Məhkəmə qərarları › İş №8(107)-63/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-63/2020

20.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-63/2020 20.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x3 iştirakı ilə, Tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********010100 nömrəli 17.12.2019cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması haqqında x7 və Probasiya şöbəsinin icra məmuru Sənan Hacıməmmədovun təqdimatının təmin edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2020-ci il tаrixli8(051)-65/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********010100 nömrəli 17.12.2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 990.18 manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İcra sənədi x7 və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına müvafiq dövlət orqanlarına göndərilən sorğunun nəticəsinə cavab olaraq Borclu Ədliyyə elektron icra portalından əldə edilən məlumat əsasında adına: 1) modeli Mercedes Benz 612D yük, dövlət qeydiyyat nişanı ** BG ***, ban tipi Furqon, Ban nömrəsi WDB6683221N078051, mühərrikin həcmi 2874, istehsal ili 1998-ci il, rəngi ağ, qeydiyyat şəhadətnaməsinin nömrəsi AB414850, qeydiyyat regionu 745 olan yük avtomobili, 2) avtomobil modeli x6 minik, dövlət qeydiyyat nişanı ** XX ***, Ban tipi universal, Ban nömrəsi VF1MGED638384912, mühərrikin həcmi 1461, istehsal ili 2007-ci il, rəngi tünd boz metalik, qeydiyyat şəhadətnaməsinin nömrəsi AD353297, qeydiyyat regionu 754 olan minik avtomobil, 3) modeli Daimler E230, dövlət qeydiyyat şəhadətnaməsi ** BF ***, ban tipi sedan, Ban nömrəsi WDB2100371A432161, mühərrikin nömrəsi**********, mühərrikin həcmi 2300, istehsal ili 1997-ci il, rəngi göy metalik, qeydiyyat şəhadətnaməsinin nömrəsi AB 245815 olan minik avtomobil aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi tədbirlər tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********010100 nömrəli 17.12.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu mülkiyyətində olan yuxarıda adları sadalanan avtomobillərdən hər hansı birinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2020-ci il tаrixli8(051)-65/2020 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, iş üzrə Borclu məxsus “x6 Minik” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan iş üzrə Borclu şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2020-ci il tаrixli 8(051)-65/2020 nömrəli qərardadı ilə Borclu şikayəti təmin edilməmiş vəonunşikayətiişlə birlikdə baxılmasıüçünŞəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə cüzi borca görə onun avtomobilinə həbs qoyulmuşdur, halbuki, onun mənzilində əmlakına baxış keçirib yaranmış borcuna uyğun hər hansı əmlakına həbs də qoyula bilərdi. Göstərdiklərini nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin 12.06.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Borclu məhkəmə iclasına gəlməmiş, tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsi və x7 və Probasiya Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2020-ci il tаrixli 8(051)-65/2020 qərardadı və onun əsasında qəbul edilmiş 25 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə olunmuş 17.12.2019-cu il tarixli Tələbin icraya yönəldilməsi haqqında qərarın surətindən görünür ki, Borclu 17.12.2019-cu il tarixə 910.18 manat məbləğində vergi borcu yaranmışdır. Təqdimata əlavə olunmuş 13.02.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın görünür ki, x7 və Probasiya Şöbəsinin icra məmuru x1 11.02.2020-ci il tarixdə icraatına daxil olmuş 11 saylı x2 **********010100 nömrəli, 17.12.2019-cu il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş 13.02.2020-ci il tarixli bildirişin sürətindən görünür ki, Borclu tələbin könüllü icrası haqqında məlumat göndərilmişdir. İşdən görünür ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********010100 nömrəli 17.12.2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 990.18 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İcra sənədləri x7 və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına müvafiq dövlət orqanlarına göndərilən sorğunun nəticəsinə cavab olaraq iş üzrə Borclu Ədliyyə elektron icra portalından əldə edilən məlumat əsasında adına: 1) modeli Mercedes Benz 612D yük, dövlət qeydiyyat nişanı ** BG ***, ban tipi Furqon, Ban nömrəsi WDB6683221N078051, mühərrikin həcmi 2874, istehsal ili 1998-ci il, rəngi ağ, qeydiyyat şəhadətnaməsinin nömrəsi AB414850, qeydiyyat regionu 745 olan yük avtomobili, 2) avtomobil modeli x6 minik, dövlət qeydiyyat nişanı ** XX ***, Ban tipi universal, Ban nömrəsi VF1MGED638384912, mühərrikin həcmi 1461, istehsal ili 2007-ci il, rəngi tünd boz metalik, qeydiyyat şəhadətnaməsinin nömrəsi AD353297, qeydiyyat regionu 754 olan minik avtomobil, 3) modeli Daimler E230, dövlət qeydiyyat şəhadətnaməsi ** BF ***, ban tipi sedan, Ban nömrəsi WDB2100371A432161, mühərrikin nömrəsi**********, mühərrikin həcmi 2300, istehsal ili 1997-ci il, rəngi göy metalik, qeydiyyat şəhadətnaməsinin nömrəsi AB 245815 olan minik avtomobil aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi tədbirlər tətbiq edilməsini xahiş edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 45.2.-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.7-ci maddəsinə görə, tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Qanunla müəyyən olunmuş digər icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi borcluya məxsus hər hansı avtomobilin üzərinə həbs qoyulması barədə x7 və Probasiya Şöbəsinin təqdimatı tam əsaslıdır və təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun icra sənədinin icrasını təmin etmək məqsədi ilə verdiyi daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması barədə təqdimata baxmaqla qanun pozuntusuna yol verməmişdir. Azərbаycаn Respublikаsı MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2020-ci il tаrixli 8(051)-65/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə r а r а а l d ı : Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2020-ci il tаrixli 8(051)-65/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 25 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Borcluşikаyəti təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar