Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-66/2020 28.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 8(016)-71/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ağsu Rayon İcra və Probasiya şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Fərid Nəsirov – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu rayon məhkəməsinin 2(016)- 1291/2016 saylı, xx.xx.2016-cı il tarixli icra qeydinə əsasən Borclu 20.000 ABŞ dollar məbləğində borc və 30 manat dövlət rüsumu alınıb Tələbkar Ağamusa oğluna ödənilməlidir. İş üzrə Borclu dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və borcun tələbkarın xeyrinə ödənilməsi tələb olunmuşdur. İcra sənədinin icrasının təmin etmək məqsədilə Borclu adına əmlakın olub-olmaması və pensiya alıb almaması ilə əlaqədar X1 rayon filialına, AR BDYPİ-nin Ağsu rayon şöbəsinə, ƏSMM-nin Ağsu rayon şöbəsinə sorğular verilmişdir. İcra tədbirləri nəticəsində məlum olmuşdur ki, Borclu ölkə sərhədlərini tez-tez dəyişir. Məhkəmənin xx xxxxx 2020-ci il tarixli, 8(016)-71/2020 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Sonradan həmin qərardaddan iş üzrə borclu Borclu şikayət vermişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. O, ümumiyyətlə bu qətamənin qəbul edilməsindən və icraya yönəldilməsindən bu günlərə kimi məlumatlı olmamışdır. Yalnız icra məmuru bununla əlaqədar ona məlumat verdikdə xəbər tutmuşdur. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən bu təqdimata baxılarkən icra işinin sənədləri obyektiv araşdırılmamaış və onun bu qətnamədən və həmçinin qətnamənin icrası ilə əlaqədar icra işindən məlumatı olub-olmaması məsələsinə aydınlıq gətirilməmişdir. Ona görə də hesab edir ki, həmin qərardad ləğv edilməlidir. O, qətnamədən bu günlərdə xəbər tutduğu üçün həmin qətnamənin ona rəsmi qaydada təqdim edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 8(016)- 71/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 376.2-ci mаddəsinə əsаsən, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 8(016)-71/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə аrаşdırmаsı zаmаnı müəyyən olunmuşdur ki, Ağsu rayon məhkəməsinin 2(016)-1291/2016 saylı, xx.xx.2016-cı il tarixli icra qeydinə əsasən Borclu 20.000 ABŞ dollar məbləğində borc və 30 manat dövlət rüsumu alınıb Tələbkar Ağamusa oğluna ödənilməlidir. Borclunun hazırda da həmin borc məbləğini ödəmədən ölkədən getmək ehtimalı vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi Borclu ölkədən getmək hüququna məhdudiyyət qоyulmаsı bаrədə Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 8(016)-71/2020 saylı qərаrdаdındаn verdiyi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. İcrа hаqqındа Azərbаycаn Respublikаsı Qаnununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra haqqında Qanunun sözügedən maddəsinin məzmunundan da görünür ki, borclunun ölkədən getmək hüququ yalnız məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə müvəqqəti məhdudlaşdırıla bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 8(016)-71/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 8(016)-71/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-66/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-66/2020
28.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver