Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-65/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Şahin Əsgərov tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” 02 iyun 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətin təmin edilməməsi barədə Qax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(024)-84/2021 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar Qax Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Şahin Əsgərovun 02.06.2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilərək Qax Rayon Məhkəməsinin 21 fevral 2019cu il tarixli 2(024)- 109/2019 nömrəli icra vərəqəsinin icra olunması üçün Qax Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsində göstərmişdir ki, Qax Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(024)-109/2019 nömrəli qətnaməsi ilə onun cavabdehlər X1 və Borclu2 təsərrüfatında olan fərdi yaşayış evində istifadə hüququnun tanınması və həmin evə köçürülmə tələbinə dair iddia ərizəsi qismən təmin olunmuşdur. Həmin qətnaməyə əsasən Qax rayonu Şotavar kəndində yerləşən Borclu2 məxsus olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Belə ki, 27.08.2020-ci il tarixli akt əsasında Qax Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli icra vərəqəsi icra olunmuş sayılmışdır. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 27.08.2020-ci il tarixli icra vərəqəsinin icra olunması ilə əlaqədar akt formal xarakter daşıyır. Belə ki, həmin aktda konkret olaraq onun Qax rayonu Şotavar kəndində yerləşən Borclu2 məxsus olan fərdi yaşayış evinin hansı hissəsinə köçürülməsi göstərilməmişdir. İcra məmuru aktı fərdi yaşayış evinin həyətində tərtib edərək, tərəflərə imza etdirməklə kifayətlənmişdir. Bundan sonra isə borclular onu nəinki evə girməyə, həyətdə belə qoymamışlar. Hazırda isə o valideynlərinin yanında qalır. Bundan başqa 31.05.2021-ci il tarixdə icra prosesi keçirilmişdir. İcra prosesinin keçirilməsi onun evə köçürülməsindən imtina etməsi kimi göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 04.02.2021-ci il tarixli 8( 107)-1/2021 -ci il qərarında o bir otaq, bir aynabənd (yəni artırmada) gəlin köçmüşdür. Bu qərarı icra məmuru nəzərə almadı. Bununla da kifayətlənməyib ona qərarda verilən aynabənddə (yəni artırma) Borclu2 yoldaşı ilə qalırdı və ona verilən bir otağın aynalarının,qapısının xarab olduğunu nəzərə almadı. Mətbəxdən, sanitar qovşaqdan, hamamdan,ümumi dəhlizdən istifadə etməsi borclu tərəfə izah olunmalı idi. Lakin gəlin köçdüyü otağa köçürülməyi göstərilməklə, o yaşayış üçün qeyd etdiyi ümumi istifadədə olan yerlərdən istifadə etməsinə borclu imkan vermir. Ona görə də icra vərəqəsi icra olunmamış qalır. Ona qarşı yaradılan süni maneədən görünür ki, icra məmuru da icra vərəqəsinin icra olunmasında maraqlı deyil, Borclu2 məxsus olan fərdi yaşayış evində onu gəlin köçdüyü otağa yerləşdirilməsi icra vərəqəsinin icra olunması sayıla bilməz. Ona görə ki, borclu tərəf onu gəlin köçdüyü otaqdan istifadə etməsinə qoymur. Onun yeganə yolu gəlin köçdüyü otağa ayrıca giriş-çıxış üçün qapı açmaqdır. Yaşayış evinin texniki göstəriciləri buna imkan verir. İcra və probasiya şöbəsi tərəfindən mütəxəssis cəlb olunmaqla mübahisəyə son qoymaq mümkündür. Göstərdiklərinə əsasən, Qax Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Şahin Əsgərovun 02.06.2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edib, Qax Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(024)-109/2019 nömrəli icra vərəqəsinin icra olunması üçün Qax Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Tələbkar şikayəti müdafiə edərək Qax Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Şahin Əsgərovun 02.06.2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edib, Qax Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(024)-109/2019 nömrəli icra vərəqəsinin icra olunması üçün Qax Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Qax rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X2 izahatında göstərmişdir ki, Qax Rayon Məhkəməsinin 2-(024)-109/2019 saylı iş üzrə 21.02.2019-cu il tarixli icra sənədinə əsasən borclu Tələbkar Qax rayonunun Şotavar kəndində yerləşən və Borclu2 məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İcra vərəqəsi icra şöbəsinin icraatına daxil olduqdan sonra onun tərəfindən icraata başlanılmış, 31.05.2021-ci il tarixdə icra prosesi keçirilmişdir. Keçirilmişicra prosesi zamanı Tələbkar qızma icra sənədi üzrə tələbin mahiyyəti izah edilərək Borclu2 məxsus 2 otaqlı fərdi yaşayış evinin gəlin köçdüyü 1 otağına köçməsi təklif olunmuşdur. Lakin Tələbkar köçürülməsi nəzərdə tutulmuş yaşayış sahəsinin gəlin köçdüyü 1 otağından əlavə həmin otağın qarşısında olan eyvanın da onun istifadəsinə verilməsini və yaxud gəlin-köçdüyü evə əlavə giriş qapısının açılmasını tələb edərək, Borclu2 məxsus fərdi yaşayış evinin gəlin köçdüyü 1 otağına köçməsindən imtina etmişdir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 08 iyul 2021-ci il tarixli, 8(024)-84/2021 nömrəli qərardadı ilə Tələbkar Qax Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Şahin Əsgərovun 02.06.2021 -ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Tələbkar şikayət verərək və Qax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(024)-84/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir Qax Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 8(024)-84/2021 nömrəli qərardadı ilə Qax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(024)-84/2021 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Qax rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına lazımi qaydada dəvət olunmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, şikayət üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmalı, Qax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(024)-84/2021 nömrəli qərаrdаdı ləğv edilməli, Qax Rayon Məhkəməsinin 2-(024)-109/2019 saylı iş üzrə 21.02.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş 21.02.2019-cu il tarixli icra vərəqinin icrası davam etdirilməlidir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı saymır. İş materiallarında olan və kollegiya tərəfindən tədqiq edilmiş: -31.05.2021 -ci il tarixdə tərtib edilmiş Aktın təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə keçirilən icra prosesi zamanı Tələbkar qızma məxsus fərdi yaşayış evinin gəlin köçdüyü 1 otağına köçməsindən imtina etmişdir. İcra sənədi üzrə tələbin mahiyyəti izah edilmiş və Borclu2 məxsus 2 otaqlı fərdi yaşayış evinin gəlin köçdüyü 1 otağına köçməsi Tələbkar təklif olunmuşdur. Lakin tələbkar köçürülməsi nəzərdə tutulmuş yaşayış sahəsinin gəlin köçdüyü 1 otağından əlavə həmin otağın qarşısında olan eyvanın da onun istifadəsinə verilməsini və yaxud gəlin köçdüyü evə əlavə giriş qapısının açılmasını tələb edərək evə köçməkdən imtina etmişdir. -Qax rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Şahin Əsgərovun 02.06.2021 -ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının surətindən görünür ki, Tələbkar Borclu2 məxsus fərdi yaşayış evinin gəlin köçdüyü 1 otağına köçməsindən imtina etdiyi üçün icra sənədinin Qax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qax Rayon Məhkəməsinin 2- (024)-109/2019 saylı iş üzrə 21.02.2019-cu il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilərək, iddiaçı Tələbkar Qax rayonunun Şotavar kəndində yerləşən və Borclu2 məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qax Rayon Məhkəməsinin 14 sentyabr 2019-cu il tarixli 2(024)-109/2019 saylı qərardadına əsasən Tələbkarmn qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilərək Qax Rayon Məhkəməsinin 2(024)-109/2019 saylı 21 fevral 2019-cu il tarixli qətnaməsi “Tələbkar Qax rayonunun Şotavar kəndində yerləşən və Borclu2 məxsus fərdi yaşayış evinin gəlin köçdüyü otağına köçürülsün” şəklində izah edilmişdir. İcra sənədi Qax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra 31.05.2021-ci il tarixdə icra prosesi keçirilmişdir. İcra haqqında Azərbaycan Respubliaksı Qanununun: 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 20.2-ci maddəsinə görə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-cü maddəsinə görə icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-cü maddəsinə əsasən cra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6-cı maddəsinə əsasən craata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Tələbkar hazırki iş üzrə qərardadın ləğv edilməsi ilə bağlı şikаyət verməkdə haqlı olmuşdur. Belə ki, işin faktiki hallarında da görünür ki, Qax Rayon Məhkəməsinin qətnaməsi üzrə verilmiş icra vərəqi tam icra edilməmişdir. Belə ki, tələbkarın izahatından və əlavə edilmiş sənədlərdən görünür ki, tələbkara köçürüləcəyi yeri göstərilsə də, həmin evə köçməsi üçün şərait yaradılmamışdır. Ümumilikdə şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas olduğundan şikayət təmin edilməli, Qax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(024)-84/2021 nömrəli qərаrdаdı ləğv edilməli, Tələbkar Qax rayonunun Şotavar kəndndə yerləşən və Borclu2 məxsus fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar Qax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(024)-84/2021 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilsin. Qax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(024)-84/2021 nömrəli qərardadı ləğv edilsin. Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Şahin Əsgərov tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” 02 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. Qax Rayon Məhkəməsinin 2-(024)-109/2019 saylı iş üzrə 21.02.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş 21.02.2019-cu il tarixli icra vərəqinin icrası davam etdirilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-65/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-65/2021
25.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver