Qаnununun 39.3.3-cü mаddəsinə əsаsn məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyanla ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından da göründüyü kimi, avtomobilin qiymətləndirilərkən nəinki borclunun razılığı, heç məlumatı da olmamışdır. Bu isə mütəxəssis rəyində olan məlumatların həqiqiliyinə olan təminatı şübhə altına alır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin hüquqlarının qorunması baxımından mübahisə predmeti olan avtomobilin real qiymətinin müəyyənləşdirilməsinə zərurət vardır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan əmlakın qiymətləndirilməsi zamanı hər iki tərəfin-tələbkar və borclunun mənafeyi qorunmalı, əmlakın qiymətləndirilməsi barədə hər iki tərəfi qane edən rəy alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin qanuni və ədalətli həlli üçün tərəflərin iştirakı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi məsələsi də müzakirə oluna bilər. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 8(024)-58/2020 saylı qərardadı tam və xx xxxx 2020-ci il tаrixli, 8(024)-58/2020 saylı qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, təqdimat təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 8(024)-58/2020 saylı qərardadı tam və Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(024)-58/2020 saylı qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Qax rayon İcra və Probasiya şöbəsininəmlakın üzərinə qoyulmuş həbsin götürülməsi və tələbkara verilməsi barədə təqdimatı təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-62/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-62/2020
21.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver