Məhkəmə qərarları › İş №8(107)-62/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-62/2023

03.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-62/2023 03.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsinin qismən təmin edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(039)-2/2023 saylı qərardadından verilən şikayətə dair (Açar sözlər: Apellyasiya baxışından çıxarma) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(039)-2/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası, müəyyənetdi: X6 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(107)-1821/2021 saylı ilə cavabdeh Borclu alınıb ona verilməli olan, badam formalı brilyant sırğa-üzük dəsti - 18.4 qram, əyarı 750, karatı 2.42, qiyməti 2200 (iki min iki yüz) manat; nişan üzüyü – 5.7 qram çəkidə, 750 əyarlı brilyant qaşlı 4.8 karatı – qiyməti 550 (beş yüz əlli) manat; sep-bilərzik dəsti - sepin çəkisi 10 qram, bilərziyin çəkisi 4.2 qram, ümumi qızıl çəkisi 14.2 qram olmaqla, qiyməti 750 (yeddi yüz əlli) manat; ağ qaşlı uşaq sırğası - 3 qram çəkidə, əyarı 585, qiyməti 120 (bir yüz iyirmi) manat; uşaqlar üçün 2 ədəd qızıl bilərziklər - hər biri 2 qram olmaqla, əyarı 583, qiyməti hər biri 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat pulun 2013-cü ildən 2022-ci ilin dekabr ayına indeksasiya edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(039)-2/2023 saylı qərardadı ilə X3 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(107)-1821/2021 saylı qətnaməsi ilə alınaraq tələbkar X4 verilməli olan 4120 manatın indeksasiya edilməklə 4441.36 manat həcmində icra olunması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 8(039)-2/2023 saylı qərardadından Borclu tərəfindən şikayət verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(039)-2/2023 saylı qərardadı ilə, Borclu Yevlax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 8(039)-2/2023 saylı qərardadından şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(107)- 62/2023 saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(039)-2/2023 saylı qərardadından verilmiş şikаyətə 03 oktyabr 2023-cü il tаrixdə, sаat 09:40-da Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakimi X11 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, hazırki iş Şəki Apellyasiya Məhkəməsinə göndərildikdən sonra həmin iş üzrə tələbkar X2 Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 8(039)-2/2023 saylı qərardadından şikayət vermişdir. Bu səbəblə şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün 8(039)-2/2023 saylı işin Yevlax Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(107)-62/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı, iş üzrə tələbkar X3 şikayəti MPM-nin 269-cu maddəsinə uyğunluğunun yoxlanılması üçün iş Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(107)-62/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Yevlax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 8(039)-2/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə iş apellyasiya baxışından çıxarılsın. Yevlax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 8(039)-2/2023 saylı qərardadından tələbkar X3 şikayətinin MPM-nin 269-cu maddəsinə uyğunluğunun yoxlanılması üçün iş Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar