Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-65/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 8(033)-48/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədov Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1006/2022-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin borcluya məxsus ½ hissəsinə üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)1006/2022- 004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zaqatala Rayon Məhkəməsinin 17 may 2022–ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 27 noyabr 2018-ci il tarixli, 18036- S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə əldə edilmiş borcun yerdə qalan 89.296,32 manat hissəsinin borclu X1 ilə aralarında bərabər bölünməsinin rədd edilməsi hissəsində ləğv edilməli. Həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Borclu Tələbkar qarşı borcun bərabər bölünməsi tələbinə dar qarşılıqlı iddiası həmin hissədə təmin edilməlidir. 27 noyabr 2018-ci il tarixli, 18036- S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə yaranmış borcun yerdə qalan 89.296,32 manat hissəsi hər birinə ½ olmaqla bölünməli. Borclu və Tələbkar hər birinin borcu ayrı-ayrılıqda 44,648.16 manat məbləğində müəyyən edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 17 may 2022–ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsinin nəticə hissəsində ilk iddia üzrə Borclu alınıb Tələbkar verilməli olan əmlaklar “naturada və ya onların dəyəri 9372.5 manat” söz birləşməsinə daxil olan “və ya” söz birləşməsi “onlar mövcud olmadıqda” söz birləşməsi ilə əvəz edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsi – ünvan 1 ünvanlarda yerləşən mənzillər və ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ilk iddia üzrə Tələbkar ½ hissəsinə mülkiyyət hüququ tanınmalıdır. Birgə nikah dövründə əldə edilmiş və hazırda ilk iddia üzrə Borclu qalan əşyalardan 800 manat dəyərində qonaq otağı dəsti, 600 manat dəyərində 1 ədəd masa 10 ədəd stul dəsti, 500 manat dəyərində 2 ədəd mətbəx masası, 6 ədəd stul dəsti, 950 manat dəyərində qabyuyan maşın, 700 manat dəyərində paltaryuyan maşın, 1.100 manat dəyərində soyuducu, 500 manat dəyərində 1 ədədtelevizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 600 manat dəyərində 1 ədəd velotrenajor, 120 manat dəyərində şirəçəkən maşın, 40 manat dəyərində blender, 55 manat dəyərində ütü masası, 55 manat dəyərində paltar asılqanı, 120 manat dəyərində elektrik süpürgəsi, cəmi 800 manat dəyərində 2 ədəd kondisioner, uşaqlar üçün alınan əşyalardan 1.300 manat dəyərində uşaq yataq dəsti, 450 manat dəyərində 1 ədəd böyük piano, 400 manat dəyərində 1 ədəd çap qurğusu, 50 manat dəyərində 1 ədəd yazı lövhəsi və 112,5 manat dəyərində 3 ədəd saç feni naturada və ya onların dəyəri 9372,5 (doqquz min üç yüz yetmiş iki manat əlli qəpik) manat ilk iddia üzrə Borclu alınaraq Tələbkar verilməlidir. Dəyəri 1.500 manat olan mətbəx mebeli, 900 manat dəyərində 1 ədəd künc divanı, 850 manat dəyərində 1 ədəd divan 2 kreslo dəsti, 300 manat dəyərində kitab dolabı, 1.200 manat dəyərində çarpayı, dolab və güzgüdən ibarət yataq dəsti, 350 manat dəyərində 1 ədəd televizor, 55 manat dəyərində 1 ədəd tozsoran, 180 manat dəyərində ətçəkən maşın, 100 manat dəyərində 1 ədəd tək çarpayı və uşaq çarpayısı (maneji), 1.500 manat dəyərində hamam dəsti (duş kabin və əl-üz yuyan (moydadır)), 900 manat dəyərində otaq pərdəsi, 1.200 manat dəyərində 1 ədəd qaçış aparatı və 900 manat dəyərində 1 ədəd kondisioner Borclu qalmalı. 180 manat dəyərində 3 ədəd çəkmə, 90 manat dəyərində 3 ədəd idman ayaqqabısı, 180 manat dəyərində 3 ədəd ayaqqabı, 140 manat dəyərində 2 ədəd yay ayaqqabısı, 100 manat dəyərində 2 ədəd çanta, 420 manat dəyərində 3 ədəd dəri pencək, 300 manat dəyərində 2 ədəd palto, 130 manat dəyərində 1 ədəd balonka gödəkçə, 300 manat dəyərində 4 ədəd don, 120 manat dəyərində 3 ədəd şalvar, 160 manat dəyərində 4 ədəd yubka, 350 manat dəyərində 8 ədəd kofta və ya onlar mövcud olmadıqda onların dəyəri cəmi 2470 (iki min dörd yüz yetmiş) manat ilk iddia üzrə Borclu alınaraq Tələbkar verilməlidir. İlk iddia qalan hissədə təmin edilməməlidir. İlk iddia üzrə Tələbkar tərəfindən ödənilmiş 50 manat mediasiyaya dair xərc onun özünə aid edilməlidir. Qarşılıqlı iddia üzrə tələbkar Borclu Tələbkar qarşı 26 noyabr 2019-cu il tarixli onunla X6 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 51.000 manat hissəsinin borclu Tələbkar Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi və 25 iyul 2020ci il tarixli onunla X3 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 38.500 manat hissəsinin borclu Tələbkar Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Hər iki tələb üzrə ödənilmiş dövlət rüsumları hər bir tərəfin özünə aid edilməlidi İcra sənədi xx.xx.2023-cü il tarixdə Zaqatala rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.İcra sənədi üzrə təhvil verilməli olan əmlakların dəyəri 2180 manat Tələbkar ödənməmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin vardır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1006/2022-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ilk iddia üzrə Tələbkar ½ hissəsinə mülkiyyət hüququ tanınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(033)-48/2023 saylı qərardadı ilə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun təqdimatı təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1006/2022- 004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin borcluya məxsus ½ hissəsinə üzərinə həbs qoyulmuş və tələb həmin əmlaka yönəldilmişdir. Həmin qərardaddan Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(033)-48/2023 saylı qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli, 8(033)-48/2023 saylı qərardadı ilə Borclu şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(033)- 48/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1006/2022-004 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən, Zaqatala Rayon Məhkəməsinin 17 may 2022–ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 27 noyabr 2018-ci il tarixli, 18036- S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə əldə edilmiş borcun yerdə qalan 89.296,32 manat hissəsinin borclu X1 ilə aralarında bərabər bölünməsinin rədd edilməsi hissəsində ləğv edilməli. Həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Borclu Tələbkar qarşı borcun bərabər bölünməsi tələbinə dar qarşılıqlı iddiası həmin hissədə təmin edilməlidir. 27 noyabr 2018-ci il tarixli, 18036S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə yaranmış borcun yerdə qalan 89.296,32 manat hissəsi hər birinə ½ olmaqla bölünməli. Borclu və Tələbkar hər birinin borcu ayrıayrılıqda 44,648.16 manat məbləğində müəyyən edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 17 may 2022–ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsinin nəticə hissəsində ilk iddia üzrə Borclu alınıb Tələbkar verilməli olan əmlaklar “naturada və ya onların dəyəri 9372.5 manat” söz birləşməsinə daxil olan “və ya” söz birləşməsi “onlar mövcud olmadıqda” söz birləşməsi ilə əvəz edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsi – ünvan 1 ünvanlarda yerləşən mənzillər və ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ilk iddia üzrə Tələbkar ½ hissəsinə mülkiyyət hüququ tanınmalıdır. Birgə nikah dövründə əldə edilmiş və hazırda ilk iddia üzrə Borclu qalan əşyalardan 800 manat dəyərində qonaq otağı dəsti, 600 manat dəyərində 1 ədəd masa 10 ədəd stul dəsti, 500 manat dəyərində 2 ədəd mətbəx masası, 6 ədəd stul dəsti, 950 manat dəyərində qabyuyan maşın, 700 manat dəyərində paltaryuyan maşın, 1.100 manat dəyərində soyuducu, 500 manat dəyərində 1 ədədtelevizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 600 manat dəyərində 1 ədəd velotrenajor, 120 manat dəyərində şirəçəkən maşın, 40 manat dəyərində blender, 55 manat dəyərində ütü masası, 55 manat dəyərində paltar asılqanı, 120 manat dəyərində elektrik süpürgəsi, cəmi 800 manat dəyərində 2 ədəd kondisioner, uşaqlar üçün alınan əşyalardan 1.300 manat dəyərində uşaq yataq dəsti, 450 manat dəyərində 1 ədəd böyük piano, 400 manat dəyərində 1 ədəd çap qurğusu, 50 manat dəyərində 1 ədəd yazı lövhəsi və 112,5 manat dəyərində 3 ədəd saç feni naturada və ya onların dəyəri 9372,5 (doqquz min üç yüz yetmiş iki manat əlli qəpik) manat ilk iddia üzrə Borclu alınaraq Tələbkar verilməlidir. Dəyəri 1.500 manat olan mətbəx mebeli, 900 manat dəyərində 1 ədəd künc divanı, 850 manat dəyərində 1 ədəd divan 2 kreslo dəsti, 300 manat dəyərində kitab dolabı, 1.200 manat dəyərində çarpayı, dolab və güzgüdən ibarət yataq dəsti, 350 manat dəyərində 1 ədəd televizor, 55 manat dəyərində 1 ədəd tozsoran, 180 manat dəyərində ətçəkən maşın, 100 manat dəyərində 1 ədəd tək çarpayı və uşaq çarpayısı (maneji), 1.500 manat dəyərində hamam dəsti (duş kabin və əl-üz yuyan (moydadır)), 900 manat dəyərində otaq pərdəsi, 1.200 manat dəyərində 1 ədəd qaçış aparatı və 900 manat dəyərində 1 ədəd kondisioner Borclu qalmalı. 180 manat dəyərində 3 ədəd çəkmə, 90 manat dəyərində 3 ədəd idman ayaqqabısı, 180 manat dəyərində 3 ədəd ayaqqabı, 140 manat dəyərində 2 ədəd yay ayaqqabısı, 100 manat dəyərində 2 ədəd çanta, 420 manat dəyərində 3 ədəd dəri pencək, 300 manat dəyərində 2 ədəd palto, 130 manat dəyərində 1 ədəd balonka gödəkçə, 300 manat dəyərində 4 ədəd don, 120 manat dəyərində 3 ədəd şalvar, 160 manat dəyərində 4 ədəd yubka, 350 manat dəyərində 8 ədəd kofta və ya onlar mövcud olmadıqda onların dəyəri cəmi 2470 (iki min dörd yüz yetmiş) manat ilk iddia üzrə Borclu alınaraq Tələbkar verilməlidir. İlk iddia qalan hissədə təmin edilməməlidir. İlk iddia üzrə Tələbkar tərəfindən ödənilmiş 50 manat mediasiyaya dair xərc onun özünə aid edilməlidir. Qarşılıqlı iddia üzrə tələbkar Borclu Tələbkar qarşı 26 noyabr 2019-cu il tarixli onunla X6 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 51.000 manat hissəsinin borclu Tələbkar Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi və 25 iyul 2020- ci il tarixli onunla X3 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 38.500 manat hissəsinin borclu Tələbkar Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Təqdimata əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)1006/2022-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icraata başlanılması, icra 10 (on) gün müddətində könüllü təmin edilmədikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu adına “Subaru Tribeca” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbsin qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinə aiddir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nəğd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Kollegiya qeyd edir ki, icra məmuru tərəfindən görülən qanuni tədbirlərə baxmayaraq, borclu icra sənədi üzrə borcunu üzrsüz səbəbdən indiyədək icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsində müəyyən edilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borcluya tələbin könüllü icrası üçün müəyyən müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. İcra şöbəsi tərəfindən borcluya rəsmi xəbərdarlıq edilmiş, bu da nəticə verməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(033)-48/2023 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023cü il tarixli, 8(033)-48/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(033)-48/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-65/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-65/2023
26.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver