Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-62/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Tələbkar və Borclu iştirakları ilə, Qax Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(024)-76/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(024)-434/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək cavabdeh Borclu 7000 ABŞ dolları pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Qax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu 11.06.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Qax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(024)-434/2020 saylı qətnaməsinə əsasən ondan 7000 ABŞ dolları pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə qərarının icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuşdur. O bildirmişdir ki, pandemiya ilə əlaqədar iş yeri bağlandığından borc məbləğini tam qaytarmağa maddi imkanı yoxdur. Mülkiyyətində daşınar və daşınmaz əmlakı da yoxdur. Borc məbləğini qaytarmaq məqsədi ilə fəhləlik işi ilə məşğul olmağa başlamışdır. Buna görə də, borc məbləğini qaytarmaq üçün 6 ay möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(024)-76/2021 saylı qərardadı ilə Borclu barəsində Qax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(024)- 434/2020 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Borclu şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, pandemiya ilə bağlı işini itirmişdir, işsizdir, həmçinin himayəsində iki azyaşlı uşağı vardır. Lakin Qax Rayon Məhkəməsi qərardad qəbul edərkən onun maddi vəziyyətini diqqətə almamışdır. Onun vəziyyətinin real halları barədə heç bir fakta toxunmamışdır. Odur ki, o, Qax Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(024)-76/2021 saylı qərardadının ləğv edilməsini xahiş edir. Qax Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 8(024)-76/2021 saylı qərardadı ilə Qax Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(024)-76/2021 saylı qərardadı qüvvədə saxlanılmış və şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu maddi imkanının aşağı olduğu, buna görə də Qax Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(024)-76/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar Qax Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(024)-76/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq borclunun münayəndəsi X1 və Qax rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(024)-76/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Borclu Qax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(024)-434/2020 saylı qətnaməsinə əsasən Tələbkar xeyrinə ümumilikdə 7000 ABŞ dolları və 30 manat dövlət rüsumu pul vəsaiti ödəməlidir. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qax Rayon Məhkəməsinin 18 iyun 2021ci il tarixli, 8(024)-76/2021 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin 18 iyun 2021ci il tarixli, 8(024)-76/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Borclu oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(024)-76/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-62/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-62/2021
12.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver